Milli Dövlət

Milli dövlət — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması.

Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur.

Milli Dövlət
Fransa Burjua İnqilabı

Ulus dövlətin yaranması

Ümumilikdə ulus dövlətin Fransız inqilabı dövründə tarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamanda feodalizmdən kapitalizmə keçid müddətini müəyyən edən dövrdür. Feodal dövlətdə üstün olan qanunilik anlayışına görə dövlətin sahibi və qanuniliyinin mənbəyi monarxiyadır. Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənən burjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçün xalqın dəstəyini qazanmalı idi. Buradan başlayaraq qanuniliyin monarxdan alınaraq xalqa verilməsi prosesi içində millətçi axımların güc qazanması milli müstəqillik fikrinin kütlələrdə geniş tərəfdar tapmasını təmin etmişdir. Ancaq ulusun (millətin) yoxsa ulus dövlətin mi daha əvvəl meydana çıxması mübahisəli məsələdir. Millətçi düşüncələr daha çox ulusun daha əvvəldən var olduğunu iddia edirlər, onlara görə ulus dövlət bu ulusun üstünlük və müstəqillik tələblərini qarşılayacaq bir model olaraq ortaya çıxmışdır. Ancaq modernləşmə mərkəzli nəzəriyyələrə görə milli kimlik daha əvvəldən var olan dövlətin yeritdiyi siyasətin bir nəticəsidir XIX əsr Avropasında Sənaye inqilabı, çap mətbuatının inkişafı və yüksək səviyyəli təhsil sisteminin qurulması kimi hadisələrə bağlı olaraq dil, mədəniyyət və başqa dəyərlərin yayılmasının önü açılmışdır. Bunlar da ulus dövlətin formalaşmasını sürətləndirən proseslərdir.

Həmçinin bax

Millətçilik

Millət

Xarici keçidlər

  1. Ulus-Devlet ve Milliyetçilik (Birikim dergisi) Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine

İstinadlar

Tags:

Milli Dövlət Ulus dövlətin yaranmasıMilli Dövlət Həmçinin baxMilli Dövlət Xarici keçidlərMilli Dövlət İstinadlarMilli DövlətDövlətMillətMillətçilikMuxtariyyət

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycandakı ən yüksək dağ zirvələriAğıllı şəhərAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıİrəvanSərt diskZakir HəsənovYol nişanlarıGölNoyabrAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)DairəŞuşa qalasıVətən Müharibəsi Qəhrəmanlarının siyahısıƏfqanıstanMetafor0Qızıl yel xəstəliyiNüvə silahıAllergiyaXəmsəAzərbaycan təbiətiYaponiyaCümə məscidi (Ağdam)Çingiz xanBeşinci nəsil qırıcıİranDərman zəncirotuNəsli kəsilməkdə olan növlərNazirlər Kabineti (Azərbaycan)OktyabrKerri KavanoYüngül atletikaSelİngiltərəMannaSeyid Əzim ŞirvaniAbdulla ŞaiqBakı Konqres MərkəziDüzbucaqlıİlk tibbi yardımİslamda tanrının adlarıBronxitÇaldıran döyüşüSəudiyyə ƏrəbistanıAzərbaycanın inzibati bölgüsüAnklavKitabi-Dədə QorqudSıxlıqAzərbaycan qəzetlərinin siyahısıHamiləlikZülallarAzərbaycan muzeylərinin siyahısıXumar QədimovaAzərbaycanın sərhədləriOsmanlı sultanlarının siyahısıCəmşid Naxçıvanski adına hərbi lisey26 aprelTürkdilli dövlətlərGələrsən-Görərsən qalasıAdrianGözİnsan penisinin uzunluğuAzərbaycanın təbii sərvətləriHindistanSiçan (kompüter)İlham ƏliyevEkoloji problemlərElektrik cərəyanıTabeli mürəkkəb cümləTürkmənçay müqaviləsiDağıstanSahə (ölçü parametri)Cəfər CabbarlıMəsdərAzərbaycan Respublikasının KonstitusiyasıMübariz İbrahimov🡆 More