Görkəmli Şoumen

Görkəmli şoumen (ing.

Maykl Qreysinin Cenni Biks və Bill Kondonun ssenarisi əsasında çəkdiyi filmdə Hyu Cekman, Zak Efron, Mişel Vilyams, Rebekka Ferqünson, Zendaya və başqa aktyorlar rol almışlar. Filmin hekayəsi F.T. Barnum tərəfindən “Barnum & Bailey Sirki”nin yaradılmasından ilhamlanmışdır.

Görkəmli şoumen
ing. The Greatest Showman
Görkəmli Şoumen
Janr bioqrafik film, dram filmi, musiqili film, romantik film
Rejissor Maykl Qreysi
Prodüserlər Lourens Mark
Piter Çernin
Cenno Topinq
İcraçı prodüser Ceyms Menqold
Əsərin müəllifi Cenni Biks
Ssenari müəllifləri Cenni Biks
Bill Kondon
Baş rollarda Hyu Cekman
Zak Efron
Mişel Vilyams
Rebekka Ferqünson
Zendaya
Kila Setl
Operator Simus MakQervi
Bəstəkarlar Con Debni
Cozef Trapanes
İstehsalçılar 20th Century Fox
Chernin Entertainment
Seed Productions
Laurence Mark Productions
TSG Entertainment
Distribütor:
Walt Disney Pictures
Distribütor 20th Century Fox, Disney+
İlk baxış tarixi 8 dekabr 2017
(RMS Queen Mary 2)
20 dekabr 2017
(ABŞ)4 yanvar 2018
(Azərbaycan)
Müddət 105 dəq.
Büdcə $84 million
Gəlir $431.9 milyon
Ölkələr ABŞ ABŞ
Dil ingilis dili
İl 2017
IMDb ID1485796
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin əsas çəkilişlərinə 2016-cı ilin noyabrında Nyu-Yorkda başlanılmış, premyerası isə 8 dekabr 2017-ci ildə “RMS Queen Mary 2” okean laynerinə baş tutmuşdur. ABŞ-da film, sirkin fəaliyyətini dayandırmasından yeddi ay sonra, 20 dekabr 2017-ci ildə çıxarılmışdır.

“Görkəmli şoumen” əsasən qarışıq rəylər almış, tənqidçilər aktyorların ifasını (xüsusilə Cekmanı), musiqi və istehsalı tərifləmiş, lakin, bəzi tənqidçilər onu “süni ruhlandırıcı və dərin olmayan” adlandırmışlar. 75-cı Qızıl Qlobus mükafatının təəqdim edilməsi mərasimində film Ən yaxşı bədii film — Myuzikl və ya komediya, Ən yaxşı aktyor – Myuzikl və komediya (Cekman) və Ən yaxşı orijinal mahnı ("This Is Me") nominasiyalarında mükafata namizəd göstərilmiş və sonuncu nominasiyada mükafatı qazanmışdır.

Məzmunu

Fineas Teylor Barnum və atası Hallett ailəsi üçün çalışırlar. Azyaşlı Barnum ailənin qızı Çeriti Halletlə zarafat edir; bunu görən atası Barnuma şillə vurur, Çeritini isə otaqdan qovur. Sonradan uşaqlar küçədə görüşürlər, Çeriti kədərlənərək bildirir ki, atası onu pansinona göndərir, Barnum isə onu sakitləşdirərək bildirir ki, bu, ayrılmaq üçün səbəb olmayacaq. Cütlük yetkinlik yaşında yenidən görüşənə kimi (“A Million Dreams”) bir-biri ilə məktubla əlaqə saxlayır, onlar evlənir və Nyu-Yorkda övladlarını böyüdürlər (“A Million Dreams (Reprise)”) Onlar kasıb həyat sürsələr də Çeriti xoşbəxtdir, lakin Barnum daha çox inkişaf istəyir.

