Mixeil Cavaxişvili

Mixeil Cavaxişvili (gürc.

Onun "Günahsız Abdulla" hekayəsi çox şöhrətli hekayədir. Sovet vaxtı Azərbaycanda da bu hekayəni ekranlaşdırılıb. M.Cavaxişvili Staliin repressiyalarında güllələnmiş, yaradıcılığı 20 il qadağan olunub.

Mixeil Cavaxişvili
gürc. მიხეილ ჯავახიშვილი
Mixeil Cavaxişvili
Doğum adı მიხეილ საბას ძე ადამაშვილი
Doğum tarixi 8 (20) noyabr 1880
Doğum yeri
Vəfat tarixi 30 sentyabr 1937(1937-09-30) (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Fəaliyyəti nasir, yazıçı
Əsərlərinin dili gürcü dili
Janr povest[d]
Tanınmış əsərləri
Mükafatları Mixeil Cavaxişvili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Böyük gürcü yazıçısı Mixeil Cavaxişvili 1880-ci ildə Borçalı qəzasının (indiki Marneuli rayonunun) Serakvi kəndində anadan olmuşdur. Bu barədə yazıçının böyük qızı Ketevan Cavaxişvili «Atam barədə xatirələr» kitabında yazır: «Atamın doğulduğu və uşaqlıq illərini keçirdiyi Serakvi kəndi o vaxtlar Borçalı qəzasında yeganə gürcü kəndi idi. İkinci gürcü kəndini babam Saba sonralar Serakvi kəndi yaxınlığında salmış və adını da Sioni qoymuşdur». Ketevan Cavaxişvili daha sonra babası Sabanın azərbaycanlı və yunanlarla dostluq etməsindən, Azərbaycan dilində sərbəst danışmasından söhbət açır. O, başqa bir yerdə isə Mixeil Cavaxişvili anadan olanda Sabanın bu xəbəri Sadaxlıda eşitməsindən, qulluqçusu Abdulla ilə atı dördnala çaparaq evə tələsməsindən, yolda Abdullanın Azərbaycan mahnıları oxumasından sevə-sevə söhbət açır. O, daha sonra Abdullanın balaca Mixeili çox sevməsini, ona çoxlu Azərbaycan mahnılarını öyrətməsini, məhəbbət və xoşbəxtlikdən, kədərdən və talesizlikdən söhbət açmasını və həmin söhbətlərin bu körpə uşağın qəlbində əbədi bir iz buraxdığını qeyd edir. Atasından, qulluqçuları Abdulladan, eləcə də onun ailəsi ilə sıx təmasda olan azərbaycanlılardan Azərbaycan dilini öyrənən Mixeil Cavaxişvili öz tərcümeyi-halında sağlığında ikən bir neçə hekayəsinin Azərbaycan dilinə tərcümə olunduğunu yazır. Onu da qeyd etmək lazımdır ki, bu tərcümeyi – halda M. Cavaxişvili tatar sözünün üstündən xətt çəkərək türk dili sözünü yazmışdır. M. Cavaxişvili «Kvaçi Kvaçantiradze», «Cağoya sığınmışlar», «Qadın yükü», «Ağ yaxalıq», «Arsen Marabdalı» romanlarının, «Günahsız Abdulla», «İki hökm», «Qivi Şaduri», «Ləmbəli və Qaşa», «Günah» və başqa hekayələrin müəllifidir. Təəssüf hissi ilə onu da qeyd etmək lazımdır ki, tale ona yar olsa idi, ürəkdən sevdiyi Şamil haqqında romanını və azərbaycanlılara, Borçalıya aid neçə-neçə əsər yazıb tamamlayardı. M. Cavaxişvili əsərlərinin əksəriyyətində doğma yurdu, Borçalı və onun mənzərələrini sevə-sevə qələmə almış, Azərbaycan və gürcü dostluğu onun yaradıcılığının əsas ana xəttini təşkil etmişdir. M. Cavaxişvilinin bir realist yazıçı olduğunu sübut edən cib dəftərçəsindən qeydlərini bu gün də dövrünün ab-havası ilə səsləşdiyini, oxucular üçün də maraqlı olduğunu nəzərə alaraq sizə təqdim edirik. P.S. Onu da qeyd etmək lazımdır ki, M. Cavaxişvili yaradıcılığına ilkin başladığı dövrlərdə jurnalistik fəaliyyəti zamanı onun təxəllüslərindən biri də «Əli» olmuşdur.

Əsərləri

Romanları

Filmoqrafiya

  1. Günahsız Abdulla (film, 1984)

İstinadlar

Xarici keçidlər

Tags:

Mixeil Cavaxişvili HəyatıMixeil Cavaxişvili ƏsərləriMixeil Cavaxişvili FilmoqrafiyaMixeil Cavaxişvili İstinadlarMixeil Cavaxişvili Xarici keçidlərMixeil Cavaxişvili1880193720 noyabr30 sentyabrGürcü diliGürcülərRusiya imperiyasıTbilisiTiflis quberniyasıd:Q4504474

🔥 Trending searches on Wiki Azərbaycanca:

Tovuz rayonuQuran surələrinin siyahısıLeyla ƏliyevaMəhəmməd FüzuliƏli SistaniLütfi ZadəA vitaminiAlov qüllələriYusif (peyğəmbər)Durğu işarələriQazaxıstanTörəməHeydərbəy dağıŞiəlikŞimali KoreyaBibiheybət məscidiDOST AgentliyiGecə namazıAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)GürcüstanTürbəŞirvanşahlar dövlətiBeyinDüzbucaqlı paralelepipedBakı kəndlərinin siyahısıBeynəlxalq Qadınlar GünüNamiq Abbasov (siyasətçi)PasxaİtLaylaKöhlənFeilİsabel Martines de PeronTorpaqİqlim dəyişikliyiQafqazEv pişiyiXəbər (qrammatika)Sultan bəy SultanovDinİngiltərə burjua inqilabıÇoxluqlarNəqli cümləİsgəndər HəmidovOxatan (astrologiya)BronxitBalıqXocalı soyqırımıAzərbaycandakı ən yüksək dağ zirvələriSuçiçəyiYeni Azərbaycan PartiyasıQüslHicri təqvimİndoneziyaƏbülfəz ElçibəyAzərbaycan milli geyimləriNaftalanAzərbaycanın Milli QəhrəmanıDubayCavanşirlərEgey dəniziLotu QuliAy təqvimiKvadrat metrGülüstan müqaviləsiƏfşar imperiyasıHamiləlikQədim MisirGəncə xanlığıQaranquşlarBağlayıcıMirzə Ələkbər SabirFİFA Dünya Kuboku finallarının siyahısıAzərbaycan meşələriBərabəryanlı trapesiyaAzərbaycan Tibb UniversitetiSübh namazı🡆 More