Mühasibat Uçotu

Mühasibat uçotu — müəssisələr və korporasiyalar kimi iqtisadi qurumlar haqqında maliyyə və qeyri-maliyyə məlumatlarının ölçülməsi, işlənməsi və ötürülməsi.

"Mühasib" sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir.

Mühasibat Uçotu

Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də.

İdarə heyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır.

Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır.

Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.

Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırkı vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.

Mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının istifadəçiləri adlanır.Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür:

  • daxili istifadəçilər (insiders);
  • kənar istifadəçilər (outsiders).

Daxili İstifadəçilər

Müəssisə daxilində biznes qərarlarını qəbul etmə səlahiyyətinə malik olan rəhbər,menecer,yaxud sadə işçilər ola bilər.

Kənar istidafəçilər

Kənardan həmin şirkətin maliyyə uçotu məlumatları ilə maraqlanan tərəflər ola bilər.Bu istifadəçilərə investorlar və səhmdarlar,kreditorlar,dövlət vergi orqanları,yaxud istehlakçılara aiddir.

Göstərilən istifadəçilər maliyyə uçotundan aşağıdakı informasiyaları almaqda maraqlıdırlar:

  1. İnvestorlar və səhmdarlar,onların nümayəndələri — həyata keçirilən və ya nəzərdə tutulan investisiyaların riskliyi,gəlirliyi və müəssisənin dividend ödəmək qabiliyyəti haqda informasiya;
  2. Müəssisənin işçiləri və onların nümayəndələri (həmkarlar ittifaqı və s.) — işverənlərin gəlirliliyi,stabilliyi,iş yerlərini saxlamaq və əmək haqqı ödəyə bilmə imkanı barədə informasiya;
  3. Borcverənlər — müəssisənin verilmiş borcları qaytara bilməsi və faizləri ödəyə bilməsi haqqında informasiya;
  4. Malsatan və podratçılar,malalan və sifarişçilər — müəssisənin fəaliyyətinin fasiləsizliyi haqqında informasiya;
  5. Dövlət orqanları — öz funksiyalarını (resursların yerləşdirilməsi,iqtisadiyyatın tənzimlənməsi,dövlət siyasətinin hazırlanması və reallaşdırılması,statistik nəzarətin aparılması və s. funksiyalar) həyata keçirmək üçün onlara lazım olan informasiya;
  6. Bütövlükdə ictimaiyyət — yerli,regional və dövlət səviyyəsində müəssisənin ictimai rifahını yüksəldilməsində rolu haqqında informasiya.

İdarəetmə uçotunun informasiyası

Daxili istifadəçilər tərəfindən firmanın idarə olunması zamanı istifadə olunur.İdarəetmə uçotunun aparılmasında əsas məqsəd daxili istifadəçiləri istehsal xərcləri və maya dəyəri haqqında informasiya ilə təmin etmək,həmçinin maliyyə hesabatının təhlilinin nəticələrinə dair göstəricilərlə təmin etməkdən ibarətdir…

Əgər kənar istifadəçilər üçün maliyyə uçotunun məlumatları əsasən investisiyalar haqqında qərar vermək üçün lazım idisə,daxili istifadəçilər üçün uçot məlumatları aşağıdakı məqsədlər üçün lazımdır:

Mühasibat Uçotu 
  1. Strategiyanın hazırlanması;
  1. İşin planlaşdırılması;
  2. Qərarların qəbulu;
  3. Resurslardan istifadənin optimallaşdırılması.

Qeyd olunanları nəzərə alaraq idarəetmə uçotunu bəzən daxili yaxud da istehsal(maya dəyəri) uçotu (Cost Accounting) adlandırırlar.Maliyyə uçotu ilə idarəetmə uçotu arasındakı fərqər şəkildə göstərilmişdir.

Mühasibat Uçotu 

Hər bir peşənin (elmin) müəyyən bir məhsulu olduğu kimi Maliyyə uçotunun da məhsulları maliyyə hesabatıdır.

