Natan Söderblum

Lars Olaf Conatan Söderblum (isv.

Ən möhtərəm

Natan Söderblum
Natan Söderblum
Kilsəİsveç kilsəsi
YeparxiyaUpsala
Oturulub20 may 1914
Səlahiyyət müddəti sona çatıb1914–1931
SələfYohan Avqust Ekman
XələfErlinq Eydem
Təyinatlar
Təyinat1893-cü il (keşiş)
Təqdis8 noyabr, 1914-cü il Qotfrid Billinq tərəfindən
Şəxsi məlumatlar
Doğum15 yanvar 1866(1866-01-15)[…]
Vəfat12 iyul 1931(1931-07-12)[…] (65 yaşında)
Milliyətisveçli
Məzhəbİsveç kilsəsi
ValideynlərYonas Söderblum və Nikolina Sofi Blyume
Həyat yoldaşıAnna Söderblum (Forsell olaraq anadan olub) (1870–1955)
TəhsiliUppsala Universiteti
Natan Söderblum
İsveç, Stokholmdakı Kanqşolms kilsəsində Natan Söderblumun büstü

1914-1931-ci illər arasında İsveç Upsala kilsəsinin baş yepiskopu və 1930-cu ildə Nobel Sülh mükafatı laureatı olmuşdur. 12 iyulda Lüteran kilsəsinin Müqəddəslər təqvimində və Yepiskopal kilsəsinin (ABŞ) ayin təqvimində xatırlanır.

Həyatı

Soderblum Evleborq lenində, Söderhamn şəhərinin Trönö kəndində anadan olmuşdur. Atası kilsə keşişi idi. 1883-cü ildə Uppsala Universitetinə daxil oldu. Əvvəlcə nə öyrənmək istədiyinə əmin olmasa da, nəticədə atasının yolunu davam etdirməyə qərar verdi. ABŞ səyahətindən qayıtdıqdan sonra 1893-cü ildə keşiş təyin edildi. 1892 və 1893-cü illərdə Söderblum əvvəlcə Uppsala Tələbə Birliyinin vitse-prezidenti, sonra isə prezidenti oldu.

1894-cü ildən 1901-ci ilə qədər Parisdə İsveç səfirliyində vəzifə apardı, hansı ki,burada onun iclaslarında həm Alfred Nobel (1833–1896), həm də Avqust Strindberq (1849–1912) yer alırdı. 1897-ci ildə Alfred Nobelin ölümündən sonra anma mərasimini keçirdi. 1901-1914-cü illərdə Söderblum Uppsala Universiteti nəzdindəki İlahiyyat məktəbində vəzifə tutdu və 1912-1914-cü illərdə eyni zamanda Leypsiq Universitetində dinşünaslıq üzrə professoru oldu. 1914-cü ildə İsveçdəki Lüteran kilsəsinin başçısı, Uppsalanın arxiyepiskopu seçildi. Birinci Dünya müharibəsi zamanı,o, bütün Xristian liderlərini müharibə əsirləri və qaçqınların vəziyyətini yaxşılaşdırmaq, barışıq və ədalət üçün çalışmağa çağırdı.

Kilsə birliyinin İncili dünyaya təqdim etmək üçün xüsusi məramı olduğuna və İsa peyğəmbərin mesajlarının ictimai həyatla əlaqəli olduğuna inanırdı. 1920-ci illərdə xristian "Həyat və İş" hərəkatına rəhbərliyi onu katolik hərəkatının əsas qurucularından biri kimi tanınmasına səbəb oldu. İsveç kilsəsi ilə İngiltərə kilsəsi arasındakı əlaqələrin qurulması istiqamətində hərəkətə keçmiş və İngilis ekumenisti, Kenterberinin dekanı, Çiçester yepiskopu Cor Bell (1883-1958) ilə yaxın dost idi. 1925-ci ildə Stokholmda Ümumdünya Həyat və İş Konfransına rəhbərlik etməkdə böyük rol oynadı. 1930-cu ildə Nobel sülh mükafatına layiq görüldü.

Seçilmiş əsərləri

  • Den enskilde och kyrkan : föredrag (1909)
  • Helighet och kultur (1913)
  • Gudstrons uppkomst (1914)
  • 9 Works by Nathan Söderblom Çin xristianlığı proqramının sənədləşməsində, Honqkonq Baptist Universiteti kitabxanası

İstinadlar

Həmçinin bax

Ədəbiyyat

  • Andrae, Tor J.E. (1931) Nathan Söderblom (Uppsala University)
  • Curtis, Charles J. (1967) Söderblom: Ecumenical Pioneer (Minneapolis, Augsburg Publishing House)
  • Jonson, Jonas (2016) Nathan Söderblom: Called to Serve (Grand Rapids: Eerdmans Publishing Company) ISBN 0802873081
  • Katz, Peter (1949) Nathan Söderblom: A Prophet of Christian Unity (London, James Clarke)
  • Sundkler, Beng (1968) Nathan Söderblom: His Life and Work (Lutterworth Press) ISBN 9780718815738
  • Dietz Lange, Nathan Söderblom und seine Zeit, Göttingen 2011
  • Klas Hansson, Nathan Söderblom's ecumenical cope. A visualization of a theological and ecumenical concept. Studia Theologica – Nordic Journal of Theology, vol 66, issue 1, 2012

Xarici keçidlər

Tags:

Natan Söderblum HəyatıNatan Söderblum Seçilmiş əsərləriNatan Söderblum İstinadlarNatan Söderblum Həmçinin baxNatan Söderblum ƏdəbiyyatNatan Söderblum Xarici keçidlərNatan Söderblum12 iyul15 yanvar18661931Uppsalad:Q10705688d:Q159723İsveç dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

XXXTentacionAfrikaDünya ölkələrinin siyahısıHicri təqvimƏli XameneiFonetikaBakı Xoreoqrafiya AkademiyasıOsmanlı sultanlarının siyahısıXlorAzərbaycan xanlıqlarıXeops ehramıİsimXanım İsmayılqızıAzərbaycan İkinci Dünya müharibəsindəDurğu işarələriMüstəqil Dövlətlər BirliyiKorvalolAsya AtakişiyevaÜrək (insan)LeksikaƏqrəb mövsümü (teleserial, 2023)BakıTarixFəxri XiyabanİnvestisiyaAzərbaycan Ərəb xilafətinin tərkibindəYarımkeçirici cihazlarElçin MustafazadəƏKOBİqtisadiyyatNyuton qanunlarıTwitterŞizofreniyaCeyhun BayramovVoleybolMirzə Ələkbər SabirYuli SezarAzərbaycan müğənnilərinin siyahısıİnformasiyaTriqonometriyaUşaqlıq boynunun eroziyasıHacı Məmmədov (cinayətkar)Elnarə AbdullayevaBazar iqtisadiyyatıMatrisŞamaxı rayonuSkarlatinSurət HüseynovAna səhifəAzərbaycan Premyer LiqasıSosial işRum rəqəmləriXəstəlikBirinci Dünya müharibəsiMehman Hüseynovİnternetİnkişaf etmiş ölkələrMürəkkəb cümləArazAzərbaycan faunası1İranDiqqətFətəli xan XoyskiDinÇernobıl faciəsiAğqoyunlularSınıqlarAy təqvimiƏkizlər (astrologiya)Bakı şəhəri 6 nömrəli məktəb-liseyAzərbaycanın Milli QəhrəmanıParaleloqramTəbii ehtiyatlarÇoxmənalı sözlərPedaqogikaNəriman NərimanovAzərbaycan əlifbasıKəlbəcər rayonu🡆 More