Hüceyrə Nüvəsi

Nüvə, hüceyrə nüvəsi — ibtidailərdə, çoxhüceyrəli heyvan və bitkilərdə tərkibində xromosomlar və onun həyat fəaliyyəti məhsulları olan hüceyrənin sitoplazma ilə yanaşı zəruri tərkib hissəsi.

Hüceyrələrdə nüvənin olması və ya olmamasına görə bütün orqanizmlər (viruslar istisna) eukariotlara va prokariotlara bölünür. Hüceyrənin irsi informasiyasının əsas hissəsi nüvədədir. Xromosomlardakı genlər bir çox hüceyrə və orqanizmlərlə irsi informasiyaların keçirilməsində başlıça rol oynayır. Nüvə sitoplazma ilə daim və sıx qarşılıqlı əlaqədədir. Genetik informasiyaları zülal sintezi mərkəzlərinə keçirən vasitəçi molekullar burada sintez olunur. Beləliklə, nüvə bütün zülalların sintezini və bunların vasitəsilə hüceyrədəki bütün fizioloji prosesləri idarə edir. Buna görə də eksperiment yolu ilə alınan nüvəsiz hüceyrələr və fraqmentlər həmişə məhv olur; belə hüceyrələrə nüvə köçürdükdə onların həyat fəaliyyəti bərpa olunur. Nüvəni ilk dəfə çex alimi Y. Purkine (1825) toyuğun yumurta hüceyrəsində, bitki hüceyrələrində nüvəni ingilis alimi R. Braun (1831–1833), heyvan hüceyrələrində isə alman alimi T. Şvann (1838–39) təsvir etmişlər. Hüceyrədə nüvə tək olub, onun mərkəzinə yaxın yerləşir, sferik, yaxud ellipsşəkilli qovuqcuğa bənzəyir.

Nüvələr strukturuna görə homojen, dənəvər, sapvarı və torvarı, funksiyasına görə interofaz və mitotik olur. Nüvələrin forması adətən hüceyrənin formasından asılıdır. İki və çoxnüvəli hüceyrələr adətən sitoplazma bölünmədən nüvənin bölünməsi, yaxud bir neçə birnüvəli hüceyrənin birləşməsi yolu ilə əmələ gəlir.

Nüvənin ölçüsü 1 mkm-dən 1 mm-dək olur. Nüvənin möhtəviyyatı nüvə şirəsidir; onun içərisində xromatin, nüvəciklər və s. yerləşir. DNT-də kodlaşdırılan genetik informasiyalar və həmçinin RNT-nin zülal sintezində iştirak edən digər tiplərindən olan molekullar nüvə xromatinində hesablanır. Təbiətdə nüvələrin müxtəlif tiplərinə rast gəlmək olur: nəhəng nüvələr, kompakt nüvələr və s. Nüvələrin əsas bölünmə üsulu mitozdur.

Nüvənin forma və ölçüsü hüceyrənin forma və ölçüsündən asılıdır. Nüvə əksərən şar və ellips formasında, az hallarda isə linzavarıdır. Nüvənin böyüklüyü orqanizmlərin növündən və hüceyrələrinin yaşından asılıdır. Hüceyrə böyüdükcə nüvə də irililəşir. Hüceyrələrdə nüvələrin sayı müxtəlif olur. Normal halda əksər hüceyrələrin bir nüvəsi olur. Bunlar birnüvəli hüceyrələr adlanır. İki, üç və hətta yüzlərlə nüvəli hüceyrələr də var. Məsələn, infuzor tərlikdə iki, onurğalı heyvanların qaraciyərində, sümük iliyində və əzələ hüceyrələrində onlarca nüvə olur.

Mənbə

Tags:

GenNüvəlilərProkariotlarSitoplazmaViruslarXromosomİbtidailər

🔥 Trending searches on Wiki Azərbaycanca:

SentyabrBakı metrosuGöbələklərFevralŞuşa rayonuAzıx mağarasıOSIKombinezonBalaəliMarketinqBakıSeks yelləncəyiAzərbaycan qəzetlərinin siyahısıSuçiçəyiEv pişiyiÖmər ibn XəttabGənc türklərŞimali Amerika ölkələrinin siyahısıTabesiz mürəkkəb cümlələrMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Nəsrin Cavadzadə26 aprelQafqazQırğızıstan PrezidentiAlternativ enerjiAmoksisillinBumeranqCoğrafiyaDünyanın yeddi möcüzəsiEkoloji problemlərBMWSöz birləşməsiBakı kəndlərinin siyahısıPsoriazEpitetXXXTentacionASAN xidmətÇingiz xanProtokolOrqazmUkraynaAli Məclis (Naxçıvan)Azərbaycan meşələriAzərbaycan təbiətiMilanNazirlər Kabineti (Azərbaycan)Əfşar imperiyasıGərginlik (elektrik)Birinci Qarabağ müharibəsiSilindrŞəkiZərf (qrammatika)FatiməDağlıq QarabağAzərbaycan coğrafiyasıQanaxmaBeşinci nəsil qırıcıCəbrAzərbaycan Respublikası yol nişanlarıAlbaniyaƏqrəb (astrologiya)Molla Nəsrəddin (jurnal)Qan dövranıTaktikaDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)DağDünya ölkələrinin pul vahidləriAzərbaycan Dövlət Pedaqoji UniversitetiMədəaltı vəziİkinci Qarabağ müharibəsiMercedes-BenzQarabağ xalçalarıŞəki xan sarayıKoroğlu dastanıQafqaz AlbaniyasıAzərbaycan əhalisiSuFüzuli rayonu🡆 More