Kükürd Qazından Təmizlənmə Üsulları

Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur.

Kükürd qazı

Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır.

Qrupları

Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar:

  1. Sonradan sərbəst halda çıxarmadan təmizləmə;
  2. Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə.

Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır.

Kükürd qazını zərərsizləşdirməyin üsulları

Kükürd Qazından Təmizlənmə Üsulları 
Atmosferdə kükürd qazı

Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır:

  1. Maqnezit üsulu
  2. Əhəng üsulu
  3. Ammonyaklı tsiklik proses
  4. Ammonyak turşu üsulu
  5. Quru ammonyak üsulu
  6. Manqan-oksid üsulu
  7. İonitlərlə SO2-nin təmizlənməsi

Maqnezit üsulu

Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir.

Əhəng üsulu

Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir.

Ammonyaklı tsiklik proses

Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir.

Ammonyak turşu üsulu

Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.

Quru ammonyak üsulu

Burada tüstü qazlarında olan SO2 qazı V2O5 katalizatoru üzərində oksidləşdirilərək SO3-ə çevirilir, sonra əmələ gələn kükürd-6-oksid tüstü qazlarında olan su buxarı ilə birləşərək sulfat turşusu dumanına çevrilir. Qarışığa ammonyak qazı buraxıldıqda ammonium-sulfat kristalları əmələ gəlir.

Manqan-oksid üsulu

Adsorbent kimi vakuumda 300–400oC qurudulmuş manqan-3-oksiddən (Mn2O3) istifadə edilir. Tərkibində SO2 olan tüstü qazı uducu qüllədə manqan 3-oksidlə udulur, sonra oksidləşdirilərək SO3-ə çevrilir və su dumanı (kapilyar nəmlik) ilə qarışdırılaraq H2SO4 əmələ gətirir. O da manqan 3-oksidlə qarşılıqlı təsirdə olub manqan 3-sulfata çevrilir.

İonitlərlə SO2-nin təmizlənməsi

İonitlər molekulyar corbentlərdir. Adsorbsiya prosesində qaz molekulları ilə kimyəvi reaksiyalar baş verir, həm də ionitdəki suda həllolunma gedir. Proses zamanı tullantı qaz ionit təbəqəsindən keçirilir və eyni vaxtda oraya qələvi (NaOH) məhlulu verilir. NaOH qələvisi əvəzinə 25%-li ammonyak məhlulu da işlənir.

Mənbə

  1. A.Əliyev "Kimya-Ekologiya", Bakı-1996.

Tags:

Kükürd Qazından Təmizlənmə Üsulları Kükürd qazıKükürd Qazından Təmizlənmə Üsulları QruplarıKükürd Qazından Təmizlənmə Üsulları Kükürd qazını zərərsizləşdirməyin üsullarıKükürd Qazından Təmizlənmə Üsulları Maqnezit üsuluKükürd Qazından Təmizlənmə Üsulları Əhəng üsuluKükürd Qazından Təmizlənmə Üsulları Ammonyaklı tsiklik prosesKükürd Qazından Təmizlənmə Üsulları Ammonyak turşu üsuluKükürd Qazından Təmizlənmə Üsulları Quru ammonyak üsuluKükürd Qazından Təmizlənmə Üsulları Manqan-oksid üsuluKükürd Qazından Təmizlənmə Üsulları İonitlərlə SO2-nin təmizlənməsiKükürd Qazından Təmizlənmə Üsulları MənbəKükürd Qazından Təmizlənmə ÜsullarıAtmosferKimyəvi birləşmələrQaz

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan teatrlarının siyahısıAzərbaycanda ovçuluqRamazanMikayıl CabbarovSinonimQız qalasıGöyərçinİslamFüzuli (şəhər)Ahəng qanunuƏbülfəz ElçibəyDərman bitkilərinin siyahısıQopuzAğciyər iltihabıAzərbaycan Silahlı QüvvələriAvropaAğac kömürüİncəsənət xadimiTərtər rayonuNizami GəncəviNatural ədədlərQubaŞizofreniyaBakı Olimpiya StadionuŞuşaAvstraliyaTarCəfər CabbarlıPeyvəndMasturbasiyaBeynəlxalq Qızıl Xaç və Qızıl Aypara HərəkatıSahibkarlıqPrizmaBənzətməFonetikaNovruz bayramıTam ədədlərGimnastikaAzərbaycan Respublikasının KonstitusiyasıCavanşir MəmmədovGoogle+DənizCavad xanÇərşənbə (mifologiya)BağlayıcıEksponatDolça (astrologiya)Tac MahalİsaTalassemiyaKor bağırsaqAnqkor Vatİsmayıllı rayonuRəqəmTörəməDaun sindromuSəhlab BağırovQədr gecəsiBabaBeynəlxalq Qadınlar GünüDaxili yanma mühərrikiAzərbaycanda Stalin repressiyalarıAzərbaycan Dövlət İqtisad UniversitetiAzərbaycanda Novruz bayramıAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiArif MansurovGövhər QazıyevaCəbrayılın azad edilməsiİngilis diliLaçın rayonuNeftXəzər dəniziMirzə Fətəli AxundovKağızPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)ArıOxatan (astrologiya)Atəşgah (Bakı)🡆 More