Fərhad Abdullayev

Fərhad Sahib oğlu Abdullayev (5 dekabr 1958, Bakı) — Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru.

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri (2003–cü ildən).

Fərhad Abdullayev
Vəzifədədir
25 iyun 2003-cü ildən
ƏvvəlkiXanlar Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1958(1958-12-05) (65 yaş)
Doğum yeri
Fəaliyyəti hüquqşünas, hakim
Elmi fəaliyyəti
Elmi dərəcəsi hüquq elmləri doktoru

Təltifləri Fərhad Abdullayev
Fərhad Abdullayev Fərhad Abdullayev Fərhad Abdullayev

Həyatı

Fərhad Abdullayev 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti bitirmişdir.

1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi vəzifəsində işləmiş, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi seçilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır. 28 avqust 2000-ci ildə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.

25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir.

24 iyun 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası ədalət mühakiməsinin həyata keçirilməsində iştirakı ilə yanaşı bir sıra qanunvericilik və digər aktların hazırlanmasında iştirak etmişdir.

Fərhad Abdullayev pedaqoji və elmi fəaliyyətlə məşğul olur. Hüquq elmləri doktorudur. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

Təltif və mükafatları

  • Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.
  • Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
  • Qazaxıstan Respublikası Prezidentinin 12 avqust 2020-ci il tarixli fərmanı ilə ölkələr arasında əməkdaşlığın möhkəmlənməsində göstərilən xidmətlərinə görə 2-ci dərəcəli "Dostluq" ordeni ilə təltif olunmuşdur.

Kitabları

  1. "Apellyasiya Məhkəməsində cinayət mühakimə icraatının təkmilləşdirilməsi problemləri" 2005-ci il (Az)
  2. "Azərbaycan Respublikasında Konstitusiya icraatının nəzəri və praktiki problemləri" 2009-cu il (Az)
  3. "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Hüquqi Mövqeləri" 2013-cü il (Az)
  4. "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Hüquqi Mövqeləri" 2018-ci il (Az) (2 hissəli)
  5. "Legal Positions of the Constitutional Court the Republic of Azerbaijan" 2018-ci il (Eng)

İstinadlar

Tags:

Fərhad Abdullayev HəyatıFərhad Abdullayev Təltif və mükafatlarıFərhad Abdullayev KitablarıFərhad Abdullayev İstinadlarFərhad Abdullayev19585 dekabrAzərbaycan Konstitusiya MəhkəməsiBakı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Yüzillik müharibəTikTokGədəbəy rayonuAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıBöyük Fransa inqilabıİsrailİzzət BağırovBabasilMannaİslamYupiter (planet)TaktikaMercedes-BenzBöyük Hun imperiyasıVüqar BiləcəriFevralGöbələklərSüni intellektQoşma (qrammatika)ÇiçəkXocalı soyqırımıAzərbaycan Tibb UniversitetiAntonimAzərbaycan xanlıqlarıEverestAzərbaycan Beynəlxalq BankıSəməd VurğunQan dövranıİtƏfşar imperiyasıBöyrəkMikayıl MüşfiqXitabÇoxluqlarMakedoniyalı İsgəndərAzərbaycan Respublikasının KonstitusiyasıErmənistanSumqayıtBakı metrostansiyalarının siyahısıGözHəmidə ÖmərovaAzərbaycandakı şəhərlərin siyahısıAzərbaycan adalarının siyahısıYaşar NuriBirinci Qarabağ müharibəsiXarici Kəşfiyyat Xidməti (Azərbaycan)TrapesiyaAzərbaycanın təbii sərvətləriSinir sistemiSözün həqiqi mənasıSöhbətül-əsmarJalə ƏhmədovaAntarktidaAzərbaycan (tarixi ərazi)Müxtəsər vurma düsturlarıXristianlıqXəbər (qrammatika)Birinci Dünya müharibəsiFonetikaQızılcaSifət (qrammatika)Azərbaycanda təhsilAmoksisillinLayihəSəudiyyə Ərəbistanıİsmayıllı rayonuKəmalüddövlə məktublarıMirməmməd CavadzadəBirləşmiş Millətlər TəşkilatıCənubi AzərbaycanKompüterNadir şahAzərbaycan memarlığıƏvəzlikHeyvanlarHeydər Əliyev Mərkəzi🡆 More