Novoçerkassk Qətliamı

Novoçerkassk qətliamı (rus.

Hadisədən bir neçə həftə əvvəl Novoçerkassk Elektromotivqayırma Fabrikasının (NEF) işçiləri normativ istehsal planının artması və maaşlarının sabit qalasına baxmayaraq, ölkə səviyyəsində ət və süd məhsulları qiymətlərinin yüksəlməsindən sonra yaranan narazılıqlar səbəbiylə iş tətili təşkil etdilər. Hadisələr şəhər mərkəzindəki idarə mərkəzində etirazçılara avtomatlarla atəş açılmasından sonra kütləvi etirazlara çevrildi. Rəsmi istintaqa görə 26 nəfər ordu tərəfindən öldürülmüş, 87 nəfər yaralanmışdı. Həbslər, açıq məhkəmələr və örtbaslar nəticəsində 200 nəfər saxlanıldı, 7 nəfər məhkəməyə çıxarıldı və kütləvi itaətsizlik kimi müxtəlif cinayətlər səbəbiylə ölüm cəzasına məhkum edildi və təxminən yüzlərlə digər insan 15 ilə qədər azadlıqdan məhrum edildi (bu azadlıqdan məhrum etmələrin ili daha sonra azaldı), dövlətin idarə etdiyi KİV-lər hadisə ilə bağlı heç bir xəbər yaymadı və bunu 1992-ci ilə qədər gizli saxladı. 26 nəfər KQB əməliyyatçıları tərəfindən səhv qəbirlərdə gizli şəkildə dəfn edildi, hansıki bu qəbirlərin yerləri ölənlərin qohumlarından 2 iyun 1994-cü ilə qədər gizlədildi. Ancaq bu tarixdən sonra bütün cəsədlər aşkarlandı və rəsmi memorialda yenidən dəfn edildi.

Novoçerkassk qətliamı
Novoçerkassk Qətliamı
Qətliamın qurbanları üçün qoyulan məzar daşı. O, həmçinin, "Qan üzərindəki daş" olaraq adlanır. Daşın üzərində yazılıb: "2 iyun 1962".
Ümumi məlumatlar
Yeri Novoçerkassk, Rostov vilayəti, Sovet İttifaqı
Hücumun hədəfi Etirazların basdırılması
Tarix
  • 2 iyun 1962
Hücum metodu Atəş açma
Silah(lar) Snayper tüfəngi, pulemyot, ZTR, maşın, tank
Ölü sayı 26
Yaralı sayı
  • 87
Törədən(lər) Sovet Ordusu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1992-ci ildə hadisələr Baş Prokuror tərəfindən yenidən araşdırıldı. Nikita Xruşşov, Anastas Mikoyan, Frol Kozlov kimi qətliamdan şübhəli bilinən bir sıra yüksək sovet rəsmilərinin də arasında olduğu əsas şübhəlilər ölümləri səbəbiylə heç vaxt məsuliyyətə cəlb olunmadılar. Digərlərinin talehi 2019-cu ilə qədər naməlum qaldı. Qırğın etirazların sağ qalan iştirakçıları tərəfindən hər il qətillərin illiyində yad edilir.