Barnumun işlədiyi dənizçilik kompaniyasının müflisləşməsindən sonra, o, işdən çıxarılır. Köhnə işverəninin itirilmiş gəmilərini zamin göstərərək bankı aldadan Barnum yeni iş başlamaq üçün böyük məbləğdə kredit ala bilir. Əldə etdiyi məbləğə Manhettenin ortasında böyük bir bina alan Barnum, “Barnum Amerikan Muzeyi” yaradır və muzeydə müxtəlif canlıların mum fiqurlarını nümayiş etdirir. Əvvəlcə satışlar zəif olur; Övladlarının məsləhəti ilə o “canlı” şou göstərmək qərarına gəlir və şou üçün “bədheybətlər” axtarır (“Coma Alive”). Etirazlar və pis rəylərə (həmin rəylərdən biri Barnuma “Barnumun sirki” adı üçün ideya verir) baxmayaraq Barnumun şousu çoxsaylı izləyici kütləsi cəlb edir.

Ali təbəqə arasında da məşhurlaşmaq üçün yollar axtaran Barnum, dramaturq Filipp Karlaylla tanış olur və onu sirklə birlikdə işləmək üçün yola gətirir ("The Other Side"). Tezliklə, Karlayl və sirkin afro-amerikan mənşəli trapez artisti Enn Uiller arasında romantik hisslər yaranır. Karlayl münasibətlərindən istifadə edərək Barnum və sirk iştirakçılarının Böyük Britaniya kraliçası Viktoriya ilə görüşünü təşkil edir. Həmin görüşdə isveçli opera müğənnisi Cenni Lindlə tanış olan Barnum onu ABŞ-da çıxış etməyə razı salır, özü isə müğənninin meneceri kimi çıxış edir. Lindin ifası ("Never Enough") zamanı valideynlərinin ona baxdığını görən Krlayl Uillerin əlini buraxır, ilk konsert uğurla başa çatır. Barnum konsertə gələn sirk truppasından olan aktyorlara zalda oturmağa yer vermir, daha sonra isə konsert zonrası ziyafətə buraxmır ki, bu da onların inciməsinə səbəb olur ("This Is Me"). Barnum sirkin fəaliyyətini Karlaylın öhdəsinə buraxaraq, Lindlə birlikdə ABŞ turnesinə çıxır. Karlayl Uiler üçün ilk dəfə teatra gəliş təşkil edir, lakin orada oğlunu keçmiş qulluqçu ilə birlikdə görən Karlaylın valideynləri onu təhqir edirlər. Teatrdan qaçan Uileri təqib edən Karlayl onu inandırmağa çalışır ki, istəsələr birlikdə ola bilərlər ("Rewrite the Stars"). Evdə qalıb uşaqların qayğısına qalan Çeriti həyat yoldaşından uzaqlaşdığını hiss edir ("Tightrope").

Tur zamanı Lind Barnuma qarşı romantik hisslər yaşayır, cavab ala bilmədikdə isə inciyərək turdan imtina edir. Sonuncu ifası zamanı o, səhnədə Barnumu öpür ("Never Enough (Reprise)"). Evə qayıdan Barnum əlehdarlarla teatr truppası arasında baş verən qarşıdurmada teatrın yandırılmasının şahidi olur. Yanğın nəticəsində teatr binası avadanlıqlarla birlikdə yanaraq məhv olur, Karlayl isə ağır yaralanır. Lind və Karlayl arasında romantik münasibətlər olması xəbəri Nyu-Yorka da çatır, Çeriti bankda zamin qoyulmuş evi tərk edərək atasının evinə qayıdır.

Depressiyaya düşən Barnum içməyə başlayır. Teatr heyəti onu pabda taparaq, sirki yenidən dirçəltməyə razı sala bilir; o, ali təbəqə arasına qarışmaq ideyasından imtina edərək əvvəlki işçiləri ilə yaxınlığa üstünlük verir ("From Now On"). Barnum həyat yoldaşının yanına gedərək münasibətlərini bərpa edir. Bankların sirkin bərpası üçün vəsait verməkdən imtina etməsi xəbərindən sonra Karlayl öz köməyini təklif edərək əvəzində iş partnyoru olmaq istədiyini bildirir və Barnum təkliflə razılaşır. Sirkin əvvəlki formada və bina şəklində bərpası çox baha başa gələcəyindən Barnu onun açıq havada və çadır içində bərpa edilməsinə qərar verir. Yeni yaradılmış sirk böyük uğur qazanır; Barnum şounu Karlayla etibar edərək ailəsinə daha yaxın ola bilmək üçün təqaüdə çıxır ("The Greatest Show").

