Goravan səhrası (erm.
Səhra əsasən qumluqlarda ibarətdir. Səhra dəniz səviyəsindən 900–950 metr yüksəklikdə dağların arasında yerləşir. Səhranın ərazisində küləklərin fəaliyyəti nəticəsində qum düynləri əmələ gəlir.
Goravan səhrası | |
---|---|
erm. Գոռավանի անապատ | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 0,03 km² |
Yerləşməsi | |
Ölkə | Ermənistan |
| |
|
Səhranın ümumi sahəsi 250–300 ha təşkil edir. Səhranın şərqində Urs sisiləsi yerləşir Səhranın yaxınlığında Ermənistan dövləti tərəfindən təşkil olunan "Goravan qumları" adlı yasaqlıq yaradılmışdır.
Maksimal minimum −25°S, maksimum temperatur isə 42°S. olur. İlin 200–220 günü səhraya yağıntı düşmür. Qış dövrü noyabrdan martın əvvəllərinə qədər davam edir. İl ərzində 100–280 mm yağıntı müşahidə edilir. Yanvar ayınıda orta temperatur −4°S olur. Yazda temoeratur 26°S olmaqla bərabər, 10–15 mm arası yağıntı düşür. Yay ayları isə hava daha isti və quraq keçir. Orta illik tempratur 12°S təşkil edir. Səhra ilk baxışdan yarımsəhraya bənzəyir.
Səhra ərazisi əsasən yarımsəhra və səhra bitkiləri yayılmışdır. Ərazi boyunca 39 fəsiləyə, 125 cinsə və 160 növə yaxın bitki yayılmışdır. Onlarda 12 növü qırmızı kitaba daxil olmuşdur. Bitki örtüyü baxımından elədə kasıb adlandırmaq olmaz. Əsasən səhra şəraitinə uyğunlaşmış susuzluğa davamlı bitkilər üstünlük təşkil edir.
Səhra ərazisində 27 fəsiləyə, 33 cinsə daxil olan 36 növ yayılmışdır. Səhrada fauna nümayəndələrindən İlanlar, Əqrəblər, Kərtənkələlər, Qartallar, Tısbağalar və digər canlıların nümayəndələrinə rast gəlmək olar.
This article uses material from the Wikipedia Azərbaycanca article Goravan səhrası, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.