Fişt Olimpiya Stadionu

Fişt Olimpiya Stadionu (rus.

Stadion Soçi Olimpiya Parkında yerləşir və öz adını Fişt dağından götürmüşdür. 2014 Qış Olimpiya Oyunları üçün tikilən stadion 40000 tamaşaçı tutumuna malik idi. Stadion oyunların açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmişdir.

Fişt Olimpiya Stadionu
Stadionun 2018-ci ilin yanvarı zamanı
Stadionun 2018-ci ilin yanvarı zamanı
Yeri Soçi, Krasnodar diyarı, Rusiya
Açılış tarixi 2013
Tikinti xərcləri 779 milyon $
Sahibi Rusiya hökuməti
Tamaşaçı tutumu 47659 (rəsmən)
44287 (2018 FİFA Dünya Kuboku)
Ev sahibi komanda Soçi PFK
Meydançanın ölçüləri 105 x 68 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadion ilk tikildiyi vaxt qapalı bir idman kompleksi olaraq tikilmişdi. Lakin 2016-cı ildə görülən işlərdən sonra stadion üstü açıq bir futbol stadionuna çevrildi. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmişdir.

Tarixi

Stadionun dizayn layihəsi PopulousBuroHappold Engineering şirkətləri tərəfindən hazırlanmışdır. Stadionun dam örtüyü 36500 kv. metrlik bir ərazini əhatə edir. Dam örtüyü qarlı zirvələr formasında tikilmişdir. Şimala açılan qübbə Krasnaya Polnaya dağlarını, cənuba doğru açılan üst göyərtə isə Qara dənizi aydın seyr etməyə şərait yaradır.

Stadion 105 x 68 m ölçüdədir. Dörd stendi var

Xronologiya

  • 2006. İlkin hesablamalara görə tikintinin dəyəri 1,7 milyard rubl təşkil edir.
  • 2008. Stadionun tikiləcəyi ərazi təmizlənməyə başladı.
  • 2010. Stadionun inşası başlandı və "Özünüzə inanın, birlikdə qazana biləcəyik" cümləsi yazılmış simvolik kapsul dikildi.
  • 2011. İlkin dizayn dəyişdirilir.
  • 2013. Stadionun tikintisi başa çatdırılır.

Stadion 779 milyon $-a tikildi. İdman kompleksi hal-hazırda Rusiya milli futbol komandasının təlim mərkəzidir və arabir matçlarına da ev sahibliyi edir.

Olimpiya oyunlarından sonra

2015-ci ilin yanvarında 3 milyard rubl (46 milyon $) Konfederasiyalar Kuboku və Dünya Kubokuna görə stadion yenidən qurulmağa başlandı. Əsas dəyişikliklərdən biri stadionun damının götürülməsi idi. Çünki, FİFA üstü qapalı stadionlarda oyunun keçirilməsinə icazə verir. İşlərin 2016-cı ilin iyununa qədər tamamlanması gözlənilirdi, lakin gözləniləndən uzun çəkdi və 2016-cı ilin noyabrında tamamlandı.

Fişt Olimpiya Stadionu həm mundiala həm də qış olimpiya oyunlarına ev sahibliyi etmiş ikinci stadion oldu. (digəri Torino Olimpiya Stadionudur) Stadion həm Konfederasiyalar Kuboku həm də qış olimpiya oyunlarına ev sahibliyi edən ilk stadion oldu.

