Kaliforniya Qızıl Hərisliyi: Kaliforniyada CE 1848-ci ildən 1855-ci ilə qədər qızıl hücumu

Kaliforniya qızıl hərisliyi — 1848-ci il yanvar ayının 24-də ştatın paytaxtı olan Sakamento yaxınlığında başlayıb.

Həmin gün taxta zavodunun su hovuzunu Ceyms Vilson Marşal Amerikan çayı sahilində qızıla oxşar nəsə tapır. Metalın azot turşusu ilə yüngülvarı yoxlanışı göstərir ki, Marşalın əlində saxladığı metal noxud boyda yüksək əyarlı qızıl dənələridir. Taxta zavodunun sahibi isveçrəli mühacir və qızılaxtaran sahibkar qızılaxtaranların əraziyə gəlişini qarşısını almaq üçün bu tapıntını gizlətməyə çalışır. Lakin onların bütün cəhdləri nəticəsiz qalır, kəşfi yalnız bir həftə sirr olaraq saxlamaq mümkün olur. Kəşf xəbəri yayılan kimi, ABŞ-nin digər ştatlarından və xaricdən təqribən 300.000 insan Kaliforniyaya gəldi.

Kaliforniya qızıl hərisliyi
Kaliforniya Qızıl Hərisliyi: Tarixi, İstinadlar, Ədəbiyyat
Tarix 1855
Başlama tarixi 24 yanvar 1848
Bitmə tarixi 1854
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kaliforniya Qızıl Hərisliyi: Tarixi, İstinadlar, Ədəbiyyat
Kaliforniya Qızıl Hərisliyi: Tarixi, İstinadlar, Ədəbiyyat
Kaliforniya qızıl mənbələri

Tarixi

Qısa bir müddətdə xəbər San-Fransisko şəhərinə qədər yayılır. Yerli qəzetlər təzə xəbəri çap etməyə tələsir. Bəziləri isə bunu növbəti qəzet sensasiyası kimi qəbul edir. Əlbəttə ki, qızlın aşkar olduğu ərazidə külçə axtarışına çıxan inşalar insanlar peyda olur. Amma hələ ki kütləvi axtarışlardan söhbət belə gedə bilməzdi .

Kaliforniyadakı qızıl yataqlarının "təbliğatında" mühüm rol isə San-Fransiskodan olan Sem Brennan adlı tacirin öhdəsinə düşür. Məhz o bilərəkdən Kaliforniya torpaqlarında gizlənən böyük sərvət və qızıllar haqqında şayiələr yaymağa başlayır. Ən maraqlısı isə odur ki, Brennan özü heç də müstəqil şəkildə qızıl axtarışı ilə məşğul olmağa can atmır, bu onun heç ağlının ucundan belə keçmir. O, sadəcə ona ümid edir ki, əgər bura kəşfiyyatçıların və qızıl axtaranların kütləvi axını olarsa, onda o, öz gündəlik tələbat və məişət mallarını daha yaxşı sata biləcək, onun satışları artacaq. Beləliklə, bu yerə insanlar axın etməyə başlayanda Sem onlara bel, kürək, tavan-qaza və çoxlu sayda digər əşyalar sata bilər. Yekunda o bunun sayəsində xeyli sərvət toplamağa müyəssər olur. Həmin dövr üçün kifayət qədər zəngin insana çevrilir.

Kaliforniyada çap edilən elan. Elanda gəminin qızıl olan ərazilərə, hərəkət edəcəyi bildirilir, (1850).

Xəbərlərin yayılma arealı genişləndikcə , qızılaxtaranların sayı da tədricən artır. Əgər əvvəlcə bu yaxın kənd və şəhərlərin əhalisi idisə, tezliklə Kaliforniyaya digər ştatlardan da insan axını başlayır. Gələnlərin bir çoxu hətta yüksək əziyyət tələb edən bu işə yerli hindu əhalini də cəlb edir ki, işin çətin və qara hissəsini onlar görsün. Tapılan qızılın miqdarı o qədər çox olur ki, ilk ilin sonunda San-Fransiskodan bu qiymətli metal ilə yüklənmiş gəmilərin apardığı qızılın miqdarı yarım milyon dollara bərabər olur, bu qızıl sikkə istehsalı üçün nəzərdə tutulmuşdu.