Aktivlər

Aktivlər müəssisənin keçmiş hadisələr nəticəsində yaranmış onun nəzarətində və istifadəsində olan elə resurslardır ki, gələcəkdə həmin müəssisəyə iqtisadi fayda gətirəcək.

Öhdəliklər

Öhdəliklər müəssisənin keçmiş hadisələr nəticəsində yaranmış və gələcəkdə ona iqtisadi fayda gətirəcək resursların həmin müəssisədən axıb getməsinə səbəb olan borclardır.

Xüsusi kapital

Xüsusi kapital müəssisənin aktivlərindən onun öhdəliklərini çıxdıqdan sonra qalan xalis aktivlərdir.

Gəlir

Gəlir hesabat dövründə müəssisənin iqtisadi faydasının elə artmasıdır ki,bu öz əksini aktivlərin artmasında,yaxud ohdəliklərin azalmasında tapır.Bunun nəticəsində kapitalın mülkiyyətçilərin payları hesabına olmayan artımı baş verir.

Xərclər

Xərclər hesabat dövründə müəssisənin iqtisadi faydasının elə azalmasıdır ki, bu öz əksini aktivlərin dəyərinin azalmasında və ya itirilməsində yaxud öhdəliklərin artmasında tapır,bunun da nəticəsində kapitalın mülkiyyətçiləri tərəfindən geri çıxarılması hesabına olmayan azalması baş verir.

İstinadlar

Xarici keçidlər

Tags:

Mühasibat Uçotu Daxili İstifadəçilərMühasibat Uçotu Kənar istidafəçilərMühasibat Uçotu İdarəetmə uçotunun informasiyasıMühasibat Uçotu AktivlərMühasibat Uçotu ÖhdəliklərMühasibat Uçotu Xüsusi kapitalMühasibat Uçotu GəlirMühasibat Uçotu XərclərMühasibat Uçotu İstinadlarMühasibat Uçotu Xarici keçidlərMühasibat UçotuKorporasiyaMüəssisə

🔥 Trending searches on Wiki Azərbaycanca:

Yeni Müsavat (qəzet)HəşəratlarNATOMisirAdolf HitlerTəbii zonalarDəstəmazQarabağda döyüşlər (2023)Ara sözlərSanksiyaŞəkiHacı ŞahinDünya ölkələrinin siyahısıAnaxanım İsmayılovaÇingiz AytmatovTolerantlıqMöminə Xatun türbəsiƏli ƏsədovAzərbaycan Sərhəd QoşunlarıAzərbaycan Respublikası yol nişanlarıAzərbaycan gerbiNağılAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıTəşbehSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiVyetnamNamiq QaraçuxurluII MehmedDaun sindromuKəpənəklərİnflyasiyaİslamda tanrının adlarıÇingiz MustafayevAprel döyüşləriAzərbaycanın iqtisadi rayonlarıQuran surələrinin siyahısıİnsanCəlil MəmmədquluzadəMədəaltı vəziDünyanın yeddi möcüzəsiRozmarinƏlincə qalasıKoroğlu dastanıİlk tibbi yardımFormula 1Böyük Çin səddiPakistanZəfər Günü (Azərbaycan)Babək ƏləkbərovAlbert EynşteynMarafon döyüşüAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıQız qalasıVətən Müharibəsi Qəhrəmanlarının siyahısıAllergiyaSadır JaparovSahə (ölçü parametri)Müxtəsər vurma düsturlarıNaxçıvan Muxtar Respublikası2024-cü ildə vəfat edənlərin siyahısıAzərbaycan KubokuAmazon yağış meşələriNilQrafik redaktorlarEldənizlərUlduzLerik rayonuİmadəddin NəsimiAzərbaycan Daxili QoşunlarıAzərbaycan ədəbiyyatıQızılHəsən bəy ZərdabiAğdamMenecmentŞüşəAnemiyaŞahmat🡆 More