Xronologiya

1962

  • 1-7 may – V. A Kozlova görə işçilər arasındakı narazılıqların ilk işarələri qırğın baş vermədən çox əvvəl görülmüşdü; bu məqamda fabrika işçiləri tərəfindən ilk təcrid olunmuş fərdi tətillər qeydə alındı; tətilçilər arasında Sovet rejimi tərəfindən daha əvvəl sürgün edilmiş təcrübəli siyasi məhbusların olduğu deyilsə də, bu iddianı dəstəkləyəcək sübut yox idi,
  • 17 may – Nazirlər Şurası ölkə ərazisində müxtəlif məhsulların qiymətlərinin artımını bəyan edən və bir iyunda qüvvəyə minməsi planlaşdırılan 456 saylı qanunu qəbul etdi,
  • 31 may – 456 saylı qanun haqqında ilk xəbər sovet mətbuatında yayılmağa başladı,
  • 1 iyun – Etirazlar böyüyür. Bu zaman etirazçılar sovet əskərləri və soviet milisləri tərəfindən şiddətə məruz qalır. Qüvvələr arasında müxtəlif toqquşmalar qeyd alınır. Etirazçılar öz fabriklərində başlayan etirazları digər fabrikalara yaymağa çalışırlar,
  • 2 iyun – NEF-dəki tətil gecə boyu davam edir; səhər saatlarında isə minlərlə insan NEF-dən Novoçerkasskın mərkəzinə doğru əllərində Leninin şəkilləri və qırmızı bayraqlarla yürüyüş edir. Onların hədəfində şəhər şurası və idarə komitəsinin binaları idi. Təşkilatlanmamış bir halda olmasına baxmayaraq, üsyan çox dinc və zərərsiz idi,
    • Kütlə Tuzlov çayı üzərindəki körpünü keçir və polkovnik Matvey Şapoşnikovun rəhbərliyindəki bölüklə qarşı-qarşıya gəlir. Şapoşnikov xalqa atəş açmaqdan imtina edir və insanların keçməsinə icazə verir. Bu zaman Sov.İKP MK, KQB, MİA-nın yüksək səlahiyyətli şəxsləri şəhərə gəlib çıxmışdılar,
    • Kütlə şəhər mərkəzinə çatana qədər səlahiyyətlilər onların çox rahat şəkildə körpünü keçdiyini öyrəndilər və dərhal təhlükəsiz bölgəyə çəkilməyə qərar verdilər,
    • etirazçıların yürüyüşü şəhərin mərkəzinə doğru davam etdikçə, daha çox insan bu kütləyə qoşulmağa başladı, rəsmilər qorxmağa başlayırdılar artıq,
    • izdiham bir neçə idarə binasına və polis mərkəzinə hücum və talan etdi, bu şiddət çox qısa çəkdi. Kütlə Anastas Mikoyandan çölə çıxmağı və buradakı xalqa məsələni danışmağı tələb edirdi,
    • günorta saatlarında ordu izdihamı ZTR və əskərlərdən istifadə edərək dağıtmağa cəhd etsə də, uğursuz oldu. İnsanlara açılan atəşdən sonra, əskərlər də daxil olmaqla, 22 nəfərin həyatını itirdi və çox sayıda insanın yaralandığı iddia olundu. Eyni günün axşamında 2 etirazçı daha öldürüldü (rəsmilərə görə),
  • 2-3 iyun – Komendant saatı elan edildi və bir həftədən çox davam etdi. Buna baxmayaraq, kiçik miqyasda da olsa, etirazlar davam etdi. Həbs edilənlərin sayı artırdı.
  • 19 iyul – Etirazçılardan bəziləri 10 ilə qədər azadlıqdan məhrum edildi.
  • 19 oktyabr – Qətliamın baş verməsi ilə bağlı söyləntiləri göstərən hesabat Time jurnalında ortaya çıxdı. Bir müddət sonra da bu xəbərin britaniyalı və fransız qəzetlər tərəfindən istifadə olunduğu ehtimal olunur.

Tarixi

[⇨]

İğtişaşlar birbaşa olaraq ərzaq və tədarük çatışmazlığının, habelə fabrikdəki bərbad işləmə şəraitinin nəticəsiydi. Etirazlar 1 iyunda tökmə və dəmir sexlərindəki işçilərin müdirlərinin onların şikayətlərini dinləməməsindən sonra işi dayandırmasıyla, Budyonnı Elektrik Lokomotiv Fabrikasında başladı. Tətil və işçi danışıqları axşama qədər bütün fabrika boyunca yayılmışdı.

Narazılıq 1 iyun tarixində Nikita Xruşşovun Sovet İttifaqı ərazisində ət və yağın qiymətlərini artırmasıyla başladı. Eyni gündə ayrı bir iqtisadi planın tələbi kimi fabrikdəki hər bir işçinin üzərinə düşən minimum istehsal planı artırıldı. BU da insanların alıcılıq qabiliyyətini azaldırdı. Narazılıq polis qərargahı və şəhər zalına olan yürüyüşdə kulminasiya nöqtəsinə çatdı və tətil polislərin 30 işçini həbs etməsindən sonra digər müəssisələrə də yayıldı.

90-cı illərdə arxivdən açılan sənədlərə görə motorlu piyada birliyinə etirazçıları basdırmaq əmri olunur, ancaq onlar havaya atəş açıqlar. Əsas ölümcül atəş Daxili Qoşunların birliyindən açılır. Rostov-na-Dondan gələn və "Don" hotelində yerləşdirilən bu birlik 10 snayper və 2 pulemyotdan ibarət idi. Öldürmə əmrləri müdafiə nazirləri vasitəsilə Xruşşov tərəfindən və bütün kommanda iyerarxiyası tərəfindən qəbul edilmişdi.

Şimali Qafqaz Qoşunları Komandiri, general Matvey Kuzmiç Şapoşnikov dinc nümayişlərə tanklarla hücum edərək, insanları öldürmə fikrini rədd etmişdi (deyilənə görə o demişdi ki, "Burada silahlarımızı onlara qarşı çevirə biləcəyimiz düşmən görmürəm"). Sonralar bu hərəkətinə görə rütbəsi alınmış və həbs edilmişdi.

Novoçerkassk Qətliamı 
Anma lövhəsi. Yazıda oxunur:"1962 Novoçerkassk faciəsinin xatirəsinə".
Novoçerkassk Qətliamı 
Rusiya prezidenti Vladimir Putin qətliam qurbanlarının memorialına gül qoyur. 1 fevral 2008.