Fişt Olimpiya Stadionu 
Stadionun panoramik iç görünüşü

Futbol turnirləri

2017 FİFA Konfederasiyalar Kuboku

Tarix Saat Komanda #1 Nəticə Komanda #2 Mərhələ Tamaşaçı sayı
19 iyun 2017 18:00 Fişt Olimpiya Stadionu  Avstraliya 2–3 Fişt Olimpiya Stadionu  Almaniya B qrupu 28605
21 iyun 2017 21:00 Fişt Olimpiya Stadionu  Meksika 2–1 Fişt Olimpiya Stadionu  Yeni Zelandiya A qrupu 25133
25 iyun 2017 18:00 Fişt Olimpiya Stadionu  Almaniya 3–1 Fişt Olimpiya Stadionu  Kamerun B qrupu 30230
29 iyun 2017 21:00 Fişt Olimpiya Stadionu  Almaniya 4–1 Fişt Olimpiya Stadionu  Meksika Yarı Final 37923

2018 FİFA Dünya Kuboku

Tarix Saat Komanda #1 Nəticə Komanda #2 Mərhələ Tamaşaçı sayı
15 iyun 2018 21:00 Fişt Olimpiya Stadionu  Portuqaliya 3–3 Fişt Olimpiya Stadionu  İspaniya B qrupu 43866
18 iyun 2018 18:00 Fişt Olimpiya Stadionu  Belçika 3–0 Fişt Olimpiya Stadionu  Panama G qrupu 43257
23 iyun 2018 21:00 Fişt Olimpiya Stadionu  Almaniya 2–1 Fişt Olimpiya Stadionu  İsveç F qrupu 44287
26 iyun 2018 17:00 Fişt Olimpiya Stadionu  Avstraliya 0–2 Fişt Olimpiya Stadionu  Peru C qrupu 44073
30 iyun 2018 21:00 Fişt Olimpiya Stadionu  Uruqvay 2–1 Fişt Olimpiya Stadionu  Portuqaliya 1/8 Final 44287
7 iyul 2018 21:00 Fişt Olimpiya Stadionu  Rusiya 2–2 (3–4 pen.) Fişt Olimpiya Stadionu  Xorvatiya 1/4 Final 44287

İstinadlar

Tags:

Fişt Olimpiya Stadionu TarixiFişt Olimpiya Stadionu Olimpiya oyunlarından sonraFişt Olimpiya Stadionu Futbol turnirləriFişt Olimpiya Stadionu İstinadlarFişt Olimpiya Stadionu2014 Qış Olimpiya OyunlarıRus diliRusiyaSoçi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Mehriban ƏliyevaMəmməd ArazMirzə Ələkbər SabirAzərbaycan Respublikasının Dövlət SərhədiPlanetTamamlıqZaqatala rayonuRamiz ZeynalovAzərbaycan mətbəxiPerimetrQazaxıstanMilli təhlükəsizlik orqanları işçilərinin peşə bayramıŞamaxıSeyid Əzim ŞirvaniBakı Dövlət UniversitetiAzərbaycanın iqtisadi rayonlarıÇilov adasıƏtraf mühitPambıqBöyrəkElmira İsmayılovaAzərbaycan Respublikasının KonstitusiyasıQubadlıQadın reproduktiv sistemləriİnformasiyaVitr namazıQuba rayonuDövlət bayraqlarının siyahısıVilayət EyvazovXocalıRəhim QocayevVüqar ƏhmədASAN xidmətSacilərBaiduVaqif GərayzadəTorpaqLeyliLipopolisaxaridMicrosoft WordŞahrudin MəhəmmədəliyevDərman bitkiləriUEFA Avro 2024HindistanTalassemiyaDostəli xan MüəyyirəlməmalikQuba xanlığıDolça (astrologiya)TəbrizOrxan SultanovƏncirÜzeyir HacıbəyovNadir şah ƏfşarI TəhmasibYuxu kimi (teleserial, 2019)MultikulturalizmZərf (nitq hissəsi)BadamMonteneqroKompüter qurğularıSəhraŞirvanşahlar sarayıMuğamQuduzluqAbbasqulu ağa BakıxanovAnalogiyaXəzər Lənkəran FKQızılca (xəstəlik)AdaOvçuluqPrizmaGədəbəy rayonuOrqazmİnkişaf etmiş ölkələrMaterikİranAral gölü🡆 More