Cənubi Afrika Tarixi

Etnik müxtlifliyə sahib olan Cənubi Afrika Respublikasının tarixi keçmişi ümumilikdə 5 mərhələyə ayılır.

Müstəmləkədən əvvəlki mərhələ, müstəmləkə mərhələsi, müstəmləkədən sonrakı mərhələ, aparteid mərhələsi və ondan sonrakı mərhələ. Bu tarixin, xüsusi ilə müstəmləkə və müstəmlədədən sonrakı mərhələləri mədəniyyət fəaliyyətləri, Avropalıların və yerli xalqların arasındakı şiddətli torpaq anlaşılmazlıqları, təzyiqlər, digər irq və siyasi gərginliklərlə xarakterikdir.

Cənubi Afrika Respublikasının bayrağı
Cənubi Afrika Tarixi
Təfərrüatlar
Dizayn Cənubi Afrika Respublikasının bayrağı 1994-ci il 27 aprel tarixində qəbul edildi.1928-ci ildən bəri sitifadə edilən bayrağı dəyişdirərək yaradılan bu bayraq aparteid sonra mərhələni ,çox mədəniyyətliliyi və etnik müxtəliliyi xarakterizə edir.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

On doqquzuncu əsrdə almaz və qızıl kəşfləri bölgənin sərvətinə dərindən təsir göstərmiş, dünya səhnəsinə çıxartmışdır və sadəcə kənd təsərüfatı əsaslı iqtisadiyyatdan sənayeləşməyə keçid baş vermişdir. Kəşflər eyni zamanda Cənubi Afrika mədənçilik sənayesi üzərindəki nəzarət əldə etmək üçün əsasən Boer köçkünləri və İngiltərə imperiyası arasında açıq müharibəylə nəticələnən yerli münaqişələrə səbəb oldu. Anqlo-Boer və ya Cənubi Afrika müharibəsində (1899-1902) Boerlərin məğlubiyyətindən sonra Cənubi Afrika birliyi 1909-cu il Cənubi Afrika konstitusiyasına əsaslanaraq İngiltərə imperatoriyasının müstəmləkəsi olaraq quruldu. İngilis kolonyaları: Keyp koloinyası, Natal kolonyiası, Transvaal koloniyası və Orang koloniyası. Birlik qanunalarının qüvvəyə minməsindən sonra 1934-cü ildə Britaniya İmperatorluğu tərkibində özü-özünü idarə edən bir dövlət oldu. Bu müstəqillik 1960 referendumunda qərara alınmış və 31 may 1961 ci il tarixində reallaşmış ölkənin Cənubi Afrika Respublikası adı altında vahid müstəqil bir dövlət kimi formalaşması ilə sona çatdı.

Cənubi Afrika siyasəti 1948-1994 cü ildə Afrika miliyyətçiləri tərəfindən idarə edilirdi. İrqi ayrı seçkiliyi və ya rəsmi olaraq “aparteid” olaraq adlandırılan ağ irq qanunu,”ayrılıq”mənasına gələn Afrika sözü olub,1948-ci ildə (İngilis hakimiyyəti altında) ortaya çıxdı və Cənubi Afrikanın bir respublika halında biləşməsindən sonra rəsmi bir ayrı seçkilik qanunu halına gəldi. 1960-cı ildə qüvvəyə minən konstitusiya 27 aprel 1994-cü ildə silahlı mübarizə və irq ayrı seçkiliyinə qarşı beynəlxalq müxalifətin ardınca SSRİ-nin əsas olaraq Afrika Milli Konqresinə (African National Congress) əsgər və siyasi dəstək təmin etməsiylə qələbə çaldı. Ölkənin bütün irqlərinin səs verə biləcəyi ilk demoktratik səs vermədən bəri Afrika Milli Konqresi, Cənubi Afrika Komunist Partiyası və Cənubi Afrika Həmkarlar konnfederasiyası ilə birlikdə ittifaq içərisində Cənubi Afrika siyasətinə hakim oldu.

Erkən tarix (1652-ci ildən əvvəl)

Tarixi sənədlərin yazılmadığı dövr

Tarixi sənədlərin yazılmadığı dövrü araşdıran elm adamları bu gün Cənubi Afrika olaraq adlanrılan bölgənin torpaqlarının insan təkamülünün vacib mərkəzlərindən biri olduğunu müəyyən etmişdir. Ən az 2,5 milyon il əvvəl Australofitekineslərin burda yaşadıqları təxmin edilir. Modern insanın məskunlaşması, Klasies çayının mağaralarında arxeoloji kəşflərin göstərdiyi kimi Orta daş dövründə təxminən 125.000 il əvvələ təsadüf etdiyi düşünülür. İlk məskunlaşan insanlar isə Cənubi Afrikanın şimal qərbindən tarixi başlanğıcını götürən və hələ də yerli hakim olan Xoisanların (Xoi və San) DNT qrupu ilə əlaqəlidir. Daha sonrakı insan məskunlaşması isə bizim eranın ilk illərində Orta Afrikanın qərb bölgəsindən köçən Bantu dilində danışan xalqın adı ilə bağlıdır.

