Göygöl Şərab Zavodu

Göygöl Şərab Zavodu — Göygöl şəhərində yerləşən və 160 illik tarixə malik olan Azərbaycanın ən qədim şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir.

Cənubi Qafqazın qədim şərabçılıq təsərrüfatlarından biri olan "Göygöl Şərab Zavodu" ASC-nin təməli 1860-cı ildə Azərbaycanın o zamanlar Yelenendorf adlandırılan indiki Göygöl rayonunda məskunlaşmış Şvab almanları tərəfindən qoyulmuşdur.

Tarix

1862-ci ildə "Forer Qardaşları" Səhmdar Cəmiyyəti təsis olunmuşdur. Həmin cəmiyyətə ata Xristofer Forer və onun oğulları Qotlob, Fridrix və Henrix rəhbərlik edirdilər. Elə həmin vaxt "Hummel Qardaşları Ticarət Evi" Səhmdar Cəmiyyəti yaradıldı ki, buna da X. Hummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib rəhbərlik edirdilər. Hər iki cəmiyyətın idarə heyəti Yelenendorfda yerləşirdi, onların nümayəndəlikləri və satış mərkəzləri isə Gəncə, Bakı, Tiflis, Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərirdi. 8 avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış "Konkordiya" kooperativi o vaxtlar bütün Qafqaz regionunda şərab, konyak va araq istehsal edən ən böyük şərabçılıq təsərrüfatı idi.

"Kaqor", "Köhnə portveyn", "Ağ süfrə şərabı", "Qırmızı süfrə şərabı", "Xeres şərabları", "Qaranquş", "Ekstra" konyakları, likyorlar və şampan şərabları istehsal olunurdu. Həmin vaxt Azərbaycanda istehsal olunan şərab məhsullarının böyük hissəsi "Göygöl Şərab Zavodu" ASC-nin payına düşürdü, həmçinin Rusiya imperiyasında yalnız dörd müəssisə klassik fransız texnologiyasından istifadə edərək şampan istehsal edib, “Göygöl Şərab Zavodu” ASC onlardan biridir.

Həmçinin bax

  • Göygölün tarixi

İstinadlar

Xarici keçidlər

Tags:

Göygöl Şərab Zavodu TarixGöygöl Şərab Zavodu Həmçinin baxGöygöl Şərab Zavodu İstinadlarGöygöl Şərab Zavodu Xarici keçidlərGöygöl Şərab ZavoduAzərbaycanCənubi QafqazGöygöl şəhəriYelenendorf

🔥 Trending searches on Wiki Azərbaycanca:

XristianlıqBronxial astmaVergiAzərbaycanlı-erməni qırğınları (1905-1906)UkraynaQubaCavanşir MəmmədovİlanlarMiqrasiyaParaleloqramGünəş sistemiTürkiyəŞuşa qalasıCoğrafiyaBöyük Çin səddiSuçiçəyiSovet Sosialist Respublikaları İttifaqıİsmayıllı rayonuPişikMasturbasiyaBabəkQızılgülTəyyarəGələrsən-Görərsən qalasıDostluqAzərbaycandakı şəhərlərin siyahısıMakedoniyalı İsgəndərAnar ƏləkbərovAzərbaycanda yayılmış balıqların siyahısıAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiŞəkiSiyavuş NovruzovAzərbaycan Beynəlxalq BankıQırğızıstan Prezidenti2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıİsrailQarabağda döyüşlər (2023)AlbaniyaƏliqismət LalayevMüdafiə Nazirliyi (Azərbaycan)Əkinçi (qəzet)Məhdud məsuliyyətli cəmiyyətAzərbaycan diliTərəzi (astrologiya)Bakı Konqres MərkəziYol nişanlarıZərflikSual cümləsiAğıllı şəhərMəsdərSilindrFikrət ƏmirovŞuşa rayonuKürOlimpiya oyunlarıBermud üçbucağıTərcüməİspaniyaGürcüstanHindistanEyyub YaqubovSourOral seks26 aprelGözBakcellŞirQədim Yunanıstan mədəniyyətiTerminologiyaQədim RomaƏtraf mühitQərbi Azərbaycan mahallarıÖmər ibn XəttabFevralQubad İbadoğluQan dövranıHüseyn CavidArAzərbaycanın inzibati bölgüsü🡆 More