Frederik Ogüst Bartoldi

Frederik Ogüst Bartoldi (fr.

2 avqust 1834, Kolmar – ö. 4 oktyabr 1904, Paris) — görkəmli fransız heykəltaraşı. Nyu-York limanında yerləşən "Azadlıq heykəli" və Belfor şəhərindəki "Belfort şiri" abidələrinin müəllifidir (Fransa–Prussiya müharibəsi zamanı Belfort şəhərini qəhrəmancasına müdafiə etmiş sakinlərin xatirəsinə ucaldılmışdır).

Frederik Ogüst Bartoldi
fr. Frédéric Auguste Bartholdi
Frederik Ogüst Bartoldi
Doğum tarixi
Doğum yeri Fransa Fransa, Kolmar
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Fransa Fransa, Paris
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Milliyyəti fransız
Təhsili
  • Böyük Lüdovik Liseyi[d]
Fəaliyyəti heykəltaraş, rəssam
Fəaliyyət illəri 1849–1904
Mükafatları Fəxri Legion ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

Bartoldi 1834-cü ilin 2 avqustunda, Fransanın Elzas bölgəsinin Kolmar şəhərində anadan olmuşdur. Atasının ölümündən sonra ailəsi Paris şəhərinə köçmüş, lakin maliyyə vəziyyətinin yaxşı olması Kolmar şəhərindəki evdə də qalmağa imkan verirdi. Həmin ev 1922-ci ildən muzey kimi fəaliyyət göstərir. Parisdə o, Milli incəsənət məktəbində memarlıq ilə bərabər, rəssamlıq dərsləri almışdır.

Misirə uzun səyahət etdikdən sonra, Kolmar şəhərində memarlıq karyerasına başladı. Onun bu sahədə ilk işi general Jan Rappın xatirəsinə hazırladığı heykəldir.

Fransa-Prussiya müharibəsi zamanı Bartoldi Cüzeppe Qaribaldinin adyutantı vəzifəsini daşımışdır.

1875-ci ildə "Elzas-Lotaringiya" mason lojasına daxil olmuşdur. Elə həmin ildə Fransanın Vaven küçəsindəki emalatxanada Azadlıq heykəlinin hazırlanması ilə bağlı ilkin işlər görülür. Bəzi şayiələrə görə, heykəlin sifəti Bartoldinin anasındam, bədəni isə sevgilisindən ilhamlanaraq yaradılmışdır. O, 1886-cı il 28 oktabrında heykəlin təntənəli açılışı zamanı Nyu-Yorka getmişdir. Bu, onun ABŞ-yə sonuncu səfəri olmuşdur.

O, 1882-ci ildə Fransanın Fəxri Legion ordeni ilə təltif olunmuşdur. 1904-cü ilin 4 oktyabrında vərəm xəstəliyindən vəfat etmiş və Monparnas qəbiristanlığında dəfn olunmuşdur.

İşləri

Bartoldinin dünyanın müxtəlif hissələrində yerləşən 35 heykəlin müəllifidir. Onlardan ən məşhurları:

Qalareya

İstinadlar

Xarici keçidlər

Tags:

Frederik Ogüst Bartoldi BioqrafiyaFrederik Ogüst Bartoldi İşləriFrederik Ogüst Bartoldi QalareyaFrederik Ogüst Bartoldi İstinadlarFrederik Ogüst Bartoldi Xarici keçidlərFrederik Ogüst BartoldiAzadlıq heykəliFransa–Prussiya müharibəsiFransız diliKolmarNyu-YorkParis

🔥 Trending searches on Wiki Azərbaycanca:

Ədədi silsiləÇingiz MustafayevÜnsiyyətİmadəddin NəsimiAzərbaycanda Stalin repressiyalarıAzərbaycan PrezidentiAzərbaycan Xalq Cümhuriyyətinin Milli OrdusuMasonluqGünəş sistemiQara delfin həbsxanasıHeydər məscidiQırğızıstanHeydər Əliyev ordeniXocalı soyqırımı qurbanlarının siyahısıModelZaur BaxşəliyevQara daşların sakinləri (film, 1991)BalıqİsimMüstəqil Dövlətlər BirliyiZoli AdokKor bağırsaqAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıVideosexƏliCavanşirlərAğcabədi rayonuİtaliyaTəzyiqFransaNida cümləsiKoroğluNamazÇobanyastığıRusiya imperiyasıŞizofreniyaTəbii fəlakətAfaq BəşirqızıCihazAğqoyunlularBabasilRiyaziyyatAzərbaycan mətbuatıAmazon yağış meşələriSufizmAraz AğalarovTürkmənistanRövşən CavadovMonteneqroTəşbehAdolf HitlerFon Neyman arxitekturasıKilian MbappeBeynəlxalq Qadınlar GünüNamiq QaraçuxurluNeftİnformasiyaUşaqlıq (anatomiya)Uşaq hüquqlarıDərman bitkilərinin siyahısıRövşən LənkəranskiLimfa düyünləriAzərbaycanHüseyn ibn ƏliSərdar Fərhad PaşaQastritTriqonometriyanın əsas düsturlarıKüləkÇaldıran döyüşüQızıl yel xəstəliyiMübtədaAzərbaycan milli geyimləriNəriman AxundzadəGicitkənKitabi-Dədə QorqudRöya AyxanGinnesin Rekordlar KitabıGöz🡆 More