Gəncə-Daşkəsən Iqtisadi Rayonu: Azərbaycanda iqtisadi rayon

Gəncə-Daşkəsən iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri.

Tərkibinə Daşkəsən, Goranboy, Göygöl, Samux inzibati rayonları və Gəncə, Naftalan şəhərləri daxildir. Sahəsi - 5808 km² . Əhalisi - 611,3 min nəfər.Rayonun iqtisadi və siyasi cəhətdən mərkəzi şəhəri Gəncə dir.

İqtisadi rayon
Gəncə-Daşkəsən iqtisadi rayonu


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 7 iyul 2021
Sahəsi 5.808 km²
Əhalisi
Əhalisi 611.300 nəfər
Gəncə-Daşkəsən iqtisadi rayonu
Gəncə-Daşkəsən iqtisadi rayonu

Tarix

7 iyul 2021-ci ilə qədər rayon Gəncə-Qazax iqtisadi rayonu adlanırdı. Ərazisinə Gəncə və Naftalan şəhərləri, həmçinin Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir inzibati rayonları daxil idi.

Gəncə-Daşkəsən iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur.

İqtisadiyyat

İqtisadiyyat Bölgənin əsas yeraltı sərvətləri neft, təbii qaz, pirit, kobalt, barit, dəmir filizi, alunit, əhəng daşı, mərmər, gips, seolit, bentonit, sement xammalıdır. Daşkəsən dəmir filizi, Zəyilik alunit, qızıl və mis, Xaşbulaq isə əhəng-daşı kimi zəngin yataqlara sahibdir.

Elektrik enerjisi sənayesi Gəncə və Yenikənd SES-ləri ilə təmsil olunur. Rayonun ərazisindən axan Kür çayının bir hissəsi böyük hidroelektrik potensialına malikdir.

İstehsalat: maşınqayırma, alət istehsalı, rabitə avadanlığı, avtomobil və kənd təsərrüfatı maşınlarının təmiri ilə təmsil olunan ağır sənaye bölgə iqtisadiyyatında mühüm rol oynayır.

Rayonun yüngül sənayesi yerli xammalın emalı, kənd təsərrüfatı məhsullarının emalı üzərində qurulub. Qida sənayesi müəssisələri ət və süd məhsulları, konservlər, şərab, konyak istehsal edir.

Tikinti müəssisələri: geniş panelli ev tikmə zavodu, dəmir-beton, kərpic-keramit, mərmər fabrikləri. Gəncə və Daşkəsən kimi şəhərlərdə əlvan və qara metallurgiya üçün xammalın ilkin emalı müəssisələri vardır. Gəncə şəhərində fəaliyyət göstərən kimya fabrikləri kükürd turşusu və kalium gübrələri istehsal edir.

Kənd təsərrüfatı: kartof, taxıl bitkiləri və üzümçülük əkinçiliyin əsas sahələridir. Bağçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıq da inkişaf etmişdir.

Turizm: Əlverişli təbii və iqlim şəraiti burada beynəlxalq əhəmiyyətli tibb və istirahət kompleksləri yaratmağa imkan verir. Bölgədə dəniz səviyyəsindən 1566 m yüksəklikdə, dünyaca məşhur Naftalan kurortu olan Göygöl və Hacıkənd istirahət zonaları var.

Sosial infrastruktur: ərazidə çoxlu kitabxana, muzey, teatr, xəstəxana və digər sosial və mədəni obyektlər var.


İstinadlar

Tags:

Daşkəsən rayonuGoranboy rayonuGöygöl rayonuGəncəNaftalanSamux rayonu

🔥 Trending searches on Wiki Azərbaycanca:

Əli SistaniBananRamiz ZeynalovTəbii fəlakətCon fon NeymanTrapesiyaPrizmaƏrəb xilafətiMisirFransa tarixiUçot dərəcəsiAzərbaycan muzeylərinin siyahısıXBT-10 sinfinin siyahısıHüseyn CavidAzərbaycan teatrıSünnilikSoyqırımAzərbaycanın iqtisadi rayonlarıXocalı soyqırımıŞəkiVenesiyaKamran Əliyev (hüquqşünas)RiyaziyyatEkologiyaBakıda yerləşən abidələrin siyahısıƏfşar imperiyasıZəlzələQara daşların sakinləri (film, 1991)Mədət Quliyevİtİşığın sınmasıŞuşa rayonuElxanilər dövlətiNəqli cümləCavad xanQissəƏsas nitq hissələriİsmin hallanmasıAzərbaycan milli-mənəvi dəyərləriMirələm MirələmovÇin tarixiHeydərbəy dağıAbbasqulu ağa BakıxanovAzərbaycan Bayrağı ordeniİsmailiyyə SarayıİqlimAzərbaycan Respublikasının əməkdar artistiDüzbucaqlı üçbucaqGəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə KompleksiNüvə silahıYeraltı sularİslamQuşlarAzərbaycan Qızıl Aypara CəmiyyətiNanə AğamalıyevaDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Ağstafa rayonuFutbolElvin CəfərquliyevAzərbaycan manatıFİFA Dünya Kuboku finallarının siyahısıAzərbaycan Respublikası yol nişanlarıPeyvəndİlyas ƏfəndiyevArif PaşayevFərid ƏhmədovNəsibə ZeynalovaAzərbaycanın sərhədləriÖd kisəsiPirallahı adasıKonusRamazanAllahİkinci Dünya müharibəsiII Elizabet🡆 More