Pakistan Müstəqillik Günü

Müstəqillik günü (urdu یوم آزادی; Youm-e Azadi)— Pakistanda hər il avqustun 14-də keçirilən milli bayram.

Pakistan 1947-ci ildə Britaniya Hindistanının süqutunun ardından suveren dövlət elan olundu və dövlətin müstəqillik əldə etdiyi bu gün bayram kimi qeyd edilməyə başladı. Pakistan Cənubi Asiyanın şimal-qərb regionların bölgüsü üzrə müstəqil müsəlman dövlətinin yaradılmasına yönələn Pakistan hərəkatının nəticəsində yaranıb. Hərəkat Məhəmməd Əli Cinnahın liderliyi altında Bütün Hindistan Müsəlman Liqası tərəfindən başladılıb. Hadisə Qərbi Pakistan (hal-hazırkı dövrdə Pakistan) və Şərqi Pakistandan (hal-hazırkı dövrdə Banqladeş) ibarət olan Pakistan dominionuna (sonralar Pakistan İslam Respublikası) 1947-ci il Hindistan Müstəqillik Aktına görə Britaniya Hindistanı altında müstəqilliyin verilməsinə gətirib çıxarıb. İslam təqvimində müstəqillik günü müsəlmanlar tərəfindən müqəddəs dəyərləndirilən qədr gecəsi ərəfəsinə Ramazanın 27-ci gününə təsadüf etmişdi.

Müstəqillik günü
urdu یوم آزادی
İslamabadda Pakistan abidəsinin qarşısında ucaldılmış Pakistan bayrağı
İslamabadda Pakistan abidəsinin qarşısında ucaldılmış Pakistan bayrağı
Rəsmi adı Pakistanın müstəqillik günü
Ölkə
Növ Milli bayram
Həsr olunub Pakistan hərəkatı
Tarix 14 avqust
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müstəqillik günü münasibətilə əsas mərasim prezident və parlament binalarında dalğalanan dövlət bayrağının yerləşdiyi İslamabadda keçirilir. Bunun ardınca dövlət himni səsləndirilir və rəhbərlərin televiziya ilə canlı çıxışları olur. Gün ərzində adi bayram tədbirləri və şənliklərə bayrağın qaldırılması mərasimi, paradlar, mədəni tədbirlər və vətənpərvərlik mahnılarının oxunması daxildir. Mükafatlandırma mərasimlərinin çoxu bu gündə baş tutur. Vətəndaşlar öz evlərinin yuxarısına milli bayrağı qaldırırlar və ya nəqliyyat vasitələri və geyimlərində nəzərə çarpacaq dərəcədə bu bayramı nümayiş etdirirlər.

Tarix

Arxa plan

Pakistan Müstəqillik Günü 
Pakistan bəyannaməsi qəbul olunan zaman Müsəlman Liqasının baş sessiyasında sədrlik edən Cinnah.
Pakistan Müstəqillik Günü 
Mətbuatda istifadə olunmuş üzlük; 15 avqust 1948-ci ildə qeyd edilən ölkənin ilk müstəqillik günü ilə bağlı Pakistan Mətbuat İnformasiya Departamenti tərəfindən "Müstəqillik Yubileyi Seriyası".


Pakistanı təşkil edən ərazi tarixi baxımdan XIX əsrin böyük hissəsi boyu Britaniya Hind İmperiyasının bir hissəsi idi. Britaniya Ost-Hind şirkəti[ru] XVII əsrdə Cənubi Asiyada ticarətə başlayıb və şirkətin qaydaları Plessi yaxınlığındakı döyüşdə qələbə qazandıqdan sonra 1757-ci ildən başlayıb. 1857-ci ildə Sipahilər üsyanının ardından 1858-ci ilin Hindistan hökuməti aktı Hindistan yarımqitəsinin böyük hissəsi üzərində birbaşa nəzarətin Britaniya Tacının əlinə keçməsinə gətirib çıxardı. 1905-ci il Benqal bölgüsü və ayrı-ayrı müsəlman dövlətinin yaradılması istiqamətində partiyanın səbəb olduğu hadisələrin kontekstində 1906-cı ildə Dəkkədə Bütün Hindistan Müsəlman Təhsil Konfransı tərəfindən Bütün Hindistan Müsəlman Liqasının əsası qoyuldu.