Rollarda

  • Hyu CekmanFineas Teylor Barnum, ambisiyalı şoumen.
    • Ellis Rubin — Gənc Barnum.
      • Ziv Zeyfman Gənc Barnumun ifa səsini yerinə yetirir.
  • Zak Efron — Filipp Karlayl, Barnumun partnyoru olan dramaturq. Qismən Ceyms Entoni Beylinin obrazına əsaslanan qarışıq personaj.
  • Mişel Vilyams — Çeriti Barnum, F.T. Barnumun həyat yoldaşı.
    • Skaylar Dann — Gənc Çeriti
  • Rebekka Ferqünson — CenniLind, məşhur İsveç müğənnisi.
    • Loren Allred Lindin ifa səsini yerinə yetirir.
  • Zendaya — Enn Ueler, akrobat, trapez artisti.
  • Kila Setl — Letti Lutz, saqqallı qadın.
  • Sem Hampri — Çarlz Stratton, daha çox General Tom Tumb adı ilə tanınan qısa boylu aktyor.
  • Ostin Conson — Keralayn Barnum, F.T. Barnumun qızı.
  • Kameron Seeli — Helen Barnum, F.T. Barnumun qızı.
  • Pol Sparks — Ceyms Qordon Bennett, New York Heraldın banisi, redaktoru və naşiri.
  • II Yahya Abdul-Matin — V. D. Uiler, Akrobat və Ennin qardaşı.
  • Nataşa Liu Bordizzo — Deng Yan, çinli balet mütəxəssisi.
  • Erik Anderson- Cənab O'Malli, Barnum tərəfindən sirkə gətirilmiş oğru.
  • Daniel Everidc — Lids lordu.
  • Şennon Holtzapffel — Şahzadə Konstantin, tatuajlı oğlan.
  • Lusyano Akuna Kiçik — Fyodr Yevtixiyev, it oğlan.
  • Denyal Son və Yusaku Komori — Çanq və Enq Bankerlər, Siam əkizləri.
  • Qayli Renkin — I Viktoriya.
  • Uill Svenson — Filo Barnum, F. T. Barnumun dərzi atası.
  • Frederik Len — Benyamin Hallett, Çaritinin atası.
  • Katrin Meysli — Hanna Hallett, Çaritinin anası.

İstehsal

Layihə haqqında ilk dəfə 2009-cu ildə məlumat verilmiş və Cekmanın baş rolu canlandıracağı bildirilmişdir. 2011-ci ilin avqust ayında Maykl Qreysinin rejissor olacağı açıqlanmışdır. 2013-cü ildə Fox şair cütlüyü Pasek və Polu film üçün mahnıların yazılması işinə cəlb etmişdir. Hyu Cekmanın sözlərinə görə, layihənin inkişaf etdirilməsinin yeddi il uzanmasına səbəb studiyanın orijinal myuziklla risk etməkdən çəkinməsi olmuşdur.

15 iyun 2016-cı ildə Zak Efron, iyulda isə Mişel Vilyamsın layihədə rol alması haqqında məlumat yayılmışdır.

Çəkilişlər

Filmin sınaq çəkilişləri 2016-cı ilin oktyabrında Nyu-Yorkda keçirilmiş, əsas çəkilişlər isə 22 noyabr 2016-cı ildə həmin şəhərdə baş tutmuşdur.

