Drin Çayı

Drin çayı (alb.

Drin çayı
sq/Drini
Drin və Banu çayı
Drin və Banu çayı
Ölkələr
Region
Mənbəyi Ağ və Qara Drin
Mənsəbi Adriatik dənizi
Uzunluğu 148 km
Su sərfi 352 ± 0,001 m³/s
Hövzəsinin sahəsi 12600 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Transsərhəd drenaj hövzəsinə Balkan yarımadasının cənub-şərq hissəsində Albaniya, Şimali MakedoniyaKosovo əraziləri daxildir. Çay hövzəsinin sahəsi 12,6 min km² (14,173 km²), orta su sərfi isə 290 m³/s təşkil edir. Çayın iki qolu var ki, biri Şkoder şəhəri yaxınlığındakı şimal (əsas) Şkoder gölündən axan Buna çayına, digəri isə Leja şəhəri yaxınlığında birbaşa Adriatik dənizinə axır.

Balkan yarımadasında Avropa və Asiyanın kəsişməsində yerləşən çay hövzəsinin müxtəlif iqlimi və topoqrafiyası bu ərazinin flora və faunasının geniş spektrini formalaşdırmışdır. Bundan əlavə, Avropanın ən mühüm biomüxtəliflik qaynar nöqtələrindən biri kimi də tanınıb. Drin deltası Beynəlxalq BirdLife Konvensiyasına uyğun olaraq təyinatına görə beynəlxalq əhəmiyyətli mühüm quş ərazisi kimi də təsnif edilir.

Tarixi

Drin Çayı 

Çayın qədim adı Drilon olub. Çayın vadisində bir neçə İlliriya xalqı yaşayırdı. Yəqin ki, bir nöqtədə və müəyyən dərəcədə Ençellər üstünlük təşkil edirdi. Taulanti və Labeati qəbiləsinin torpaqları çox güman ki, çayın yaxınlığında yerləşirdi.

Coğrafiyası

Drin Çayı 
Albaniyanın şimalında Adriatik sahillərində Drinin mənsəbi və Drin körfəzi.

Çayın qollarının qovuşduğu yerdən mənsəbinə qədər uzunluğu 148(160) km-dir, lakin Struqa şəhəri yaxınlığından Ohrid gölündən axan və Makedoniya ərazisindən keçən Qara Drin çayını nəzərə alsaq, onda ümumi uzunluğu 281 km-dir.Kosovonun Peç şəhərinin şimalından başlayan Ağ Drin mənbəyindən mənsəbinə qədər məsafəsi ölçüldükdə isə çayın ümumi uzunluğu 335 km-dir.

Albaniyanın şimalında çayın yatağında sadalanan su anbarları : Fierza (sahəsi 72 km², ölkənin ən böyüyü), Komani və Vau-i-Deyes (sahəsi 25 km²) inşa edilmişdir.

Əsas qolları Prokletie dağlarından (Şimali Alban Alpları) başlayan və Komani su anbarına axan Valbona və Şalya çaylarıdır.

Şkoder şəhəri yaxınlığındakı dənizkənarı düzənlikdə Drin iki qola ayrılır. Böyük Drin adlanan qısa (uzunluğu 15 km) və geniş olan əsas şimal qolu Rozafa qalasından aralıda, Şkoder gölündən axan Buna çayına tökülür. Cənub qolu ayrıca Leja şəhəri yaxınlığında Adriatik dənizinin Drin körfəzinə axır. Payız-qış daşqınları Şkoder şəhəri yaxınlığındakı alçaq ərazilərin su altında qalmasına səbəb olur.

1858-1859-cu illərin qışında güclü daşqın dövründə Drin çayının suyu daşaraq şimal-qərbə Şkoder gölünə doğru hərəkət etsə də, gölə çatmayır və yolda Buna çayı ilə birləşib, öz yatağı ilə hərəkət edir.

1950-ci ilə qədər Qyadri çayı Zadrimanı ("Drindən kənarda") keçərək Leja şəhərinin üstündəki Drin çayına tökülürdü. 1950-ci ildə Zadrima meliorasiya layihəsinin həyata keçirilməsi zamanı yeni bir kanal qazıldı və Qyadri Vau-i-Deyesin altından Drin çayına axmağa başlayır.

İqtisadiyyat

Drin çayının suları Albaniya iqtisadiyyatı üçün xüsusilə elektrik enerjisi istehsalı baxımından böyük əhəmiyyət kəsb edir. Çay üzərində tikilmiş su elektrik stansiyaları: Fierza SES, Komani SES, Vau-y-Deyes və Aşta 1, 2 SES ölkədəki elektrik enerjisinin böyük hissəsini istehsal edir. Ümumi quraşdırılmış güc 1400 MVt-dır. İlk üçlüyü Albaniya Enerji Korporasiyası (AEK) idarə edir. Skavica Su Elektrik Stansiyası isə Qara Drin çayı üzərində tikilir.

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

Drin Çayı   Coğrafiya portalı

Tags:

Drin Çayı TarixiDrin Çayı CoğrafiyasıDrin Çayı İqtisadiyyatDrin Çayı Həmçinin baxDrin Çayı İstinadlarDrin Çayı ƏdəbiyyatDrin ÇayıAlban diliAğ DrinKukesMakedon diliQara DrinYunan dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

SabirabadLənkəranƏliŞəki xan sarayıQoç (astrologiya)Azərbaycan meşələriAlov qüllələriMakedoniyalı İsgəndərAzərbaycan İkinci Dünya müharibəsindəRiyaziyyatDüzbucaqlı paralelepipedCənubi AzərbaycanÇernobıl faciəsiAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıEtimologiyaÇiçəkAğciyər iltihabıMəhəmmədÇaldıran döyüşüTürkdilli dövlətlərGədəbəy rayonuƏtraf mühitİnformasiya prosesləriAzərbaycan memarlığıAzərbaycan təbiətiMannaRespublikaVikipediyaXürrəmilər hərəkatıMəleykə ƏsədovaCəmşid Naxçıvanski adına hərbi liseyAtəşgah (Bakı)Azərbaycan Dövlət Neft və Sənaye UniversitetiAzərbaycanın telefon kodlarıƏbdürrəhim bəy HaqverdiyevPilotsuz uçuş aparatıBMWŞəkilçiPiramida (həndəsə)Arxeoloji abidələrCümləFutbolİnsan hüquqlarıWhatsAppTörəməHadi RəcəbliOmonimMübtədaAğciyər xərçəngiMaralgölEpilepsiyaMarketinqSəhraQod NisanovAzərbaycan Ərəb xilafətinin tərkibindəOperaÇahargahEzopTabesiz mürəkkəb cümlələrMetalAna səhifəQitəNeftçi PFKQurban QurbanovMəhəmməd FüzuliRəngli monitorAzərbaycan Respublikası Mərkəzi BankıAzərbaycanın təbii sərvətləriSöz birləşməsiXəbər (qrammatika)Zəfər Günü (Azərbaycan)Kompüter şəbəkəsiAzərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıNüvə silahıAzərbaycan Daxili QoşunlarıUzunluq (fizika)Mələkxanım Eyubova🡆 More