Birinci dünya müharibəsindən sonrakı dövrdə İngilislər tərəfindən Monteqyu-Çelmsford islahatları[en] kimi islahatlar keçirildi, ancaq bu da repressiv Rovlatt Aktının qəbulu və Hindistan fəalları tərəfindən idarəetmə üçün sərt çağırışların sübutu idi. Bu dövrün geniş yayılmış narazılığı əməkdaşlıqdan imtina edilməsinə, vətəndaş itaətsizliyinə və bütün ölkə daxilində qeyri-zorakı hərəkatlara təkan verdi. Müstəqil dini zəmində dövlət ideyası 1930-cu ilin dekabrında Müsəlman Liqasının Prezidenti kimi nitq söyləyən Məhəmməd İqbal tərəfindən gətirilib. Üç il sonra, ayrıca dövlət adı kimi "Pakistan" adı Çaudhuri Rəhmət Əli tərəfindən hazırlanmış bəyannamədə irəli sürülüb.

1940-cı illərdə Məhəmməd Əli Cinnahın ən görkəmli lideri olduğu Bütün-Hindistan Müsəlman Liqası tərəfindən idarə edilən müsəlman millətçiliyinin yüksəlişi və Hindistanın müstəqillik hərəkatı gücləndi.:195–203 1940-cı illər ərzində Britaniya Hindistanında Müsəlman diasporunun maraqlarını təmin etmək üçün siyasi partiyanın olması, Hindistanın müstəqillik hərəkatı və Cənubi Asiyada müsəlman dövləti kimi Pakistanın yaradılmasının arxasında hərəkətverici qüvvənin inkişaf etdirilməsində həlledici rol oynadı. 1940-cı ilin 22–24 martında Bütün-Hindistan Müsəlman Liqasının üçgünlük ümumi sessiyası zamanı müsəlmanlar üçün müstəqil dövlətin yaradılmasına çağıran Lahor qətnaməsi kimi tanınan formal siyasi bəyanat təqdim olunub.

İstiqlaliyyət

1946-cı ildə Britaniyada Leyboristlər Partiyası çoxsaylı qiyamlar və ikinci dünya müharibəsi kimi hadisələrlə zəifləmişdi. Bundan sonra Britaniya başa düşdü ki, artıq o nə həyəcanların artdığı Britaniya Hindistanına nəzarəti davam etdirmək üçün Britaniya Hindistan ordusunun etibarlılığına, nə də öz ölkəsində beynəlxalq səviyyədə dəstəklə səlahiyyətlərini həyəta keçirməyə malik idi. Hindistanda getdikcə artan üsyanlar üzərində öz nəzarətini davam etdirmək üçün yerli qüvvələrə etibar azalmışdı və buna görə də hökumət Hindistan yarımqitəsində Britaniya idarəsini bitirmək qərarına gəldi.:167, 203 1946-cı ildə Hindistan Milli Konqresi, dünyəvi partiyası olan vahid dövlət tələb edib. Vahid dövlət ideyası ilə razı olmayan müsəlman əhalisinin əksəriyyəti alternativ kimi ayrıca Pakistan ideyasını vurğulayıb.:203 Hindistan Nazirlər Kabineti Missiyası yerli hökumətlərə mərkəzləşdirilməmiş dövlət təklifi ilə Konqres və Müsəlman Liqası arasında kompromis əldə etməyə çalışmaq üçün göndərilib, ancaq bu tərəflərin hər ikisi tərəfindən rədd edilib və Cənubi Asiyada kütləvi iğtişaşların baş verməsi ilə nəticələnib.

