Konstantin Stanislavski

Konstantin Sergeyeviç Stanislavski (rus.

SSRİ-nin ilk xalq artisti (1936), Lenin ordeni sahibi (1937). SSRİ Elmlər Akademiyasının fəxri üzvü (1925).

Konstantin Stanislavski
Konstantin Stanislavski
Doğum tarixi 5 (17) yanvar 1863
Doğum yeri
Vəfat tarixi 7 avqust 1938(1938-08-07)[…] (75 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti teatr rejissoru, teatr aktyoru, pedaqoq, kinorejissor, aktyor, rejissor, müəllim, teatrşünas, təşəbbüskar
Fəaliyyət illəri 1877-ci ildən
Teatr
Mükafatları Konstantin Stanislavski Konstantin Stanislavski Konstantin Stanislavski
SSRİ xalq artisti RSFSR xalq artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yüz ildir Rusiyada və dünyada son dərəcə populyar olan məşhur aktyor sisteminin (Stanislavski sistemi) yaradıcısı.

Konstantin Stanislavski 1888-ci ildə Moskva İncəsənət və Ədəbiyyat Cəmiyyətinin yaradıcılarından biri olub. 1898-ci ildə Vladimir Nemiroviç-Dançenko ilə birlikdə Moskva İncəsənət Teatrının əsasını qoyub.

Həyatı

Konstantin Stanislavski 5 (17) yanvar 1863-cü ildə Moskvada Savva Mamontov və Tretyakov qardaşları ilə qohum olan sənayeçi Sergey Alekseyevin (1836-1893) böyük ailəsində (doqquz qardaş və bacı) anadan olub. 1877-ci ildə ailə başçısı Moskva tacir gildiyasının başçısı seçilib.

Konstantinin anası Yelizaveta Vasilyevna Yakovleva (5 aprel 1841 - 12 oktyabr 1904) əslən Sankt-Peterburqdan idi. O, 1-ci gildiyanın taciri Vasili Abramoviç Yakovlevin (1806-1848; Finlandiyada karxanaların sahibi, O.Monferranla birgə işləyib, Müqəddəs İsaak kilsəsi və İsgəndər sütunu üçün qranit tədarük edib) və Parisli aktrisa Mari Varlenin qızıdır. Teatrda Mari Varleti ikinci dərəcəli rollar ifa edirdi. Bir neçə il davam edən qeydiyyatsız nikahda Yakovlev və Varlenin iki qızı olub - Mari (təxminən 1838) və Adel (1841). Adelin doğulmasından qısa müddət sonra ailə dağıldı - Varle rəsmi olaraq onunla evlənən başqa bir kişi ilə yaşamağa başladı və 1847-ci ildə Mixaylovski Teatrının daimi fransız truppasında işə düzəldi. Burada subret rolunda çıxış edirdi. Mari və Adel onları rəsmi olaraq övladlığa götürən atalarının himayəsində qaldılar. Atalarının vaxtsız ölümündən sonra onun gənc dul arvadı onlara pis ögey ana kimi davranırdı. Sonradan Mari Varle uzun illər Moskvada, nəvələrinin qonşuluğunda yaşadı. Ancaq Alekseyev uşaqlarına onunla ünsiyyət qurmağı qadağan etdi. Bu ailədə onunla hər cür əlaqə qadağan olunmuşdu. Stanislavski nənəsi ilə heç vaxt görüşməməsinə baxmayaraq, teatra olan həvəsini ondan miras aldığına əmin idi.

Konstantin zəif uşaq kimi doğulmuşdu, raxit xəstəliyindən əziyyət çəkirdi, gec danışmağa başladı və 10 yaşına qədər "l" və "r" hərflərini tələffüz edə bilməyib. Anasının qayğısı sayəsində 9-10 yaşlarında gücləndi, sürətlə inkişaf etməyə başladı və həmyaşıdları arasında liderə çevrildi. Dövrün adət-ənənəsinə görə o ilk təhsilə evdə başlayıb. Valideynlər uşaqları üçün Moskvada ən yaxşı müəllimləri işə götürürdülər. Lakin "hərbi xidmət üçün möhlət almaq hüququ və müvafiq təhsil ixtisası" səbəbindən 1875-ci ilin yazında Konstantin imtahan verdi və dördüncü klassik gimnaziyanın ikinci sinfinə daxil oldu. Bu gimnaziya Pokrovka, 22 ünvanında yerləşir, iki qədim dilin tədrisi üzrə ixtisaslaşmışdı. Qeyd edək ki, onun klassik gimnaziyanı seçməyinin səbəbi var idi. Belə ki, real gimnaziyaların məzunlarından fərqli olaraq klassik gimnaziyaların məzunları universitetdə təhsillərini davam etdirə bilirdilər. 1878-ci il avqustun sonunda Konstantin Stanislavski gimnaziyanı bitirərək Lazarev Şərq Dilləri İnstitutunun beşinci sinfinə daxil oldu. Burada ilk səkkiz sinif klassik gimnaziyanın kursuna uyğun idi. 1881-ci ilin payızında Konstantin atasını onu Lazarev İnstitutunu bitirməyə məcbur etməməyə inandırdı.

