Castin Drü Biber (ing.
Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir
Castin Biber | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Justin Drew Bieber |
Ləqəbləri | Biebs, Bizzle, Bieb, JB, RickTheSizzler |
Doğum tarixi | 1 mart 1994[…] (30 yaş) |
Doğum yeri | Kanada, Ontario |
Vətəndaşlığı | |
Milliyyəti | Kanada |
Partnyoru | Selena Gomez (2010-2014) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktyor |
Fəaliyyət illəri | 2008–hal-hazırda |
Janrlar | Pop, R&B, Teen Pop |
Musiqi alətləri | baraban, gitara, piano |
Səs tembri | tenor |
Albom şirkətləri | Island, Teen Island, RBMG, zain |
Mükafatları | |
justinbiebermusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.
1994–2008 Uşaqlıq və gənclik
Castin Biber 1994-cü ilin martın 1-də Kanadanın Ontariya əyalitinin London şəhərində anadan olmuşdur. Stratfordta böyüyüb. Castin Biber 2010–2014-cü illərdə Selena Qomezlə sevgili olmuşdur,daha sonra isə ayrılmışlar.
This article uses material from the Wikipedia Azərbaycanca article Castin Biber, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.