Hacıbəyli Qardaşlarının Opera-Operetta Artistləri Dəstəsi

Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil artistlər truppası.

Truppaya Üzeyir HacıbəyliZülfüqar Hacıbəyov rəhbərlik ediblər.Hacıbəyli Qardaşlarının Opera-Operetta Artistləri Dəstəsi

Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi 1918–1919-ci illər mövsümü
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi 1918–1919-ci illər mövsümü
Növü Teatr truppası
Yaranma tarixi 1916
Ləğvolma tarixi 1920
Mərkəzi Bakı
Sədr Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov
Üzvləri Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Müslüm Maqomayev

Yaradılması

1914-cü ildə "Nicat" cəmiyyəti ilə Üzeyir Hacıbəyli arasında "Leyli və Məcnun" operasına sahiblik barədə yaranmış münaqişədən sonra Hacıbəyli qardaşları müdiriyyəti yaradılıb. 1916-cı il avqustun 31-dən isə Üzeyir və Zülfüqar "Hacıbəyli qardaşlarının opera-opererta artistləri dəstəsi" təşkil edilib. Dəstəyə Üzeyir Hacıbəyli rəhbərlik edib. "Açıq söz" qəzetində bu barədə bunlar yazılıb :

Hacıbəyli Qardaşlarının Opera-Operetta Artistləri Dəstəsi  "Üzeyir bəy Hacıbəyli tərəfindən öz təhti-idarəsində olmaq üzrə "Hacıbəyli qardaşlarının opera-operetta dəstəsi" adında bir truppa təşkil edilibdir. Məşhur artistlərimizin hamısı həmin dəstəyə daxildir. Dram artistlərindən Abbas Mirzə Şərifzadə dəxi Üzeyir bəy tərəfindən cəlb edilib, rejissorluq cəhəti ona tapşırılıbdır..."
("Açıq söz", 1916, 31 avqust)
Hacıbəyli Qardaşlarının Opera-Operetta Artistləri Dəstəsi 

Fəaliyyəti

Truppa yalnız Bakıda yox, həm də Qafqaz, VolqaboyuOrta Asiyanın bir çox şəhərlərinə qastrol səfərlərinə gedib tamaşaları səhnələşdirirdi. Truppanın repertuarında əsasən Hacıbəyli qardaşlarının operaoperettaları, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər musiqili komediyalar əsas yer tutub.

Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olub. Burada "Arşın mal alan", "O olmasın, bu olsun", "Şah İsmayıl", "Aşıq Qərib" tamaşalarını səhnələşdiriblər. Göstərilən tamaşalara rejissorluğu Abbas Mirzə Şərifzadə, dirijorluğu isə Üzeyir Hacıbəyli edib.

1918-ci ilin Mart soyqırımından sonra Hacıbəyli qardaşlarının opera-operetta truppası Bakıdakı fəaliyyətini dondurub. 1918-ci il sentyabrın 15-də Bakı azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçür. Bundan sonra Maarif Nazirliyinin 1918-ci il oktyabrın 18-də verdiyi qərarla Mayılov qardaşları teatrının binasında Azərbaycan Dövlət Teatrı yaradıldı. Həmin ilin oktyabrında Zülfüqar və Üzeyir Hacıbəyli qardaşları Bakıya qayıdaraq Bakıda olan artistlərdən bir dəstə təşkil etmək üçün ayrı-ayrı sənətkarlarla danışıqlara başlayıblar.

"Azərbaycan" qəzetinin 1918-ci il 21 oktyabr tarixli nömrəsində Hacıbəyli qardaşlarının təşəbbüsü ilə Bakıda, səhnə fəaliyyətlərinin istiqamətindən asılı olmayaraq, bütün dram, opera və operetta artistlərinin daxil olduğu bir truppa yaratdığı bildirilirdi. Bu truppaya 26 nəfərdən yuxarı görkəmli səhnə xadimi daxil olmuşdu. Hacıbəyli qardaşlarının yaratdığı truppanın tamaşaları əsasən Bakıda Dövlət Teatrının binasında keçirilirdi. Daha sonra isə Hacıbəyli qardaşlarının teatr truppasının Şuşa filialı yaradılıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə xeyriyyə məqsədli tamaşaların göstərilməsi geniş yayılmışdı. 1918-ci il oktyabrın 26-da Şəmsəddin Saminin "Gaveyi-ahəngər" dəstə tərəfindən təşkil edilmiş tamaşadan toplanmış 22.292 rubl pul, şəhid ailələrinə dəstək üçün Azərbaycan Cümhuriyyəti Ordusuna verilib. Daha sonra 1919-cu il martın 4-də öldürülən aktyor Hüseyn Ərəblinskinin qəbir daşının düzəldilməsi və anasına maddi yardımın edilməsi üçün Hacıbəyli qardaşları "Nadir şah" faciəsini səhnəyə qoyublar.