Nəhayət 1947-ci ilin fevralında Baş Nazir Klement Ettli elan etdi ki, Britaniya hökuməti ən geci 1948-ci ilin iyununadək Britaniya Hindistanına tam özünüidarəetmə verəcək. 3 iyun 1947-ci ildə Britaniya hökuməti Britaniya Hindistanının iki müstəqil dövlətə bölünməsi prinsipinin qəbul edildiyini elan etdi. Hökumətlərin davamçısına hakimiyyət statusu veriləcək və şərtşiz olaraq Britaniya Birliyindən çıxmaq hüququ olacaq. Vitse kral Luis Mountbetten səlahiyyətlərin ötürülməsi tarixi kimi ikinci dünya müharibəsində Yaponiyanın təslim olmasının ikinci il dönümünü seçdi. O, Pakistana hakimiyyətin verilməsi mərasiminin tarixi kimi 14 avqustu seçdi, çünki o, həm Hindistan, həm də Pakistanda tədbirlərində iştirak etmək istəyirdi.

Britaniya Hindistanın iki yeni müstəqil dominiona bölünməsini bildirən 1947-ci ilin Hindistan müstəqillik aktı Birləşmiş Krallığın parlamenti tərəfindən qəbul edilib: Hindistan dominionu (sonralar Hindistan Respublikası adlandırıldı) və Pakistan dominionu (sonralar Pakistan İslam Respublikası adlandırıldı). Aktda general-qubernator ofisinin yaradılması, müvafiq təsis yığıncaqlarında tam qanunvericilik səlahiyyətinin verilməsi və yeni yaranmış iki ölkə arasında birgə mülkiyyətin bölünməsi, iki xalq arasında Benqaliya və Pəncab əyalətlərinin bölgüsü üçün mexanizm nəzərdə tutulub. 14 avqust 1947-ci ildə yeni Pakistan dominionu müstəqil oldu və Məhəmməd Əli Cinnah Kəraçidə ilk general-qubernator kimi and içdi. Müstəqillik geniş şəkildə qeyd edilməsi ilə əlamətdar olub, ancaq mühit 1947-ci ildə Pakistanın müstəqilliyinin qeyd edilməsində kommunal iğtişaşlar kimi coşqun qalıb. Aktı sonradan 18 iyul 1947-ci ildə kral sanksiyası qəbul edib.

Müstəqillik günü

Hakimiyyətin təhvil verilməsi avqustun 14-dən 15-nə keçən gecə olmuşdur. 1947-ci ilin Hindistan müstəqillik aktı Pakistan və Hindistanın müstəqillik günü kimi 15 avqustu tanıdı. Aktda deyilir:

Pakistan Müstəqillik Günü  Avqustun on beşi 1947-ci ildə müvafiq olaraq Hindistan və Pakistan kimi adlandırılan Hindistanda iki müstəqil dominion yaradılacaq. Pakistan Müstəqillik Günü 

Cinnah xalqa ilk dəfə xəbər verən zaman aşağıdakıları bəyan edib:

Pakistan Müstəqillik Günü  15 avqust müstəqil və suverən dövlət olan Pakistanın müstəqillik günüdür. Bu öz vətəni uğrunda son bir neçə ildə böyük qurbanlar verən müsəlman xalqının müqəddəratının həll edilməsini göstərir. Pakistan Müstəqillik Günü 

Ölkənin ilk xatirə poçt markaları 1948-ci ilin iyulunda buraxıldı və müstəqillik günü kimi 15 avqust 1947-ci il göstərildi, lakin sonrakı illərdə 14 avqust müstəqillik günü kimi qəbul edilib. 1947-ci ilin 14–15 avqust gecəsi İslam təqviminə görə müsəlmanların müqəddəs gecə kimi qiymətləndirdikləri 1366-cı ilin Ramazan ayının 27-nə təsadüf edir.

Bayramın qeyd edilməsi

    Pakistan Müstəqillik Günü  Əsas məqalə: Pakistan millətçiliyi
Qızlar bayramı qeyd etmək üçün gecəyarısı şamları yandırırlar.
Minar-e-Pakistan müstəqilliyin şərəfinə tam işıqlandırılır.