Blombos mağarasında professor Raymond Dart 1924-cü ildə Australofitekus afrikanusun ilk nümunəsini olan 2,51 milyon il tarixə malik Taunq uşağının kəllə sümüyünü tapır. Dartın fəaliyyətini davam etdirən Robert Brom 1938-ci ildə, Kromdraidəki Paratrofus robustusda çox daha qüvvətli dəlil kimi göstərilə biləcək homo sapiensə aid nümunə kəşf etdi və 1947-ci ildə Sterkfonteində Australofitekus afrikanusun bir neçə daha nümuməsi tapıldı. 2002-ci ildə Blombos mağarasında yerinə yetirilən bir neçə araşdırmada 70 000 il əvvələ aid daş ya da çarpaz qabaq bəzəkləri ilə oyulmuş daşlar tapıldı. Bu homo sapienstərəfindən yaradılan ilk sənət və ya simvolik sənətin ən qədim nümunəsi olaraq adlandırıldı.

Keçən bir neçə on ildə daha bir çox qədim insan növü ortaya çıxmışdır. Ən böyüyü, Little C.Footun Sterkfontein, Ronald C.Klark tərəfindən kəşf edilən 2,2 və ya 3,3 milion il arasında, bilinməyən bir homo sapiensdən təşkil olunmuş bir somon kolleksiyasıdır. Vacib bir yeni kəşf 2008 -ci ildə kəşf edilən 1,9 milyon illik Australofitekus sediba idi. 2015-ci ildə daha əvvəl bilinməyən bir homo sapiens növü olan Johannesburq yaxınlarındakı kəşf Homo naledi olaraq adlandırıldı. Modern vaxtlarda ən vacib paleontolojik kəşflərdən biri olaraq qiymətləndirilir.

San və Xoixo qəbilələri

Cənubi Afrika Tarixi 
Koisanlar çubuqları bir-birinə sürtmaklə alov almağa çalışırlar.

San və Xoixo qəbilələri Orta Paleolit meskunlaşan nəsildən olan aboriginal qəbilələrdən biri hesab olunur. Xoisan əcdadlar Cənubi Afrikaya yerləşməsinin genetik elmi ilə olan əlaqəsi, Homo sapiens populyasiyalarının başlıca təsnifatına uyğun olan matrilinear haplogroup L0 (mtDNA) və patrilinear haplogroup A (Y-DNA ) Cənubi Afrikanın şimal-qərbindəki ərazisindən qaynaqlanmasıdır.

San və Xoixoi "Xoisan" termini altında qruplaşdırıllar və əsasən müvafiq peşələrə görə fərqlənirlər. Sanlar ovçu-yığıcı, Xoixoilər çobanlar idi.

Keyptaun Peninsulada heyvandarlığa aid arxeoloji tapıntıların aşkarlanması təxminən 2000 il əvvəl Xoixoilərin orada yerləşməyə başladığını göstərir. 15-ci əsrin sonu və 16-cı əsrin əvvəllərində, Keyptaun ilk avropalılar olan portuqaliyalı dənizçilərin hesabına Xoixolər heyvandarlıqla tanış oldu. Daha sonra 16 və 17-ci əsrin sonlarında Xoixoilər mal-qara və qoyunları ingilis və hollandiyalı dənizçilərin metallarına dəyişdirdilər. Rəsmi baxımdan, heyvandarlığın mövcudluğu 17-ci əsrin ortalarında, Hollandiya Şərqi Hindistan Kompaniyasının Keyptaunda liman şəhəri kimi öz postnu qurduqdan sonra öz təsdiqini tapdı. Xoixoilərin ilkin mənşəyi isə qeyri-müəyyəndir.

İstinadlar

Xarici keçidlər

Tags:

Cənubi Afrika Tarixi Erkən tarix (1652-ci ildən əvvəl)Cənubi Afrika Tarixi İstinadlarCənubi Afrika Tarixi Xarici keçidlərCənubi Afrika TarixiCənubi Afrika Respublikası

🔥 Trending searches on Wiki Azərbaycanca:

SuSiyavuş Novruzovİzzət BağırovVergiAzərbaycan musiqisiİrəvanMəhdud məsuliyyətli cəmiyyətSəhraAzərbaycanda təhsilMannaBeşinci nəsil qırıcıMübtədaQulaqdibi xəstəliyiFatiməVasif TalıbovŞimali Amerika ölkələrinin siyahısıAzərbaycan mədəniyyətiSifət (qrammatika)Azərbaycan təbiətiQafqaz AlbaniyasıHacı Zeynalabdin TağıyevAzərbaycan mətbuatıAşıq ƏləsgərMonqolustanOmbudsmanCərəyan şiddəti100 manatlıq əsginasCinsi əlaqəBərdə rayonuİnformasiya və kommunikasiya texnologiyalarıAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiAzərbaycan Dövlət Pedaqoji UniversitetiTerminologiyaDövlət bayraqlarının siyahısıOsmanlı sultanlarının siyahısıDağTorpaqDurğu işarələriQrafik redaktorlarƏliGüc (fizika)Məhəmmədhüseyn ŞəhriyarAğıllı evlərI TəhmasibTəbii zonalarPsoriazLitrRozmarinTürk Dövlətləri TəşkilatıŞuşanın işğalıMoskvaÖlçü vahidləriBakı metrosuAzərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıAzərbaycan Sovet Sosialist RespublikasıHacı NuranXorQanaxmaQüvvə (fiziki kəmiyyət)Zaur RzayevSaitElxanilər dövlətiQara YanvarMenstruasiyaAtomİbn SinaAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Uzun HəsənAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıTonzillitQədim YunanıstanBeyləqan rayonuYeni Azərbaycan PartiyasıMikayıl MüşfiqAygün KazımovaBöyük Çin səddi🡆 More