Post-prodakşn

2017-ci ilin dekabrında əvvəllər də Hyu Cekmanla birlikdə müxtəlif layihələr üzərində (o cümlədən Loqan filmi) çalışmış Ceyms Menqoldun filmin əlavə çəkilişləri və post-prodakşn işləri ilə məşğul olacağı elan edilmişdir. Bunun əsas səbəbi filmin rejissoru olan Qreysinin $84 milyonluq büdcədən narazı qalması olmuşdur. Meqold sonradan həm də icraçı prodüser kimi qeyd edilmişdir.

Musiqi

Musiqi nömrələri

  1. "The Greatest Show" – Hyu Cekman, Kila Setl, Zak Efron, Zendaya
  2. "A Million Dreams" – Ziv Zeyfman, Cekman, Mişel Vilyams
  3. "A Million Dreams (Reprise)" – Ostin Conson, Kameron Seeli
  4. "Come Alive" – Cekman, Setl,, Daniel Everidc, Zendaya
  5. "The Other Side" – Cekman & Efron
  6. "Never Enough" – Loren Allred
  7. "This Is Me" – Setl
  8. "Rewrite the Stars" – Efron & Zendaya
  9. "Tightrope" – Vilyams
  10. "Never Enough (Reprise)" – Allred
  11. "From Now On" – Cekman

Film musiqisi

Filmin musiqi albomuna aktyor heyəti tərəfindən ifa edilmiş mahnılar daxil edilmişdir.

Çıxarılması

Filmin premyerası 8 dekabr 2017-ci ildə Nyu-Yorka üzərin “RMS Queen Mary 2” gəmisində baş tutmuşdur. 20 dekabr 2017-ci ildə film ABŞ-da çıxarılmışdır.

Marketinq

28 iyun 2017-ci ildə 20th Century Fox tərəfindən filmin ilk beynəlxalq treyleri çıxarılmışdır. 13 noyabr 2017-ci ildə ikinci treyler çıxarılmışdır.

17 dekabr 2017-ci ildə Fox tərəfindən “Warner Bros. Studios”dan canlı yayımlanan “A Christmas Story Live!” buraxılışı (Pasek və Polun “A Christmas Story: The Musical” adlı musiqili tamaşası əsasında hazırlanmışdı) zamanı filmdən olan "Come Alive" mahnısının canlı ifası təqdim edilmişdir. Həmin ifada filmin aktyor heyəti və 150 rəqqas iştirak etmişdi.

Qəbulu

Gəlirləri

6 may 2018-ci ildə $84 milyon büdcəsi olan “Görkəmli şoumen” filminin gəlirləri ABŞ və Kanadada $173.8 milyon, digər ərazilərdə $258.1 milyon, ümumi gəlirləri isə $431.9 milyon olmuşdur. Bu, Şimali Amerikada dördüncü, ümumilikdə isə beşinci ən çox gəlir gətirmiş myuzikl olmuşdur. “Deadline Hollywood” isə filmin $50–100 milyon arası gəlir gətirəcəyini ehtimal edir.

ABŞ və Kanadada “Görkəmli şoumen”, Cumanci: Cəngəlliyə xoş gəlmisiz” filmi ilə eyni zamanda çıxarılmış və ilk altı günündə 3.006 kinoteatrdan $21 milyon gəlir gətirmişdir. İlk və ikinci günündə film müvafiq olaraq $2 milyon gəlir gətirmişdir. Üç həftəsonu nəticəsində filmin gəlirləri $9 milyona çatmış (altı gün ərzində ümumilikdə $19 milyon) və o, Ulduz müharibələri: Sonuncu ceday, "Cumanci: Cəngəlliyə xoş gəlmisiz”“İdeal səs 3” filmlərindən sonra dördüncü olmuşdur. İkinci həftəsonunda $15.5 milyon gəlirlə film yenə də dördüncü olmuşdur. 3000-dən çox kinoteatrda göstərilən film üçün 76.3% artım ən böyük, kino tarixində isə dördüncü ən böyük nəticə olmuşdur. Üçüncü həftəsonunda film, $14 milyonla 11% aşağı nəticə göstərmişdir.