Müstəqillik günü Pakistanda müşahidə olunan altı dövlət bayramından biridir və bütün ölkə miqyasında qeyd edilir. Müstəqillik günü bayram tədbirləri, görüşlər üçün planların hazırlanması və tamamlanması, yerli hökumət tərəfindən hökumət rəsmiləri, diplomatlar və siyasətçilərin iştirakı ilə əyalət paytaxtlarında keçirilir. Avqust ayı başlayan kimi, milli bayraqlar, bayraq ağacı, elanlar və plakatlar, milli qəhrəmanların şəkilləri və digər bayram əşyaların satışı üzrə bütün ölkə ərazisində xüsusi köşklər və mağazalar yaradılır. Nəqliyyat vasitələri, özəl binalar, evlər, küçələr milli bayraq və bayraq ağacları ilə bəzədilir. Müxtəlif təşkilatlar, təhsil müəssisələri və dövlət idarələri müstəqillik gününə yaxınlaşan günlərdə seminarlar, idman yarışları, sosial və mədəni tədbirlər təşkil edir. Kəraçidə bayram üçün kampaniyalar Mazar-e-Kaydda hazırlıq və təmizləmə işlərinə başlayırlar.

Gün ölkə üzrə məscid və dini yerlərdə Pakistanın bütövlüyü, həmrəylik və inkişafı üçün xüsusi xeyir-dua ilə başlayır. Rəsmi bayram tədbirləri İslamabadda təşkil olunur və paytaxtda 31 yaylım atəşindən, əyalət paytaxtlarında isə 21 yaylım atəşindən sonra Parlament evində və Prezident iqamətgahında dövlət bayrağının qaldırılmasından başlayır. Pakistanın prezidenti və Baş Naziri canlı televiziya verilişlərində çıxış edir. Hökumət rəsmiləri və digər siyasi liderlər Pakistanın nailiyyətlərini vurğulayaraq, müxtəlif aksiyalar və tədbirlər zamanı nitqləri ilə çıxış edir, gələcək üçün məqsədləri müəyyənləşdirir və milli qəhrəmanların mübarizəsini və səylərini yüksək qiymətləndirirlər. Milli bayraqlar Kəraçidə Cinnah məqbərəsinə aparan Şara-e-Feysal, Şara-e-Quaiden və Mazar-e-Kayd yolu boyu nümayiş etdirilir. Lahorda 1940-cı ildə Pakistan qətnaməsinin qəbul edildiyi yerdə yerləşən Minar-e-Pakistan Pakistanın yaradılmasında onun əhəmiyyətini göstərmək üçün müstəqillik günü ərəfəsində tam işıqlandırılır.

Müstəqillik günü paradlar və digər tədbirlərdə iştirak edən vətəndaşlar adətən, Pakistanın rəsmi rəngləri olan yaşıl və ağ rənglərdə paltarlar geyinirlər. Parlament evi, Ali məhkəmə və Prezident evi , o cümlədən müxtəlif hökumət binaları parlaq rənglərlə işıqlandırılır və bəzədilir. Küçə və evlər şamlar, neft lampaları və vımpellərlə bəzədilir və bayramın bir hissəsi kimi atəşfəşanlıq təşkil olunur. Bayrağın qaldırılması ilə yanaşı, milli himn müstəqillik günündə müxtəlif dövlət yerləri, məktəblər, yaşayış evləri və qəbirüstü abidələrdə ifa olunur. Pakistan Ordusunun şəhidlərinə və Pakistanın ən yüksək hərbi mükafatı olan Nişan-e-Hayder mükafatı ilə təltif olunmuşlara, siyasi xadimlərə, tanınmış incəsənət xadimlərinə və alimlərə, 1947-ci ildə Pakistanın müstəqilliyi dövründə miqrasiya və kütləvi iğtişaşlarda həlak olmuş insanlara ehtiram göstərilir.

Milli qəbirüstü abidələrdə qvardiyanın dəyişdirilməsi həyata keçirilir. Ölkə şəhərlərində bayraq qaldırma mərasimi müvafiq seçki dairəsinə üzv olan nazim (bələdiyyə rəisi) tərəfindən həyata keçirilir. Müxtəlif özəl təşkilatlarda mərasimi təşkilatın yüksək rütbəli zabiti tərəfindən aparılır. Pakistan diasporu da dünyanın hər yerində müxtəlif ölkələrdə, xüsusilə də böyük Pakistan icmaların olduğu ölkələrdə müstəqillik gününü qeyd edir.

