Cəlal Bayramov: İkinci Qarabağ müharibəsi şəhidi

Cəlal Yaqub oğlu Bayramov (20 dekabr 1994, Çolpı, Saatlı rayonu – 27 oktyabr 2020, Arpagədik, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Cəlal Bayramov
Cəlal Bayramov: Həyatı, Hərbi xidməti, Təltifləri
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Çolpı, Saatlı rayonu, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Arpagədik, Xocavənd rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Laçın döyüşləri
Təltifləri Cəlal Bayramov: Həyatı, Hərbi xidməti, Təltifləri Cəlal Bayramov: Həyatı, Hərbi xidməti, Təltifləri Cəlal Bayramov: Həyatı, Hərbi xidməti, Təltifləri Cəlal Bayramov: Həyatı, Hərbi xidməti, Təltifləri

Həyatı

Cəlal Bayramov 20 dekabr 1994-cü ildə Saatlı rayonunun Çolpı kəndində anadan olmuşdur.

Hərbi xidməti

Cəlal Bayramov 29 sentyabr 2020-ci ildə Saatlı rayon Hərbi Komissarlığı tərəfindən təlimə çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Cəlal Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Qubadlının, XocavəndinLaçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəlal Bayramov 27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Arpagədik kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür. Cəlal Bayramovun nəşi 13 yanvar 2021-ci ildə tapılmış və ailəsinə təhvil verilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəlal Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cəlal Bayramov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Cəlal Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Cəlal Bayramov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

İstinadlar

Tags:

Cəlal Bayramov HəyatıCəlal Bayramov Hərbi xidmətiCəlal Bayramov TəltifləriCəlal Bayramov İstinadlarCəlal Bayramov199420 dekabr202027 oktyabrArpagədikAzərbaycan Silahlı QüvvələriSaatlı rayonuXocavənd rayonuÇolpıİkinci Qarabağ müharibəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

İngilis diliKriştiano RonaldoÖlkə paytaxtlarının siyahısıUşaqlıq yolu (anatomiya)Qay FoksQuranBəhlul MustafazadəƏsas nitq hissələriBal arısıGəncə qapısıAzərbaycan teatrıAmoksisillinLirik növSəməndər RzayevDolça (astrologiya)SacilərQüslMikayıl CabbarovDünya ölkələrinin pul vahidləriCümləFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Maşa və Ayı (cizgi filmi)Riçard AlmeydaDaxili yanma mühərrikiQaraciyərİnformasiyaDünya ölkələrinin siyahısıToxumaTərtər rayonuZəlzələEmin ƏmrullayevTrapesiyaGöygölNatural ədədlərQanFatiməƏlimərdan bəy TopçubaşovGəncə xanlığıŞirvanşahlar dövlətiBöyrəkÜzümAlmaniyaSüleyman Sani AxundovPolşaKor bağırsaqHacı Zeynalabdin TağıyevŞeyx Sənan (dram)Alma (meyvə)Cəbrayılın azad edilməsiQuşlarDinİqaməAfaq BəşirqızıMaterikTofiq Bəhramov adına Respublika StadionuSahələrinə görə ölkələrin və ərazilərin siyahısıİkinci Qarabağ müharibəsinin xronologiyasıBazar iqtisadiyyatıƏliŞirAbbasqulu ağa BakıxanovADA UniversitetiAzərbaycan əhalisiŞuşaAtlantik okeanQubadlı rayonuƏsrin müqaviləsiƏkrəm ƏylisliQoşma (nitq hissəsi)SahibkarlıqBiomolekullarXaçmaz rayonuMarketinqKonstitusiyaRobin HivensXarıbülbül (simvol)AqronomŞərqi Bosfor boğazıNadir şah Əfşar🡆 More