Fandom

Fandom, ümumi maraqları paylaşan pərəstişkarlardan ibarət submədəniyyətdir.

Azarkeşlər adətən fandomlarının obyektlərinin xırda təfərrüatları ilə də maraqlanırlar və sosial şəbəkədə vaxtlarının əhəmiyyətli bir hissəsini maraqlarına sərf edirlər.

Fandom
Montreal komikkonunda Katniss Everdin kimi geyinən kospleyer, iyul 2015

Fandom insan maraqlarının və ya fəaliyyətinin istənilən sahəsini əhatələndirir. Azarkeşlərin maraq dairəsi kiçik bir şəkildə müəyyən edilə bilər, eləcə də məşhur bir şeyə yönəldilə bilər və ya bir neçə hobbi, janr və ya modaları əhatə edə bilər. Hazırda bu termin hər hansı bir mövzuya heyran olan insan qruplarına şamil edilsə də, ilk əvvəl idman həvəskarlarına aid edilirdi. Merriam-Webster lüğətində bu terminin istifadəsi 1903-cü ilə qədər gedib çıxır.

Mütəşəkkil submədəniyyət kimi

Ədəbi detektiv Şerlok Holmsun pərəstişkarları Holmes 1893-cü ildə "öldürüldükdən" sonra ictimai matəm nümayişləri keçirərək təxminən 1897-ci ildən 1902-ci ilə qədər ilk fan-əsərlərini yaratmışlar və bu təşkil olunmuş ilk müasir fandom hesab olunur.

Medianın əhatə dairəsindən kənarda dəmir yolu həvəskarları 19-cu əsrin sonlarından populyarlıq qazanmağa başlayan və 20-ci əsrin əvvəllərinin ilk onilliklərində getdikcə daha çox tanınan başqa bir erkən fandom olmuşdur.

Fandom 
1956-cı ildə Nyu-Yorkda keçirilən 14-cü Dünya Elmi Fantastika Konvensiyasında ziyafət

Media fandomu 1970-ci illərin əvvəllərində elmi fantastika fandomundan ayrıldı və diqqət mərkəzi TV və filmlər daxilindəki personajlara yönəldi, məsələn: Star TrekThe Man from U.N.C.L.E..

Anime və manqa fandomu 1970-ci illərdə Yaponiyada təşkil olundu. Amerikada isə bu fandom elmi fantastika fandomunun bir qolu olaraq başladı, pərəstişkarlar toplantılarına Yapon manqasının əldə edilmiş nüsxələrini gətirməyə başladılar. Elmi fantastika və anime fandomları mediada böyüyərkən, 1960-cı illərin sonu - 1970-ci illərin əvvəllərində ortaya çıxan hippi mədəniyyəti ətrafında cəmiyyətə və texnologiyaya davamlı təsir göstərəcək qlobal fandom ortaya çıxdı.

Fandomları olan əlavə mövzulara komikslər, cizgi filmləri, video oyunlar, idman, musiqi, filmlər, televiziya şouları, jurnallar, sabun operaları, məşhurlar və oyun şouları daxildir.

Fan fəaliyyətləri

Fandom 
İngilis telefon köşkündə Şerlok serialına aid fan sənət işi

Fandomun üzvləri bir-biri ilə ünsiyyət qurur, tez-tez fan toplantılarında iştirak edir, müxtəlif işlər və xəbər bülletenləri dərc edir və mübadiləsi aparırlar. Əvvəl çap mediasından istifadə edən bu submədəniyyətlər öz kommunikasiyalarının və qarşılıqlı əlaqəsinin çox hissəsini müasir zamanımızda internetə köçürüblər ki, bu da öz fanat bazasına aid ətraflı məlumatın arxivləşdirilməsi məqsədilə istifadə olunur. Çox vaxt pərəstişkarlar müəyyən bir işə olan sevgilərini və tənqidlərini bölüşmək üçün forumlarda və müzakirə toplantılarında yığışırlar. Ən əsası, bu cür müzakirələr medianın özünə də təsir göstərə bilər.

Fandom və texnologiya

İnternetin yüksəlişi fandom üçün yeni və güclü imkanlar yaratdı. Bu, FTP üzərindən lent ticarətinə səbəb oldu. Ümumdünya Şəbəkəsinin yaranmasından sonra bir çox icmalar fandomların təcrübələrini onlayn qəbul etməyə başladılar.

İstinadlar

Xarici keçidlər

Tags:

Fandom Mütəşəkkil submədəniyyət kimiFandom Fan fəaliyyətləriFandom və texnologiyaFandom İstinadlarFandomSosial şəbəkəSubmədəniyyət

🔥 Trending searches on Wiki Azərbaycanca:

Səyavuş HüseynliBraziliyaParaleloqramAlternativ rokAzərbaycanlıların Soyqırımı GünüVüqar ƏhmədİsveçSinqapurXəzər dənizi adalarının siyahısıZəfər Günü (Azərbaycan)Vidadi Əliyev (aktyor)Kondensator (elektrik)MasturbasiyaLirik növCavanşirŞuşaBakı Dövlət UniversitetiYuxu kimi (teleserial, 2019)Aftandil İsrafilovXitabKəlmeyi-şəhadətLimfa düyünləriNaxçıvan Muxtar RespublikasıAdaAzərbaycanın dövlət bayramları və xüsusi günləriMəhəmməd Əmin RəsulzadəMehriban ZəkiElçin ƏlibəyliAzərbaycan Qırmızı KitabıAzərbaycan tarixiDağlıq QarabağXəmsəAğqoyunlularElxan ElatlıDüzbucaqlı üçbucaqAzıx mağarasıLeksikaAhəng qanunuMirzə Fətəli AxundovAvrasiyaŞuşa rayonuGünəş sistemiKəpənəklərÇevrəAzərbaycan körpüləriZoğalSacilərİrəvan xanlığıOğlaq (astrologiya)Namiq QaraçuxurluAzərbaycan Beynəlxalq BankıMir CəlalKəbəFüzuli (şəhər)Mikayıl MüşfiqQazaxıstanSıxlıqTarAvestaAzərbaycanda ovçuluqPortuqaliyaQızılca (xəstəlik)Düzbucaqlı paralelepipedƏmir TeymurQızılbalıqlarMart soyqırımıAprel işğalıKub metrMoldovaMetaforaƏli ƏsədovŞizofreniyaBeynəlxalq təşkilatSəhlab Bağırov🡆 More