Piktlər

Piktlər — son dəmir dövründə və erkən orta əsrlərdə Piktaviya (lat.

Onların yaşadığı ərazi və mədəniyyətləri britt dillərində verilmiş toponim elementlərinin yayılması və pikt daşlarına əsaslanır. Piktlər barədə məlumatlar qədim dövrlərdən X əsrə qədərki dövrdə hazırlanmış yazılı mənbələrdə verilir. Onlar Kennet mak Alpinin Piktaviyanı ihlaq etməsindən sonra X əsrdə gellərin assimilyasiyasına məruz qalıblar. Onlar Böyük Britaniyadakı Fort və Klayd çaylarının şimalında yaşayırdılar. Piktlər cənubdakı britlərin danışdığı keltik qədim brit dilinə yaxın olan pikt dilində danışırdılar.

Piktlər
Pikt döyüşçüsü. Teodor de Brinin hazırladığı qravür. Tomas Herriotun "Virciniya torpaqlarının qısa və dəqiq təsviri" kitabı. 1588-ci il.

Piktlərin romalıların Ptolomeyin hazırladığı dünya xəritəsində haqlarında danışdıqları kaledonlar və digər tayfalardan törədikləri ehtimal olunur. Piktaviya tədricən gel dövləti olan Dal Riada krallığı ilə birləşmiş və Alba krallığını (Şotlandiya) qurmuşdur. Daha sonrakı dövrlərdə Alba krallığı britlərin Stratklayd krallığını və Nortumbriya krallığının Lotian vilayətini ihlaq etmişdir. XI əsrdə pikt identiklikliyi şotlandların uzunmüddətli assimilyasiya prosesi nəticəsində məhv olmuşdur.

Etimologiya

"Pikt" termininin romalıların Fort və Klayd çaylarının şimalında yaşamış xalqlar üçün istifadə etdiyi bir ekzonim olduğu düşünülür. Latın sözü olan Picti 297-ci ildə Evmeni tərəfindən yazılmış bir panegirikdə verilir və "rənglənmiş (tatuirovka edilmiş) insanlar" deməkdir. Söz latın dilindəki Pingere ("rəngləmək"; Pictus, "rənglənmiş"; q.yun. πυκτίς, piktis, "şəkil") sözündən törəyib.

"Pict" sözü qədim skandinav dilində Pettr, qədim ingilis dilində Peohta, skots dilində Pecht, vall dilində isə Peithwyr ("pikt adamlar") kimi verilir. Bəzi alimlər adın pikt dilindəki orijinal variantı olduğunu düşünür. İrlandiyada qeydə alınan yazılını mənbələrdə Krutin (ortagel: Cruthin), Krutini (ortagel: Cruthini), Krutni (ortagel: Cruthni) və ya Kruitini (ortagel: Cruithini; irl. Cruithne) həm piktlərə, həm də ki, şərqi Olsterdəki Uladı boyunca yaşayan başqa bir xalqa verilən ad idi. Ümumiyyətcə bu adın *Qritani sözündən törədiyi, onun isə britt dillərindəki *Pritani sözünün goydel dillərindəki variantı olduğunu qəbul edilir. Bu sözdən Britanni adı yaranmışdır ki, bu da romalıların britlərə verdiyi addır.

Piktlərin özlərini necə adlandırdığı naməlumdur. Tarixşünaslar piktlərin özlərini Albidosi adlandırdığını irəli sürürlər. Bu ad "Alba krallarının salnaməsi" əsərində verilir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Tags:

Piktlər EtimologiyaPiktlər MənbəPiktlər Xarici keçidlərPiktlərBritlərBöyük Britaniya (ada)Dəmir dövrüGellərI Kennet (Şotlandiya kralı)Kelt dilləriLatın diliOrta əsrlərŞotlandiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

ŞəkilçiAzərbaycan tarixiBeyinBəylər EyyubovİsveçrəNaxçıvan Muxtar RespublikasıÜnsiyyətAzərbaycan Tibb UniversitetiQubaAğciyər xərçəngiSentyabrƏfqanıstanİbtidai icma quruluşuAlternativ enerjiAzərbaycan Hərbi Dəniz QüvvələriAzərbaycan operasıXəbər (qrammatika)Ceyhun CəlilovDolça (astrologiya)Gədəbəy rayonuAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıHacı ŞahinRənglər siyahısıDünya ölkələrinin siyahısıOktyabrNatural ədədlərDaxili qurğular (kompüter)Lerik rayonuHəzi AslanovPsoriazAşıq ƏləsgərTalıb TaleHektarSəudiyyə ƏrəbistanıVilayət EyvazovNeftAlqoritmQızılcaOmbudsmanAzərbaycan Milli Elmlər AkademiyasıOsmanlı imperiyasıBakıda yerləşən abidələrin siyahısıİrəvanKarles PuçdemonMikayıl CabbarovTaktikaSahibkarlıqFonetikaOksigenTikTokMəhəmmədhüseyn ŞəhriyarMonqol imperiyasıTərəzi (astrologiya)QanaxmaBakı metrosuTürk xalqlarıAzərbaycan muzeylərinin siyahısıZeynəb XanlarovaNizami GəncəviBöyük Fransa inqilabıAzərbaycan mədəniyyətiNyuton qanunlarıAğciyərXristianlıqAnklavMənsubiyyət (qrammatika)Təbiətin qorunmasıRusiyaCənubi AzərbaycanRiyaziyyatMenstruasiyaSöz birləşməsiDüzbucaqlı üçbucaqMustafa Kamal AtatürkBabasilXırda sinir lifləri neyropatiyasıQoç (astrologiya)İnformatika🡆 More