Ilçə Kəmər

Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon.

Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbindəcənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir

Kəmər
Kemer
Ilçə Kəmər
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi 53 483 km²
Mərkəzin hündürlüyü 4 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 41 621 nəfər
Digər
antalya-kemer.bel.tr
Xəritəni göstər/gizlə
Kəmər xəritədə
Kəmər
Kəmər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adlandırılması

XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar

Tarixi

Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır. Rayon ərazisində mövcud olan digər antik şəhər olan Olimposun əsası E.ə. II əsrdə qoyulub. Mərkəzdən 25 km uzaqlıqda olan şəhər E.ə. 78-ci ildə Romalıların əlinə keçmişdir. Gedelma kilsəsi Roma dövründən qalmışdır. Rayon mərkəzində olan İdyros (İdropolis) şəhərinin qalıqlıqlarına əsasən şəhərin dənizçilik və ticarət mərkəzi olduğu müəyyən edilir.

Kəmər rayonu XII əsrdə Türklərin əlinə keçmişdir. XX əsrin əvvəllərində rayona köçərilər gəlməyə başlaçışdır. 1968-cı ildə Kəmər kənd, 1986-cı ildə isə qəsəbə adını almışdı. 20 may 1990-cı il tarixli 3644 saylı qanunla Kəmər rayon adı verilmişdir. 26 avqust 1991-ci ildə Kemer Kaymakamlığı qurulmuşdur.

Coğrafiyası

Ilçə Kəmər 
Kemer rayonunun Antalya əyalətindəki mövqeyi

Kəmər rayonu Antalyanın 43 km qərbində yerləşir. Rayon Qərbi Toros dağlarının ətəklərində 46 km uzunluğundakı sahil xəttində yerləşir. Şərqində Aralıq dənizi, qərbində meşə və dağlarla əhatələnmiş rayonun sahəsi 53.483 km²-dir. Rayonun 45 000 hektarlıq ərazisi meşə ilə örtülmüşdür. Rayonun iqlimi yaz aylarında isti və quraq, qış aylarında isə sərin və yağışlı keçir. Rayonun ən yüksək yeri 15 m-dir.

Əhalisi

Kəmər rayonu əhalisi son 5 ildə artmaqda davam edir. Belə ki, 2010-cu il statistikasına əsasən rayon əhalisinin sayı 36 010 nəfər idisə bu rəqəm 2012-ci ildə 41 268 nəfər olmuşdur. Son 2014-cu il statistikasına əsasən isə rayon əhalisi 2013-cü il statistikasına nisbətən azalma baş vermişdir. Belə ki, rayon əhalisi 42 421 nəfərdən 41 621 nəfərə enmişdir.

Turizm

Rayon 1980-cı illərdə tətbiq edilən Cənubi Antalya Turizm layihəsi ilə mühüm turizm mərkəzlərindən birinə çevrilmişdir. Rayon tarixi Likiya şəhərləri olan Olimpos, Faselisİdyros şəhərlərini özündə birləşdirməklə yanaşı Türkiyə turizminində mühüm yerə malik Likiya yolu üstündə yerləşir. Likiya yolu istiqamətində səfərə çıxdığımız zaman Kəmər rayonunda yerləşən Faselis və Olimpos antik şəhərləri ziyarət edilən mühüm bölgələrdəndir.

Qardaşlaşmış şəhərlər

Həmçinin bax

İstinadlar

Tags:

Ilçə Kəmər AdlandırılmasıIlçə Kəmər TarixiIlçə Kəmər CoğrafiyasıIlçə Kəmər ƏhalisiIlçə Kəmər TurizmIlçə Kəmər Qardaşlaşmış şəhərlərIlçə Kəmər Həmçinin baxIlçə Kəmər İstinadlarIlçə Kəmər19801991AntalyaAntalya iliAralıq dəniziCənubQərbTurizmTürkiyə RespublikasıŞimalŞərq

🔥 Trending searches on Wiki Azərbaycanca:

Vüqar BiləcəriJalə ƏhmədovaArif HeydərovI TəhmasibAnarƏmir TeymurXXXTentacionƏlifbaBalaəliYandexMakedoniyalı İsgəndərMuğamAzərbaycan musiqi alətləriİbtidai insan sürüsüCümə məscidi (Ağdam)ƏlcəzairKomedixanaAzərbaycan manatıYazıAzərbaycan dövlət başçılarının siyahısıAbşeron rayonuSəs gücləndiricisiKoroğluMarsQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriRomaMercedes-BenzDostluqAzərbaycandakı şəhərlərin siyahısıSabirabad rayonuAlbert EynşteynAran xalçalarıZürafəBakteriyalarQarabağSumqayıtXürrəmilər hərəkatıKonstitusiyaMəhəmməd Əmin RəsulzadəGərginlik (elektrik)İnformasiyaSelRozmarinİzzət BağırovAzərbaycan operasıMədə xərçəngiBərdəCəmşid Naxçıvanski adına hərbi liseyTürkdilli dövlətlərƏshabi-Kəhf (mağara)Bakı kəndlərinin siyahısıKamran İmanovİosif StalinBakı Dövlət UniversitetiİnformatikaSilindrFacebookAzərbaycanın iqlimiMəhəmməd FüzuliQaraciyərQoşma (qrammatika)Könül KərimovaQuranİşıqİrəvanQobustan Dövlət Tarixi-Bədii QoruğuAğıllı şəhərİsgəndəriyyə mayakıBöyük Çin səddiFələstin DövlətiZakir HəsənovMusiqiİranI AbbasTalassemiyaLeyli və Məcnun (Nizami)Nəqli cümləAzərbaycan adalarının siyahısı🡆 More