Dördüncü həftəsonunda film, $13 milyon, beşinci həftəsonunda $11 milyon gəlirlə müvafiq olaraq dördüncü və beşinci nəticələri göstərmişdir. Altıncı həftəsində də yaxşı nəticə göstərən film $9.5 milyon gəlirlə dördüncü yerə qayıtmış, yeddinci həftəsində $7.8 milyonla gəlirləri 18% aşağı düşsə də dördüncü yerdə qalmışdır. Bu, heç vaxt birinci yerə qalxmamış film üçün 13-cü ən yaxşı göstəricidir.

Tənqidçilərin mövqeyi

Rəy aqqreqatoru Rotten Tomatoes 191 tənqidçinin rəyi əsasında filmə 55% təravətli 6/10 bal verir. Sayt tənqidçilərinin ortaq rəyində isə deyilir ki, ““Görkəmli şoumen” izləyiciliəri, aid olduğu mürəkkəb mövzuyla bağlı mürəkkəb ssenarisi ilə yox, Barnum-sayağı gözqamaşdırmaları ilə təəccübləndirməyə çalışır.” Metacriticdə 43 tənqidçinin rəyinə əsasən 48/100 balla qiymətləndirilən film “qarışıq və orta rəylər” almışdır. “CinemaScore”da səs verən izləyicilər A+ — F şkalası üzrə filmi A dərəcəsi ilə qiymətləndirmişlər.

“Variety”dən Ouen Qleyberman filmə müsbət rəy verərək yazır ki, “Görkəmli şoumen elə bir filmdir ki, onda hər şey yerində durur və yalnız bir saat qırx beş dəqiqə sonra uçaraq, F. T. Barnum və bu günün ruhu ilə əlaqə yaradır.” “Chicago Sun-Times”dan Riçard Roper filmə ¾ ulduz verərək deyir ki, “Görkəmli şoumen köhnə əhval-ruhiyyəsi ilə çox müasir problemlərə toxunur. P.T. Barnum özü dramatic yüngüllüyü təqdir edərdi.” “Tampa Bay Times”dan Stiv Persall filmə “A” dərəcəsi verərək deyir ki, “Görkəmli şoumen bayram mövsümündə ehtiyac duyulan yaxşı əhval filmidir”. “IGN”dən Uilyam Bibbiani isə filmə 7.9/10 bal verir və “dəhşətli əyləncəli” adlandırır.

“The Dallas Morning News”dan Britton Pile deyir ki, “Hekayə yaxşıdır və aktyorlar yaxşı oynayırlar, lakin, “Görkəmli şoumen”in əsas müsbət cəhəti onun musiqi nömrələridir”. “Huffington Post"dan Cekki Kuper filmə 10/10 bal verərək yazır: “Musiqi və ekranda baş verən magiya size valeh edəcək. Film, bu günün problemlərinə cava bola biləcək gözəl mesaj ötürür.” “Digital Spy”dan Hyu Armitaj deyir ki, “Görkəmli şoumen çoxlu xoş təəssüratlarla doludur. Bütün ailə üçün nəzərdə tutulmuş əla mənzərədir.” “Radio Times”dan Alan Cons yazır ki, “vizual parlaqlığın sevinclə yüksələn dumanı, stilli xareoqrafiya və qızılı sehr bir zamanlar musiqili filmlərn təklif etdiyi grünüşə yaxınlaşmaq üçün düşünülmüşdür.”

“RogerEbert.com”dan Şeyla O'Malli filmə 3.5/4 bal verərək yazır ki, “Görkəmli şoumen yaddaqalan mahnılara üstünlük verən saf əyləncədir”. “CLTure”dan Duqlas Devidson yazır ki, “Yoluxucu musiqiyə malik olan film gözlərimizi qamaşdırır və sevinc bəxş edir.” “ReelViews”dan Ceyms Berardinelli filmə ¾ bal verərək deyir ki, “film, yaddaqalan melodiyaların müşayət etdiyi gözəl xareoqrafik nömrələr nümayiş etdirir”. “St. Louis Post-Dispatch”dan Kelvin Vilson isə filmin “çox xoş” olmasını qeyd edir.