Alekseyevlər ailəsi teatrı sevirdi - onların Moskvadakı evində teatr tamaşaları üçün yenidən qurulmuş bir zal, Lyubimovka mülkündə isə bir teatr binası var idi.

Şirkət rəhbərliyində

1881-ci ilin payızında Konstantin Lazarev İnstitutunu tərk etdikdən, bir neçə ay sonra qiymətli metallar şirkəti olan "Vladimir Alekseyev şirkətinin" qızıl üzləmə fabrikinin idarəsində mühasibi kimi işə düzəldi.

Konstantin Moskvanın Roqojski hissəsində əmisi Aleksandr Vladimiroviç Alekseyev və oğlu Nikolay Aleksandroviçin (sonradan bələdiyyə sədri) rəhbərliyi altında çalışırdı. O, 1918-ci il noyabrın 30-da müəssisə milliləşdirilənə qədər orada çalışıb, qazandığı pulun bir hissəsini teatrın inkişafına yatırıb.

1893-cü ildə atasının erkən ölümündən və Duma binasında terror aktı nəticəsində qətlə yetirilən əmisi oğlu Nikolay Alekseyevin faciəli ölümündən sonra müdir köməkçisi olub.

Şirkət 1785-ci ildə çəkilmiş və örtülmüş qızıl, gümüş fabriki adlanan kiçik metal emalı müəssisəsi əsasında yaradılıb. 1862-ci ildə o, Vladimir Alekseyev fabriki adlandırıldı. 1894-cü il yanvarın 31-də isə rəqib "P.Vişnyakov və A.Şamşinin qızıl üzləmə fabriki" ilə birləşib. Yaradılan yeni şirkətin təsisçilərinin ilk iclasında Konstantin Alekseyevin sədrliyi ilə dörd direktordan ibarət idarə heyəti yaradıldı. 120 il ərzində şirkət yalnız qızıl üzləmə məhsulları istehsal edib. 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Sənaye Sərgisində Rusiya şirkəti olan “V.Alekseyev, P.Vişnyakov və A.Şamşin" yeni növ qızıl tikmə sapına görə Qran Pri qızıl medalına layiq görülüb.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Tags:

Konstantin Stanislavski HəyatıKonstantin Stanislavski Şirkət rəhbərliyindəKonstantin Stanislavski İstinadlarKonstantin Stanislavski ƏdəbiyyatKonstantin Stanislavski ƏdəbiyyatKonstantin Stanislavski Xarici keçidlərKonstantin Stanislavski17 yanvar186319387 avqustMoskvaRus diliSSRİ Elmlər AkademiyasıSSRİ xalq artistid:Q49484

🔥 Trending searches on Wiki Azərbaycanca:

ZürafəZəncirotuMalayziyaAzərbaycanın iqtisadi rayonlarıAzərbaycan mətbuatıŞəkiPərviz QasımovOğlaq (astrologiya)Nizami parkıXarici Kəşfiyyat Xidməti (Azərbaycan)TorpaqDünyanın yeddi möcüzəsiÇoxmənalı sözlərƏkinçi (qəzet)Rumi təqvimCəlilabad rayonuZərifə ƏliyevaAşıq PənahTəbii fəlakətNorveçRasim MusabəyovCinsi əlaqəAzərbaycandakı çayların siyahısıAğqoyunlularXarakterAppendisitMəhəmməd FüzuliRamil SəfərovKonstitusiyaYazıSilindrİsgəndəriyyə mayakıŞeirSkelet (insan)Böyük Səlcuq imperiyasıMartMikayıl MüşfiqSelAzərbaycanın inzibati bölgüsüƏsrin müqaviləsiRem və RomulAzərbaycan müğənnilərinin siyahısıSourKəmaləddin HeydərovTürkmənçay müqaviləsiRöya AyxanKoroğluAzərbaycan Dövlət Pedaqoji UniversitetiGələrsən-Görərsən qalasıSüleyman KərimovAzərişıqTonzillitƏfqanıstanQızıl yel xəstəliyiCənubi AzərbaycanAvropa ölkələrinin siyahısıFikrət Məmmədov (dövlət xadimi)Əliqismət LalayevMorfologiya (linqvistika)EtimologiyaŞizofreniyaAdəmAdrianXalçaAğciyər xərçəngiFüzuli rayonuLeksikaAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiHidrogenQafqazGünəşXitabAnalar GünüHikmət HacıyevBakıda yerləşən abidələrin siyahısıƏdatİnflyasiyaMəsdər🡆 More