Ervin Rommel

Ervin Oygen Yohannes Rommel (alm.

Ervin Rommel
alm. Erwin Rommel
Ervin Rommel
Şəxsi məlumatlar
Doğum adı Johannes Erwin Eugen Rommel
Doğum tarixi 15 noyabr 1891(1891-11-15)[…]
Doğum yeri
Vəfat tarixi 14 oktyabr 1944(1944-10-14)[…] (52 yaşında)
Vəfat səbəbi sianiddən zəhərlənmə[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Almaniya İmperiyası ordusu, Reichswehr, Heer (Vermaxt)
Xidmət illəri 1910–14 oktyabr 1944
Rütbəsi general-feldmarşal
Komandanlıq edib
Döyüşlər
Təltifləri Ervin Rommel Grand Officer of the Military Order of Savoy Cəsur Mixay ordeni Knight of the Württemberg Military Order of Merit Pour le Mérite Ervin Rommel Silver Medal of Military Valour Ervin Rommel Friedrich Order Knight of the Colonial Order of the Star of Italy Clasp to the Iron Cross Ervin Rommel 1-ci dərəcəli Dəmir xaç 2-ci dərəcəli Dəmir xaç Honour Cross of the World War 1914/1918 Sudetenland Medal Memel medalı Ervin Rommel
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İkinci dünya müharibəsi gətirdiyi dağıntılar və fəlakətlərlə yanaşı bir neçə dahi şəxsiyyəti də tarixin səhifələrinə həkk etmişdir. Bu şəxsiyyətlərdən biri müttəfiq qüvvələr arasında "Səhra Tülküsü"(alman dilində "Wüstenfuchs")adı ilə tanınmış Ervin Rommel olmuşdur. Rommel Şimali Afrika uğrunda gedən döyüşlərdə Alman ordusunun qruplaşmalarına komandanlıq etmiş və ingilis generalı Montqomerinin ilkin planlarını alt-üst edərək saysız-hesabsız uğurlar qazanmışdır.

Ervin Rommel 15 noyabr 1891-ci ildə Haydenxaymda anadan olmuşdur. Əvvəlcə mühəndis peşəsinə yiyələnmək istəsə də, 1910-cu ildə Rommel orduya qoşulmuş və 1914-cü ilin avqust ayında onun xidmət apardığı bölmə müharibəyə atılmışdır. 1915-ci ildə o, döyüşlərdə fərqləndiyinə görə 1-ci dərəcəli dəmir xaç ordeni ilə mükafatlandırılmışdır.

Müharibədən sonra Rommel Drezden şəhərində piyada qoşunları məktəbində dərs demişdir və həmin ərəfədə "Piyada Hücumda" (İnfanterie greift an) adlı ilk kitabını yazmışdır.

1933-cü ilin oktyabr ayında Rommel mayor rütbəsinədək yüksələrək Qoslar'da (Goslar) dağlı batalyonların komandanlağına təyin olunmuşdur. 1935-ci ildə isə polkovnik rütbəsi almış Rommel Potsdam Müharibə Akademiyasında müəllimlik etmişdir.

Fransa kampaniyasından sonra 1941-ci ildə Ervin Rommel general-leytenant rütbəsinədək yüksəlmiş və Berlinə çağırılaraq alman ordusunun Afrika birləşmələrinə (Deutsches Afrika Korps) komandanlıq etmək tapşırığı almışdır. İlkin tapşırığı komandanlığı altında olan iki alman diviziyası ilə Şimali Afrikada yerləşən artıq bir sıra məğlubiyyətlərdən əlacsız vəziyyətdə qalmış italyan birləşmələrinə dəstək göstərmək olmuşdur. Artıq Fransada istifadə etdiyi Blitskriq (Blitzkrieg) taktikası ilə yanaşı, Rommel həm də kiçik dəstələrlə hiyləgər hücumlar aparmışdır. Həmin ərəfədə o dostları və düşmənləri tərəfdən səhra tülküsü adlandırılmış və general-feldmarşal rütbəsinədək yüksələrək alman ordusunun tarixində ən gənc feld-marşal olmuşdur. Britaniya silahlı qüvvələri isə hücumlarını davam etdirmiş, lakin almanların 88 mm-lik topları və mərd piyada qüvvələri bu hücumları nəticəsiz qoymuşdur.

Feldmarşal E.Rommel hər zaman nasist siyasətə və əsasən də Himmlerə və onun SS-nə olan nifrəti ilə tanınmışdır. Onun böyük nailiyyətlərindən biri də SS qüvvələrinin toplu şəkildə Şimali Afrika kampaniyasında iştirakına imkan verməməsi olmuşdur. 1944-cü ildə Ervin Rommel Adolf Hitlerə qarşı törədilmiş sui-qəsddə təqsirli bilinərək xüsusi mühafizə oqanları tərəfindən həbs edilmişdir. Həbsdə olarkən ona özünə qəsd etməsi təklif olunmuşdur, əks halda isə onun güllələnəcəyi bildirilmişdir.

Feldmarşal Ervin Rommel 14 oktyabr 1944-cü ildə hospitalda qəbul etdiyi zəhərin təsirindən dünyasını dəyişmişdir. Hitlerin əmri ilə Rommel Üçüncü Reyxin milli qəhrəmanı kimi təmtəraqla dəfn olunmuş, onun vəfat etdiyi gün (14 oktyabr) milli matəm günü elan edilmişdir.

Bununla belə feldmarşal Ervin Rommel ReyxinFürerin daimi düşmənlərindən biri olmuşdur və onun Fürerə qarşı hazırlanmış sui-qəsddə əli olması ehtimalına hələ də inanılmaqdadır.

İstinadlar

Tags:

14 oktyabr15 noyabr18911944Alman diliAlmaniya imperiyasıd:Q14060d:Q159631d:Q6869Üçüncü Reyx

🔥 Trending searches on Wiki Azərbaycanca:

Bakı metrosuCavanşirSevil ƏliyevaGöbələk xəstəliyiRövnəq AbdullayevAlmaxanımAzərbaycan Qırmızı KitabıTriqonometriyanın əsas düsturlarıEhtimal nəzəriyyəsiAğdam rayonuQasım SüleymaniTarixQüvvə (fiziki kəmiyyət)Səbinə ƏliyevaNamazAzərbaycan Bayrağı ordeniQara YanvarQədim Roma təqvimiÜrək (insan)Azərbaycan Tibb UniversitetiRafael İsgəndərovBöyrəkÜzeyir MehdizadəUşaqlıq (anatomiya)YunanıstanStressBərdəİzotopDurğu işarələriAzərsuSultan Süleyman QanuniÜslubiyyat (Azərbaycan dili)AdrianAzərbaycan Beynəlxalq BankıSenzorNidaOmonimTərəqqi medalıXlorDolça (astrologiya)ŞirFacebookFikrət ƏmirovBakteriyalarRomaNitq hissəsiSifilisƏli Nağıyev (general)Kim KardaşyanAdəmŞahrux XanNaxçıvan Muxtar RespublikasıQırğızıstanAbşeron rayonuDağlıq QarabağDünyanın yeddi möcüzəsiAyna SultanovaQənirə PaşayevaXlorid turşusuYüzillik müharibəBöyük Britaniyanın Baş nazirlərinin siyahısıDinDədə Qorqud parkıƏkizlər (astrologiya)Qarabağ FKSıxlıqŞəkilçiKriştiano RonaldoAzərbaycan Hərbi Hava QüvvələriTexnofest AzərbaycanGəmiAzərbaycan milli futbol komandasıArazNXankəndi🡆 More