“Pasadena Weekly”dən Karl Kozlovski filmə “A” dərəcəsi verərək, onu “novator və böyük innovator” adlandırır. “The Salt Lake Tribune”dan Şon P. Mins filmə 3.5/4 bal verir və deyir ki, “güclü aktyor heyəti romantikləşdirilmiş və melodikləşdirilmiş bioqrafik filmə emosional güc bəxş edir.” “Little White Lies”dan Manuela Lazik filmə 4/5 baş verir və deyir ki, “Görkəmli şoumen Milad klassikası olmağa layiqdir. Ağır romantika və təsiredici entuziazm filmi həyatı təsdiqləyən edir.” “Deadline Hollywood”dan Pit Hemmond filmə 4/5 bal verir və “bayram əhvallı kütlə üçün hazırlanmış mahnı və rəqs fantaziyası” adlandırır.

“San Francisco Chronicle”dan Mik LaSalli filmə mənfi rəy yazaraq mahnılar və personajları tənqid edir və yazır “Biri var idiotik, biri də var möhtəşəm, “Görkəmli şoumen” isə nadir hallarda qarşımıza çıxan xüsusi haldır. O, möhtəşəm idiotikdir. Film, o qədər ciddi, sıxıcı və səhvlərlə doludur ki, yeganə çıxış yolu üzünüzü əlinizlə örtərək ona barmaqlarınız arasından baxmaqdır – və o, yaxşı çəkilib.” “The Hollywood Reporter”dən Devid Runi də filmə mənfi rəy verərək yazır: “Film, ailə, dostluq və münasibət mövzularını təmələ alaraq personaj və onun tarixi ilə bağlı həqiqətlərə göz yumur.”

“Rolling Stone” jurnalından Piter Travers filmə 1.5/4 bal verərək deyir ki, “Necə virtuoz Hyu Cekmanı Barnum roluna seçmək, Oskar laureatları Ben Pasek və Castin Polun musiqilərindən istifadə etmək və istehsala kifayət qədər vəsait ayırmamaq olardı?” “Los Angeles Times”dan Castin Çanq yazır ki, “filmin uğursuzluğu daha dərin köklərə malikdir: auditoriyanın intellektinə olan inamın yoxluğu və və estetik ikiüzlüyün büruzə verilməsi. Nadir hallarda bu cür xoşbəxtlik bayrağı dalğalandırmağa çağıran birxətli myuzikllarla qarşılaşırıq.”

