Katarxey

Katarxey və ya Katarxey eonu — təxminən 4.6 milyard il əvvəl Yerin yaranması ilə başlamış, Yer tarixinin 4 eonundan ilki.

2016-a qədər Beynəlxalq Stratiqrafiya Komissiyası (ing. International Commission on Stratigraphy və ya ICS) bu statusu qeyri-rəsmi olaraq xarakterizə etmişdir. Bu termini ilk əvvəl 1972-ci ildə geoloq Preston Klod Yerdəki ən qədim qayalara qədərki dövrü adlandırmaq üçün işlətdi. Daha sonra Brian Harland bu dövrü adlandırmaq üçün "Priskon dövrü" (lat. priscus-qədim) ifadəsini təklif etdi. Digər köhnə mənbələrdə bu eon Pre-arxey (arxeydən əvvəl) olaraq adlandırılıb.

Süxurlar

20-ci əsrin son onilliklərində geoloqlar Qərbi Qrenlandiyadan, Kanadanın şimal-qərbindən və Qərbi Avstraliyadan Katerxeyə məxsus bir neçə süxur qalığı aşkarladılar. 2015-ci ildə Qərbi Avstraliyada 4,1 milyard illik qayalıqlarda "biotik həyat qalıqları" olaraq təsnif edilən karbon minerallarının izləri tapıldı.

Atmosfer və okeanlar

Yer kürəsini meydana gətirən materialda çox miqdarda su vardı. Su molekulları meydana gəlməsi zamanı daha az kütləyə sahib olsaydı, Yerin cazibə qüvvəsindən daha asanlıqla qurtula bilərdi. Kosmik sürət səbəbindən hidrogen və heliumun daima (bu günə də) kosmosa axdığı düşünülür.

Qədim planetin bir hissəsinin Yerin bir və ya iki böyük bölgəsinin əriməsinə səbəb ola biləck proses, Ayı meydana gətirən toqquşma nəticəsində dəyişdiyi düşünülür. Bununla birlikdə,maddə bu toqquşma ilə buxarlanmalı, gənc planetin ətrafında süxur tərkibli buxar atmosferi yaratmalı idi. Bu buxar, ehtimal ki, iki min il ərzində yoğunlaşıb, hidrogensu buxarından ibarət atmosfer yaratdı. Maye sudan ibarət okeanlar 230 °C (446 °F) səth istiliyinə baxmayaraq mövcud idi, çünki ağır CO2 atmosferinin səbəb olduğu 27 atmosferdən yuxarı bir atmosfer təzyiqində su hələ də maye halında olur.

Zirkonlar üzərində aparılan tədqiqatlar maye suyun 4.4 milyard il əvvəl, Yer meydana gəldikdən çox qısa müddət sonra mövcud olduğunu aşkara çıxardı. Bunun üçün bir atmosferin olması tələb olunurdu. Yerin soyuması təxminən 4.4 ilə 4.1 milyard il arasındakı bir dövrü əhatə edir.

2008-ci ilin sentyabr ayında Avstraliyanın Katarxey mənşəli süxurlarında aparılan araşdırma, 4 milyard il əvvəl (Yer yaranmasından təxminən 600 milyon il sonra) tektonik pltələrin mövcudluğuna işarə edən dəlillər tapdı. Əgər bu həqiqətdirsə, Yer kürəsinin isti, əridilmiş bir səthə və dəm qazı ilə dolu atmosferə sahib olduğu dövrdən bugünkü kimi olmasına keçid dövrünü təxminən 4.0 milyard il əvvəl olduğunu demək olar. Tektonik plitələrin və okeanların hərəkətləri çox miqdarda karbon qazını sıxışdıraraq, istixana təsirini azaldır və daha sərin səth istiliyinə, bərk süxurların meydana gəlməsinə və bəlkə də həyatın yaranmasına səbəb olur.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar


Tags:

Katarxey SüxurlarKatarxey Atmosfer və okeanlarKatarxey Həmçinin baxKatarxey Xarici keçidlərKatarxey İstinadlarKatarxeyEonLatın diliYerin tarixiYerin yaşıİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Zaqatala rayonuMilli təhlükəsizlik orqanları işçilərinin peşə bayramıQuba rayonuBumeranqXBT-10 sinfinin siyahısıParaleloqramBakı metrosuSünnilərTürkmənistanMadyanEksponatXəzər dənizi adalarının siyahısıSinir sistemiNovruz bayramıYerKəlmeyi-şəhadətLeyliTəşəhhüdƏvəzlikASAN xidmətÇingiz MustafayevQara QarayevQızılbalıqlarHeyvanların qorunmasıInternational Relations and Security NetworkFillərArif PaşayevHacı ŞahinQarabağ atıI AbbasİngiltərəDünya ölkələrinin siyahısı446KvadratDairəGərginlik (elektrik)QubaEkologiyaMaterikQasım bəy ZakirAzərbaycan xanlıqlarıVüqar ƏhmədRəcəb Tayyib ƏrdoğanƏtraf mühitBaiduCümləRiçard AlmeydaAA batareyaAzərbaycanın dövlət bayramları və xüsusi günləriYanardağAllahCəlal QurbanovXocalı soyqırımı qurbanlarının siyahısıCəbəllüttariqAzərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanıKleopatraCavanşir MəmmədovZəncəfilMürəkkəb sözlərHeydər Əliyevin ölümü və dəfniƏmir TeymurİsveçrəAzərbaycan mədəniyyətiAyBronxitŞuşanın işğalıTəravih namazıAlmaniyaMaliyyəProtestantlıqACMQastritNizami GəncəviAzərbaycanın inzibati bölgüsüXocalı soyqırımıFaizÜmumi Daxili MəhsulKöməkçi nitq hissələriMübariz İbrahimov🡆 More