Qurbanları

İndiki əl çatan rəsmi mənbələrə görə, 26 etirazçı pulemyotdan açılan atəş nəticəsində öldürülümüşdü. Yaralanan 87 nəfərdən üçü daha sonra ağır yaralarına görə ölmüşdü. Kütlə sovet propaqandası nətcəsində Sovet Ordusu barəsində o qədər xayal qurmuşdu ki, onlar atəş açana qədər ordunun əliyalın vətəndaşlara atəş açağını gözləmirdilər. İlk nümayişlərdən sonra şəhərdə komendant saatı elan olundu. Ölülərin cansız bədənlər gizli bir şəkildə Rostov vilayəti içərisindəki qəsəbələrin müxtəlif məzarlıqlarında basdırıldı. Ancaq növbəti sabah bir neçə yüz nümayişçidən ibarət böyük bir qrup yenidenən meydanda toplaşdı. 116 nəfər həbs edildi, onlardan 14-ü açıq məhkəmə şəraitində mühakimə olundu. On dörd nəfərdən yeddisi ölüm cəzasına məhkum edildi və edam olundu. Digərləri on ildən on beş ilə qədər müxtəlif müddətlərə azadlıqdan məhrum edildi.

Hadisədən sonra sovet hökuməti regiona əlavə ərzaq tədarükü yönləndirdi və hadisəylə bağlı istintaq başlatdı. Hərbi rəsmilərin hərbi məhkəmələri işə daxil etməsiylə, əlavə olaraq işçilərin həbs edilməsi davam etdi. Aleksandr Soljenitsın fərdlərin hadisələrdə yaralandığını və onların ailələrinin Sibirə sürgünə göndərildiyini iddia etdi.

Məsələylə bağlı bütün hekayə Sovet medyası tərəfindən senzuraya məruz qaldı və heç vaxt hər hansısa bir KİV-ə bunu yayınlama icazəsi verilmədi. Olanlar 1992-ci ilə qədər sirr olaraq qalsa da, Sovet İttifaqının dağılmasından sonra 1992-ci ildə 20 cəsədin qalıqları çıxarıldı və təyin edildikdən sonra Novoşaxtinsk məzarlığında yenidən dəfn edildi.

Bədii ədəbiyyatda

Yazıçı Frederik Forsit tərəfindən yazılan Şeytanın Alternativi (1979) əsərində Siyasi büro səhnəsində aclıq dövründə iğtişaşları basdırması istənilən KQB rəhbəri cavab verir ki, on, hətta iyirmi novoçerkassklını basdırmaq mümkündür, ancaq əlli yox. Yazıçı qəsdən burada bu rəqəmi seçir ki, əsərdə Sovet İttifaqının özündə qarşılaşdığı problemlərin nə qədər ciddi olduğunu göstərə bilsin.

Qətliam Françis Spuffordun 2010-cu ildə yazdığı Qırmızı Çoxluq romanında da canlandırılmışdı.

Həmçinin bax

Qeydlər

İstinadlar

Xarici keçidlər

Tags:

Novoçerkassk Qətliamı XronologiyaNovoçerkassk Qətliamı TarixiNovoçerkassk Qətliamı Bədii ədəbiyyatdaNovoçerkassk Qətliamı Həmçinin baxNovoçerkassk Qətliamı QeydlərNovoçerkassk Qətliamı İstinadlarNovoçerkassk Qətliamı Xarici keçidlərNovoçerkassk Qətliamı2 iyunNovoçerkasskRSFSRRus diliSSRİ Dövlət Təhlükəsizlik KomitəsiSovet Ordusu

🔥 Trending searches on Wiki Azərbaycanca:

PsixologiyaReformasiyaCəlilabad rayonuVideosexŞəki rayonuSahibkarlıqHüseyn ibn ƏliQafqaz AlbaniyasıƏfqanıstanAvropaNağılRamin Məmmədov (siyasətçi)Kütlə vahidləriİnkişaf etmiş ölkəBirinci Dünya müharibəsiAzərbaycan coğrafiyasıİsgəndəriyyə mayakıAntibiotiklərQuranTarixMənsubiyyət (qrammatika)Oral seksGədəbəy rayonuƏlixan RəcəbovCəfər CabbarlıSöz birləşməsiTaleh QaraşovAzər-Türk BankLeykozƏdliyyə Nazirliyi (Azərbaycan)EpitetBir kərə yüksələn bayraq, bir daha enməzYerGülüstan müqaviləsiŞamaxıNovruz bayramıFellatioAyaz MütəllibovKompüterƏmir TeymurBiləsuvar rayonuAdrianMicrosoft WordBabəkQitəQuraqlıqSuda-quruda yaşayanlarEtnoqrafiyaMetaforÜslubiyyat (Azərbaycan dili)İslamda oral seksKəlmeyi-şəhadətReptilian insanlarBronxial astmaXəritəMüstəqilliyin Bərpası Günü (Azərbaycan)Azərbaycan manatıAğakərimMart soyqırımıMəhlullar və dispers sistemlərDairəXBT-10 sinfinin siyahısı2024Azərbaycanın Qırmızı KitabıRozmarinİnvestisiyaDövlət bayraqlarının siyahısıŞərif ŞərifovÖlkə paytaxtlarının siyahısıİslamEritrositŞir (astrologiya)Kamran İmanovNaftalanQırğızıstanKubElçin Quliyev (general-polkovnik)Çin tarixi🡆 More