Marşallın unikal tapıntısından sonra, Kaliforniyada qızıl hərisliyinin tarixi daha böyük şiddətlə inkişaf etməyə başlayır. Tezliklə xəbər bütün Amerikaya yayılır. Syerra-Nevadanın (ABŞ-nin cənub-qərbində) qərb yamacları boyunca 320 km uzunluğunda, 130 km enində olan zolağın qızıllı olduğu aşkar edilir. Daha sonra xəbər bütün dünyaya yayılır. Bununla da buraya nəinki Amerikadan, Çin, Avstraliya, Yeni Zelandiya kimi uzaq ölkələrdən qızıl axtaranların axını başlayır. 1849-cu ildə əhalinin sayı 80 minə qədər artmışdı, cəmi 10 ildən sonra isə bu rəqəm 400 min nəfərə çatır.

Kaliforniyada qızıl istismarı bir neçə il davam etmişdir. Qızıl səpintiləri qızılaxtaranların tələbatını ödəmirdi. Qızılaxtaranlar artıq səpintilərin deyil, qızıl filizlərinin kəşflərini gözləyirdi. 1850-ci ilin oktyabrında Qold Hill dağının yaxınlığında ilk qızıl damarı tapıldı və burada tezliklə Nevada Siti şəhəri salandı. Uzunluğu 190 km, eni isə 2 km olan filiz zonası Ana damar adlandırılmışdır. Burada qızıl 40 mədəndə 100 ilə yaxın müddətdə hasil olunurdu. Qızıl damarlarının çoxu 1350 m dərinliyə qədər istismar edilirdi. Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının qızıl istehsalının üçdə birini Kaliforniya ştatında olan mədənlərdən əldə edilirdi.

Qızıl kəşfiyyatçıları arasında müxtəlif peşədən olan insanlar var idi: fermerlər, əsgərlər, müəllimlər və digər adamlar. Amma onların hamısını bir ümumi məqsəd birləşdirirdi: onlar bura öz "amerika arzularını" reallaşdırmaq üçün gəlmişdi.

Bəzi nəzərə çarpacaq əngəllərə baxmayaraq, Kaliforniya qızılını çıxarmaq elə də çətin deyildi -əksər hallarda o, demək olar ki, ayaqların altına səpilmişdi. Alyaskanın donmuş torpaqlarından onu tapıb çıxarmaq daha çətin idi. Alyaskada qızıl olması ilə bağlı ilk iddialar 1872-ci ildə eşidildi.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Tags:

Kaliforniya Qızıl Hərisliyi TarixiKaliforniya Qızıl Hərisliyi İstinadlarKaliforniya Qızıl Hərisliyi ƏdəbiyyatKaliforniya Qızıl Hərisliyi Xarici keçidlərKaliforniya Qızıl Hərisliyi

🔥 Trending searches on Wiki Azərbaycanca:

YanıqTeymurilər dövlətiHəcmManipulyasiyaNizami metrostansiyasıQoç (astrologiya)İqlim dəyişikliyiQədim MisirAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıKimyəvi elementBiologiyaƏlcəzairBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)Yusif MustafayevAzərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıAzərbaycanlıların Ermənistandan deportasiyasıQorxmaz SücəddinovAzərbaycan Respublikası yol nişanlarıTaunSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiSahələrinə görə ölkələrin və ərazilərin siyahısıİrəvan xanlığıCavanşirŞahmatQuşlarElektrik cərəyanıElçin Quliyev (general-polkovnik)AsiyaDədə QorqudMüsavat PartiyasıQarabağda döyüşlər (2023)Müdafiə Nazirliyi (Azərbaycan)Əbülfəz ElçibəyFevralAzərbaycan Milli Elmlər AkademiyasıÇaldıran döyüşüTriqonometriyaUnitar dövlətErmənistan azərbaycanlılarıAyaz MütəllibovGənclik parkıQaranquşlarAprel işğalıRəşad MikayılzadəReptilian insanlarOksigenÇəmbərəkənd parkıCəmşid Naxçıvanski adına hərbi liseyEv pişiyiLeyla ƏliyevaÇay (coğrafiya)İşıqAdolf HitlerCavanşir MəmmədovHeydər ƏliyevHeydər Əliyev MərkəziBürclərin işarələriMülki müdafiəIP ünvanıOlaf ŞoltsKərim VəliyevHüseyn CavidTimsahlarDövlət bayraqlarının siyahısıLatın ifadələriXəbər (qrammatika)Manaf AğayevİrəvanQazaxıstanKvadrat tənlikQaraciyərSkarlatinAzər-Türk BankAzərbaycan rəqsləriXocalı soyqırımıMorfologiya (linqvistika)Spirtlər🡆 More