1919-cu ildə Hacıbəyli qardaşlarının truppası Türkiyəyə İstanbul şəhərinə qastrol səfəri edib. Bu qastrol səfəri o qədər uğurlu olur ki onlar İstanbulda yerləşən Şərq teatrını bir neçə aylıq icarəyə götürürlər. İstanbulda növbəti "Arşın mal alan" tamaşasının nümayişindən sonra truppanın aktyorlarına fransız kino şirkəti "Pate"-nin nümayəndəsi yaxınlaşır. O, Azərbaycan aktyorlarını “Arşın mal alan” tamaşası ilə Parisə dəvət edib. Və bir aylıq qastrolun sonunda tamaşanın əsasında film çəkilməsini təklif edib. Aktyorlar Bakıya qayıtdıqdan sonra Üzeyir Hacıbəyovun razılığını alırlar. Filmin çəkilməsi ilə bağlı Azərbaycan Cümhuriyyətinin hökuməti də razılıq verir. Lakin sonradan baş vermiş Aprel işğalı nəticəsində truppanın Parisə səfəri və filmin çəkilməsi mümkün olmur.

Azərbaycan Cümhuriyyəti süqut edən kimi 1920-ci il aprelin 28-də təcili iclas çağırılmış və neçə illər uğurla fəaliyyət göstərən truppa müdiriyyətinin, "mövqeyi etibarini itirdiyi" üçün ləğv edilərək, əvəzinə "Türk aktyorları ittifaqı" yaradılıb. Məmmədəli Sidqi isə İttifaq adından müvəkkil təyin edilib.

Hacıbəyli Qardaşlarının Opera-Operetta Artistləri Dəstəsi 
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi 1918–1919-ci illər mövsümü.
Yerdə oturanlar (soldan): 1) Hacıbaba Şərifov, 2) Abbas Mirzə Şərifzadə, 3) Xəlil Hüseynov, 4) Rövşən bəy Əfəndizadə, 5) Cəlil Bağdadbəyov.
2-ci cərgə: 1) Nataliya Lizina, 2) Sürəyya, 3) Tatyana, 4) Hüseynova, 5) Hüseynqulu Sarabski, 6) Zülfüqar bəy Hacıbəyli, 7) Üzeyir bəy Hacıbəyli, 8) Müslüm Maqomayev, 9) Mariya (Məxfurə) Yermakova, 10) Aleksandra Olenskaya, 11) Yeva Olenskaya.
3-cü cərgə: 1) Rza Darablı, 2) Məmmədəli Sidqi Səfərov, 3) Əbülhəsən Anaplı, 4) Mirzə Muxtar Məmmədov, 5) ? 6) ? 7) Hüseyn Ərəblinski, 8) Ağasadıq Gəraybəyli, 9) Əhməd Bədəlbəyli.
4-cü cərgə: 1) Hacıağa Abbasov, 2) ? 3) Ələkbər Hüseynzadə, 4) Sidqi Ruhulla

İstinadlar

Tags:

AzərbaycanZülfüqar HacıbəyovÜzeyir Hacıbəyov

🔥 Trending searches on Wiki Azərbaycanca:

DekabrAzərbaycandakı şəhərlərin siyahısıQanaxmaAtropatenaNəsirəddin TusiTabesiz mürəkkəb cümlələrBirləşmiş Millətlər TəşkilatıAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıElçin Bağırov (kiçik çavuş)Ətraf mühitAzərbaycanın Qırmızı kitabına düşən quşlarAzərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsiSumqayıtAbşeron rayonuQanBitkiLeyli və Məcnun (Nizami)Mehriban ƏliyevaMariya AntuanettaBantenqİosif StalinNeft DaşlarıDüzbucaqlı paralelepipedİnsanın tənəffüs sistemiAzərbaycanın Milli QəhrəmanıAzərbaycandakı quşların siyahısıRedaksiyaQarabağ atıFonetik təhlilAtomMüstəqilliyin Bərpası Günü (Azərbaycan)YerBakı metrosuBöyük Hun imperiyasıİngiltərəAnalar GünüSiçan (kompüter)Kitabi-Dədə QorqudQırğılar (yarımfəsilə)QızdırmaMete xaqanDemarkasiya xəttiAşıq ƏləsgərAğacAntonimİsmin hallanması1 mayMəhəmmədEnsiklopediyaAğciyərAzərbaycanın iqtisadi rayonlarıFaizQəbələİnsan hüquqlarıKompüterHalikarnas mavzoleyiYaponiyaXumar QədimovaQarabağda döyüşlər (2023)Əziz Əliyev (dövlət xadimi)İnformasiyanın kodlaşdırılmasıUzunluq (fizika)Sintaktik əlaqələrSiluetTolerantlıqİmişli rayonuNaxçıvanQədim Roma təqvimiVüqar BiləcəriMirvariHəcmCümlə üzvləriAzərbaycanda neft sənayesiSilindrİyunNazim Bəydəmirliİlham ƏliyevRasim Musabəyov🡆 More