Ferruçço Buzoni

Ferruçço Buzoni (Dante Michelangelo Benvenuto Ferruccio Busoni, 1 aprel 1866 – 27 iyul 1924, Berlin) — İtalyan bəstəkarı, yazıçı və pedaqoq.

Ferruçço Buzoni
it. Ferruccio Busoni
Ferruçço Buzoni
Ümumi məlumatlar
Doğum adı Dante Michelangelo Benvenuto Ferruccio Busoni
Doğum tarixi 1 aprel 1866(1866-04-01)[…]
Vəfat tarixi 27 iyul 1924(1924-07-27)[…] (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Ştubenrauxştrasse qəbiristanlığı[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu, dirijor, musiqişünas, musiqi pedaqoqu[d], musiqi nəzəriyyəçisi, səsyazma sənətçisi[d]
Janr opera
Musiqi aləti piano
Təhsili
  • Leypsiq Musiqi və Teatr Universiteti[d]
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Musiqiçilər ailəsindəndir: atası Ferdinando Buzoni (əslən Korsikadandır) klarnetçalan, anası Anna Vays (Weiss) Avstriya pianoçusu idi. Pianoçu kimi sistemli təhsil almamışdır, kompozisiya və kontrapunkt dərslərini Oratsda (Avstriya) V. Mayerdən almışdır. Helsinkidə Musiqi İnstitutunda fortepianodan dərs demiş (1888–90), Moskva konserva toriyasının (fp. sinfi üzrə; 1890–91), Bostondakı Yeni ingilis konservatoriyasının professoru (1891–92) olmuşdur. 1894-cü ildən Berlində yaşamış, yeni və az səslənən musiqinin təbliği məqsədilə "Buzoni orkestr gecələri" (1902–09) təşkil etmişdir. 1913–14-cü illərdə Bolonyadakı Musiqi liseyinin, 1920-ci ildən Berlin İncəsənət Akademiyasının professoru (kompozisiya sinfi) olmuşdur.

Fəaliyyəti

K. Vayl, P. Qreyncer, D. Mitropulos, N. Nabokov, E. Petri, L. Sirota və b. onun şagirdləri idi. Buzoni öz dövrünün orijinal virtuoz texnikaya malik böyük pianoçularından biridir. Onun İ. S. Bax, F. List və V. A. Motsartın əsərlərinin fortepiano transkripsiyaları məşhurdur. "Turandot", "Arlekin" (hər ikisi 1917), "Doktor Faust" operalarını (1916–24; şagirdi F. Yarnax tamamlamışdır, quruluş 1925), 2 fortepiano üçün Kontra punktur fantaziyanın (1922), fortepiano ilə orkestr üçün Konsertin (1904); "Musiqi sənətinin yeni estetikasının eskizi" (1907) kitabının və s. müəllifidir. Avanqardizm ideyalarını dəstəkləmişdir. 1949-cu ildən Bolsanoda (İtaliya) hər il pianoçuların Buzoni adına Beynəlxalq müsabiqəsi keçirilir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Ferruçço Buzoni HəyatıFerruçço Buzoni FəaliyyətiFerruçço Buzoni Həmçinin baxFerruçço Buzoni İstinadlarFerruçço Buzoni Xarici keçidlərFerruçço Buzoni1 aprel1866192427 iyulBerlinBəstəkard:Q219551İtalyanlar

🔥 Trending searches on Wiki Azərbaycanca:

Durğu işarələriƏbdürrəhim bəy HaqverdiyevDağlıq QarabağModal sözlərCəfər CabbarlıCabir İmanovAzərbaycan Beynəlxalq BankıYazıSovet Sosialist Respublikaları İttifaqıGöbələk xəstəliyiQızılgülSəudiyyə ƏrəbistanıMingəçevirMirzə Ələkbər SabirAlqoritmXarakterAzərbaycan gerbiLoğmanQuba xanlığıMühasibat uçotuXəlil Rza UlutürkNaxçıvan Muxtar RespublikasıHicri təqvimİnternetEtnoqrafiyaMübtədaÜslubiyyat (Azərbaycan dili)ƏlifbaEmin ƏmrullayevZərifə ƏliyevaUnitar dövlətƏliAzərbaycan mətbəxiHemoqlobinHeydər ƏliyevBakı küçələrinin köhnə və yeni adlarının siyahısıAğıllı şəhərAzərbaycanda neft sənayesiSamir ŞərifovAşıq ZülfiyyəÇinLondonTəbii fəlakətASAN xidmətKompüter qurğularıFransaŞöhrət ordeni (Azərbaycan)ArgentinaAzərbaycan diliMehriban ƏliyevaQuranŞəkiQədim RomaVergiDaxili İşlər Nazirliyi (Azərbaycan)KonstitusiyaMüşfiq ağılarıMürəkkəb sözlərSahibkarlıqAbdulla ŞaiqMetroKonusAzıx mağarasıNağılD vitaminiLionel MessiAzərbaycan Kommunist PartiyasıRənglər siyahısıOğlaq (astrologiya)Sual cümləsiBərpa olunan enerjiŞir (astrologiya)AzərişıqAzərbaycan Dövlət İqtisad Universitetiİslam peyğəmbərləriAbşeron rayonuGünəş🡆 More