Mükafatlar

Mükafat Mərasim tarixi Kateqoriya Nominant Nəticə İstinad(lar)
AARP Yeniyetmələr üçün film mükafatı 5 fevral 2018 Ən yaxşı yeniyetmə sevgi hekayəsi Görkəmli şoumen Qazandı
Amerika Kastinq Cəmiyyəti 18 yanvar, 2018 Böyük büdcə – komediya Bernard Telsi, Tiffani Litl Kenfild, Rori Berqman və Patrik Qudvin Qazandı
Oskar mükafatı 4 mart 2018 Ən yaxşı orijinal mahnı "This Is Me" – Benj Pasek və Castin Pol Namizəd
Kostyum Dizaynerləri Gildiyası 20 fevral 2018 Dövr filmində mükəmməllik Ellen Mirojnik Namizəd
Tənqidçilərin Seçimi Film Mükafatı 11 yanvar 2018 Ən yaxşı mahnı "This Is Me" Namizəd
Dorian mükafatı 24 fevral 2018 İlin qrup işi Görkəmli şoumen Namizəd
İmperiya mükafatı 18 mart 2018 Ən yaxşı kostyum dizaynı Görkəmli şoumen Namizəd
Ən yaxşı makiyaj və saç düzümü Görkəmli şoumen Namizəd
Corciya Film Tənqidçiləri Assoasiyası 12 yanvar 2018 Ən yaxşı orijinal mahnı "This Is Me" – Benj Pasek və Castin Pol Namizəd
Qızıl Qlobus mükafatı 7 yanvar 2018 Ən yaxşı film – Myuzikl və ya komediya Görkəmli şoumen Namizəd
Ən yaxşı aktyor — myuzikl və ya komediya Hyu Cekman Namizəd
Ən yaxşı orijinal mahnı "This Is Me" Qazandı
Qızıl rulon mükafatı 18 fevral 2018 Səs montajında əlamətdar uğur – Myuzikl Cen Monnar, Cim Harrison, Ceff Karson, Piter Mayls və Şeri Ozeki Qazandı
Musiqi supervayzerləri gildiyasının mükafatı 8 fevral 2018 Film üçün ən yaxşı musiqi supervayzerliyi: 25 milyondan az büdcə üçün Benj Pasek və Castin Pol Namizəd
Film üçün Ən yaxşı mahnı/səsyazma "This Is Me" – Benj Pasek və Castin Pol Namizəd
Hartlend Film Festivalı 31 dekabr 2017 Truly Moving Picture Award Maykl Qreysi Qazandı
Makiyaj rəssamları və saç stilistləri gildiyası 24 fevral 2018 Bədii film: Ən yaxşı tarixi və ya personaj makiyajı Nikki Ledermann, Taniya Ribalou və Sandey Englis Namizəd
Saturn mükafatı iyun 2018 Ən yaxşı döyüş və macəra filmi Görkəmli şoumen Gözlənilir
Ən yaxşı kostyum dizaynı Ellen Mirojnik Gözlənilir
Ən yaxşı musiqi Con Debni və Cozef Trapaneze Gözlənilir

İstinadlar

Xarici keçidlər

Tags:

Görkəmli Şoumen MəzmunuGörkəmli Şoumen RollardaGörkəmli Şoumen İstehsalGörkəmli Şoumen MusiqiGörkəmli Şoumen ÇıxarılmasıGörkəmli Şoumen QəbuluGörkəmli Şoumen İstinadlarGörkəmli Şoumen Xarici keçidlərGörkəmli Şoumen2017Hyu CekmanMusiqili filmTarixi filmZak EfronZendayaİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

RozmarinPolad HəşimovMübtədaAzərbaycanın iqlimiAzərbaycanda təhsilQulaqdibi xəstəliyiQara QarayevSuYeni Azərbaycan PartiyasıAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiÇevrəTəzyiqKerri KavanoAnemiyaAzərbaycanİlham ƏliyevZaqatala rayonuEyyub YaqubovGöytürk xaqanlığıKub metrİnformasiyanın kodlaşdırılmasıAzərbaycan şirkətlərinin siyahısıCavanşirErmənistanHicri təqvimÖmər ibn XəttabYeni Müsavat (qəzet)BasketbolHidayət HeydərovAmoksisillinƏdəbiyyatVergiAlov qüllələriXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)NağılLitrFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Ermənistan azərbaycanlılarıXumar QədimovaİspaniyaRum rəqəmləriAlqoritmArda GülərƏli NurYasəmənAzərbaycan Respublikasının KonstitusiyasıTetraedrQaraçöp eliVulkanMülki müdafiəQədim RomaAnal dəlikNanə AğamalıyevaAzərbaycan himniDünya ölkələrinin pul vahidləriƏliBir qalanın sirriOmbudsmanƏhalisinə görə ölkələrin siyahısıAzərbaycan bayrağıKonusAzərbaycanın Milli QəhrəmanıTerminologiyaİqlimKriştiano RonaldoDəmirMakedoniyalı İsgəndərNəsib QuliyevPrizmaDmitri Donskoy (roman)Cinsi əlaqəAzərbaycan Premyer LiqasıQobustan Dövlət Tarixi-Bədii QoruğuVilayət EyvazovSintaktik əlaqələrÖlkə paytaxtlarının siyahısıQadın reproduktiv sistemləriLayihə🡆 More