Təhlükəsizlik tədbirləri

Ölkədə, xüsusilə əsas şəhərlərdə və problemli ərazilərdə təhlükəsizlik tədbirləri müstəqillik günü yaxınlaşdıqca gücləndirilir. Kəşfiyyat və istintaq orqanlarının müxtəlif nümayəndələrinin görüşündən sonra təhlükəsizlik təşkil olunur. Ölkənin paytaxtı kimi həssas ərazilərdə təhlükəsizliyi pozmağa yönəlmiş təhdidləri məhdudlaşdırmaq üçün yüksək xəbərdarlıq elan olunur. Buna baxmayaraq, müstəqillik günündə öz etirazlarının bir hissəsi olaraq tədbirləri boykot edən qiyamçılar tərəfindən hücumlar edilmişdi. 13 avqust 2010-cu ildə ölkə 1600 nəfərin ölümünə və 14 milyon insanın zərər çəkməsinə səbəb olan daşqınlara şahidlik elədi. Nəticədə, ölkə prezidenti həmin il müstəqillik günü ilə bağlı tədbirlərin olmayacağını elan etdi.

Kütləvi mədəniyyətdə

Avqustun əvvəlindən, radio kanallarında vətənpərvərlik mahnısı olan milli naghmay ifa olunur və müxtəlif televiziya proqramlarında Pakistanın nailiyyətlərini, mədəniyyətini, tarixini işıqlandıran verilişlər yayımlanır. Dil Dil PakistanJazba-e-Junoon kimi ölməz vətənpərvərlik mahnıları bütün ölkədə ifa edilir. 1998-ci ildə buraxılan Cinnah filmində Pakistanın müstəqilliyinə aparan hadisələr və Cinnahın həyat yolu ətraflı işıqlandırılır. Pakistanın müstəqilliyi dövründə baş verən hadisələr bir çox ədəbi və elmi əsərlərdə təsvir edilmişdir. Xuşvant Sinqhin Pakistana qatar romanı,, Səadət Həsən Mantonun Toba Tek Sinq qısa hekayəsi, Larri Kollinz və Dominik Lapyerin Gecəyarısı azadlıqFaiz Əhməd Faizin poetik əsərləri Pakistanın müstəqilliyi ilə əlaqədar hadisələrin xronikasını canlandırır. Mümtaz Müfti tərəfindən yazılmış Əli Pur Ka Aeeli Bataladan Lahora onun ailəsinə çatdırılması hesab olunan tərcümeyi-haldır. Nazim Hicazi tərəfindən yazılmış Khaak aur Khoon (Çirk və Qan) tarixi romanı müstəqillik zamanı Cənubi Asiyada müsəlmanlarının verdiyi qurbanları təsvir edir. Raziya Butt tərəfindən yazılmış Bano romanı əsasında ekranlaşdırılmış Pakistan dram seriyası Dastanda Pakistanın müstəqillik hadisələri və Pakistan hərəkatından bəhs edilir.

Pakistan Post ölkənin müstəqilliyinın birinci ildönümü üçün 1948-ci ilin iyulunda dörd yubiley markası buraxıb. Dörd markadan üçü Pakistanın yerlərini, dördüncü marka isə əsas mövzunu təsvir edir. Markalarda müstəqilliyin faktiki tarixi haqqında yaranmış çaşqınlıq səbəbinə görə üstünə "1947-ci il 15 avqust" yazılmışdır. 1997-ci ildə Pakistan müstəqilliyinin 50-ci illiyini qeyd etdi. Pakistan Dövlət Bankı müstəqilliyin 50-ci illiyi şərəfinə 1997-ci ilin 13 avqutunda 5 rupi üzərində Bahauddin Zəkəriyyə türbəsi əks olunan xüsusi əsginaz buraxıb. Əsginazın ön tərəfində şölələnən ulduz urdu dilində Azadlığın Əllinci İldönümü və rəqəmlərlə '1947–1997' qeyd olunan yazı ilə əhatə olunub.

