2017 Mançester Arenada Terror

Mançester Arenada terror (ing.

Hadisə müğənni Ariana Qrandenin arenada təşkil olunmuş konserti zamanı baş vermişdir. Verilən məlumatlara görə terror hücumu nəticəsində 23 nəfər həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxsin kusdar üsulla hazırlanmış bombadan istifadə etdiyi bildirilir. İraq Şam İslam Dövləti hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Mançester Arenada terror
Mançester şəhərində yerləşən Mançester Arenanın xarici görünüşü.
Mançester şəhərində yerləşən Mançester Arenanın xarici görünüşü.
Mançester Arena (Böyük Mançester)
2017 Mançester Arenada Terror
Mançester Arena
Böyük Mançester (Böyük Britaniya)
2017 Mançester Arenada Terror
Böyük
Mançester
Böyük Mançester (Avropa)
2017 Mançester Arenada Terror
Böyük
Mançester
Hücum yeri Mançester, İngiltərə
Hücum hədəfi Ariana Qrandenin konserti
Vaxt 22 may, 2017
22:33
Hücum üsulu Kustar üsulla hazırlanmış bomba
Həlak olanlar 23 (terrorçu daxil olmaqla)
Yaralılar 64+
Terrorçular Salman Ramadan Abedi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxa plan

Hadisə 2017-ci ilin 22 may tarixində İngiltərənin Mançester şəhərində baş verib. Tanınmış müğənni Ariana Qrandenin Dangerous Woman studio albomunu tanıtımı məqsədi ilə təşkil olunan Dangerous Woman Tour konsert turnesinin növbəti ünvanı 22 may tarixində Mançester Arena olub. 21 min nəfərdən çox tamaşaçının iştirak etdiyi konsertdə, partlayışın tamaşaçıların zalı tərk etdiyi anda baş verdiyi bildirilir.

Mançester Polisi hadisənin terror hücumu olduğunu və şübhəli şəxsin kamikadze olduğunu bildirib. Hadisə 2017-ci ildə Böyük Britaniyada baş vermiş ikinci terror hücumudur. 2017-ci ilin mart ayında Vestminster sarayı qarşısında polisləri hədəf alan silahlı hücumda 1 nəfəri polis əməkdaşı olmaqla, 7 nəfər həlak olmuşdu.

Həlak olanlar

Yerli polisinin məlumatlarına görə kamikadzedə daxil olmaqla 23 nəfər partlayış nəticəsində həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında uşaqlarında olduğu bildirilir. Şimal-Qərb Təcili Tibbi Xidmətin 60-dan çox təcili tibbi yardım maşını hadisə yerinə gedərək 64 yaralıya təcilli tibbi yardım göstərib. Yaralılardan 12 nəfəri 16 yaşın altında olan yeniyetmələrdir.

Reaksiyalar

Böyük Britaniyanın Baş Naziri Tereza MeyLeyboristlər Partiyasının rəhbəri Ceremi Korbin baş vermiş hadisəni qınadıqlarını bildiriblər. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabet hadisə qurbanlarının ailələrinə baş sağlığı verib. Keçirilməsi planlaşdırılan mərkəzi seçkilər üçün nəzərdə tutulmuş təbliğat kompaniyaları partlayışdan sonra iki gün müddətinə təxirə salınıb.

Mançester şəhərinin meri Endi Burham baş vermiş hadisəni şeytani terror hücumu formasında şərh edib. London şəhərinin müsəlman əsilli meri Sadiq Xan da sosial şəbəkələr üzərində yayımladığı məktubunda baş vermiş hadisəni qınadığını bildirənlərdəndir. Baş vermiş terror aktı ilə bağlı təkcə ölkə daxilindən yox, eyni zamanda müxtəlif xarici dövlətlərin və təşkilatların rəhbərləri tərəfindəndə qınanma məktubları və açıqlamalar yayımlanıb. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu QuterreşRoma Papası Fransisk hadisəyə görə üzüntülərini ifadə ediblər.

Azərbaycandan

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə başsağlığı verib.

2017 Mançester Arenada Terror  Başsağlığında deyilir: Hörmətli xanım Baş nazir, Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. 2017 Mançester Arenada Terror 

İstinadlar

Tags:

2017 Mançester Arenada Terror Arxa plan2017 Mançester Arenada Terror Həlak olanlar2017 Mançester Arenada Terror Reaksiyalar2017 Mançester Arenada Terror İstinadlar2017 Mançester Arenada Terror201722 mayAriana QrandeMançesterİngilis diliİraq Şam İslam Dövləti

🔥 Trending searches on Wiki Azərbaycanca:

Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləriCavanşir MəmmədovPulAdi tülküKanadaZəngəzurVidadi Əliyev (aktyor)KəbəHindistanHicri təqvimTəşbehAğaməhəmməd şah QacarƏqəbliSəudiyyə ƏrəbistanıMüstəqil Dövlətlər BirliyiRamazanTünzalə ƏliyevaHacı NuranAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıErkin Qədirliİngiltərə tarixiArif MansurovKartofAzərbaycan memarlığıQara QarayevAbşeron rayonuMark TvenQan qrupuSillogizmGəncə qapılarıTəbii zonalarAral gölüElçin HüseynbəyliTeymurilər dövlətiSıxlıqAzərbaycanda kənd təsərrüfatıŞəki xanlığıXurmaPomidorTürkiyəAzərbaycan operasıBirləşmiş KrallıqAmerika Birləşmiş ŞtatlarıFondlaşdırmaRəşid Mahmudov (fizioloq)Şam namazıBəylər EyyubovŞizofreniyaMorfologiya (linqvistika)KürQız qalasıFransaQuduzluqİmadəddin NəsimiZöhr namazıNatural ədədlərQüslLipopolisaxaridTəbrizAllahşükür PaşazadəGöygölQara Qarayev (futbolçu)Leyla ƏliyevaLimonMustafa Kamal AtatürkUşaqlıq yolu (anatomiya)Qoşma (nitq hissəsi)MeşəLeyliDövlət bayraqlarının siyahısıQubernatorMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Azərbaycan Qızıl Aypara CəmiyyətiVilayət EyvazovƏməliyyat mənfəətiSeimone AugustusCabir NovruzAzərbaycan-İsveç futbol matçlarının siyahısıƏlincə qalası🡆 More