Estetik cərrahiyə — xarici görünüşün dəyişdirilməsi məqsədi ilə həyata keçirilən cərrahiyyə.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İstər insanda, istər heyvanlarda istərsə də füsunkar təbiətdə fərqli formada əks olunmasına baxmayaraq, hamımız gözəlliyi sevir, daima onu axtarır, gördüyümüzdə isə ondan həzz alırıq. Dövrümüzün insanlarına nəzər salsaq, görərik ki, onlar daxili gözəlliklə müqayisədə daha çox zahiri gözəlliyin qayğısına qalırlar. Gözəllik dünyasında elmin son "sıçrayış"larına aid rəsmi statistikaya nəzər salsaq, görərik ki, təbii gözəllik üzərində inqilab etmiş süni gözəlliyə- kosmetik əməliyyatlara dair statistik rəqəmlər heyrətedicidir. Məsələn, təkcə Parisdə kosmetik cərrahiyyə əməliyyatı ilə məşğul olan 200 mərkəz mövcuddur, və hər il bu mərkəzlərdə 60 min plastik əməliyyat aparılır.
ABŞ-də isə kosmetik əməliyyatlar Amerika cəmiyyətinin ənənəsinə çevrilib. Dünyada kosmetik əməliyyatların sayı baxımından ABŞ 21% nisbəti ilə birinci yeri, Braziliya 14% nisbəti ilə ikinci yeri, Meksika isə 8% nisbəti ilə üçüncü yeri tutub. Estetik ( eyni zamanda cavanlaşdırıcı əməliyyat) əməliyyat - dünyada həm kişilər, həm də qadınlar arasında ən populyar əməliyyat növüdür.
Plastik əməliyyatların bir neçə növü mövcuddur.
Tez-tez tətbiq edilən esteik, plastik, rekonstruktiv cərrahi əməliyyatlara daxildir:
Britaniyanın Estetik Cərrahlar Assosiasiyasının prezidenti Nigel Mercer kosmetik əməliyyatlar sənayesini "nizamlanmayan qarışıqlıq" kimi təsvir edib, və bildirib ki, bu sənayedə sərt qaydalara ehtiyac var. Estetik cərrahinin lazımı olub olmamağı o insanın öz qərarıdır. Estetik cərrahlar bu mərhələdə öz elmi yığım və təcrübələrini ortaya qoyaraq insanı məlumatlandırır, məntiqli və əldə edilə bilən bir alternativə istiqamətləndirirlər.
Estetik Cərrahiyə və onun dünya praktikasında tətbiqi.[ölü keçid]
This article uses material from the Wikipedia Azərbaycanca article Estetik cərrahiyə, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.