Pakistan Müstəqillik Günü  Xarici şəkil
Pakistan Müstəqillik Günü  Pakistanın müstəqillik günü şərəfinə 2015-ci ildə Google tərəfindən hazırlanmış doodle

1997-ci ilin noyabrında Kriket üzrə 1997 Uills Qızıl Yubiley Turniri müstəqilliyin qızıl yubileyi münasibətilə Lahorda yerləşən Qəddafi Stadionunda keçirilib. Turnirin finalı zamanı Pakistan Kriket İdarə Heyəti (ing. Pakistan Cricket Board) onları təsvir edən qızıl medallarla və atlı arabalarla keçirdikləri paradda Pakistanın bütün yaşayan kriket kapitanlarını ehtiramla yad etmişlər. 14 avqust 2004-cü ildə Pakistan 100 m × 160 m ölçülərində dövrün ən böyük bayrağını nümayiş etdirib.

2011-ci ildən etibarən Google Pakistanın ana səhifəsi (►google.com.pk) üçün Pakistanın Müstəqillik Günü münasibətilə Pakistanın rəmzləri ilə bəzədilmiş xüsusi doodle hazırlayır. Belə rəmzlərə ulduz və aypara, milli mədəniyyət abidələri və rənglər, bədii təsvirlər, coğrafi mənzərə və digər milli rəmzlər daxil edilib. 2015-ci ildə Facebook Pakistanda öz istifadəçilərinə statuslarında Pakistan bayrağı nişanı ilə müstəqillik günü bayramı əhval-ruhiyyəli bədii tərtibatlardan istifadəyə imkan yaradıb.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Pakistan Müstəqillik Günü TarixPakistan Müstəqillik Günü Bayramın qeyd edilməsiPakistan Müstəqillik Günü Təhlükəsizlik tədbirləriPakistan Müstəqillik Günü Kütləvi mədəniyyətdəPakistan Müstəqillik Günü Həmçinin baxPakistan Müstəqillik Günü İstinadlarPakistan Müstəqillik Günü Xarici keçidlərPakistan Müstəqillik Günü1947BanqladeşBritaniya HindistanıBütün Hindistan Müsəlman LiqasıCənubi AsiyaMüsəlmanMəhəmməd Əli CinnahPakistanPakistan dominionuQədr gecəsiQərbi PakistanRamazanSuverenlikUrdu diliİslam təqvimiŞərqi Pakistan

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanda yayılmış balıqların siyahısıEroziyaRənglər siyahısıİqlim dəyişikliyi25 aprelBakı Dövlət UniversitetiVüqar BiləcəriOSITəbiətin qorunmasıÇiçəkLotu QuliTörəməQanAzıx mağarasıXurşidbanu NatəvanXankəndiİkinci Qarabağ müharibəsiHüquq2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıAyaz MütəllibovBeşinci nəsil qırıcıPrizmaŞir (astrologiya)AlmaniyaAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiAprelAzərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıQərbi Azərbaycan İcmasıÇernobıl faciəsiHeydər Əliyev adına Hərbi İnstitutHemoqlobinYanvarŞirİçərişəhərNüvə silahıCənubi KoreyaPiramida (həndəsə)Azərbaycan coğrafiyasıMədəaltı vəziAlen DelonAzərbaycan himniFutbolŞəkilçiİmişli rayonuFüzuli rayonuKomedixanaÇinAzərbaycan Hərbi Dəniz QüvvələriSahibkarlıqOrxan SultanovAzərbaycan mətbuatıKonstitusiyaAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıCoğrafiyaİqtisadiyyatBakıDünya okeanıBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)MetaforBucaqİranTovuz rayonuSooronbay JeenbekovTürkmənistanAbbasqulu ağa BakıxanovTonzillit100 manatlıq əsginasSınıqlarXXXTentacionKosmosVüsal Kazımov (baş leytenant)KürəUkraynaAzərbaycan PrezidentiDaxili İşlər Nazirliyi (Azərbaycan)Pənahəli xan🡆 More