Battlefield 4

Battlefield 4 (həmçinin BF4; azərb.

Döyüş-meydanı 4‎) — "EA DICE" tərəfindən hazırlanan, "Electronic Arts" tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Battlefield" oyun seriyasındakı 6-cı əsas epizoddur (ümumilikdə 13) və 2011-ci ildə satışa çıxarılan "Battlefield 3" videooyununun davamıdır. Oyun 2013-cü ilin 29 oktyabrında Microsoft Windows, PlayStation 3Xbox 360 platformaları, 12 noyabrında PlayStation 4 platforması, 19 noyabrında isə Xbox One platforması üçün satışa çıxarılmışdır.

Battlefield 4
Battlefield 4
"Battlefield 4" videooyununun rəsmi afişası
Hazırlayan DICE
DICE LA
Visceral Games
BioWare
Yayımlayan Electronic Arts
Seriya "Battlefield"
Anons tarixi 25 mart 2013
Buraxılış tarixi
Janrlar Birinci şəxs atıcı
Yaş reytinqləri ESRB: MMature
PEGI: 16
ACB: MA15+
Dizaynerlər Tomas Anderson
Vidar Niqren
Mikael Kasurinen
Erik Ortman
Ssenaristlər Yesse Stern
Mikael Sayker
Adriyan Verşinin
Rəssamlar Qustav Tillebi
Stefan Vukanoviç
Hakan Petersson
Bəstəkarlar Yohan Skuqqe
Yukka Rintamyaki
Texniki məlumat
Platformalar Microsoft Windows
PlayStation 3
PlayStation 4
Xbox 360
Xbox One
Mühərriklər Frostbite 3
Oyun rejimləri Birnəfərli oyun
Çoxnəfərli oyun
İnterfeysin dili ingilis dili, fransız dili, italyan dili, alman dili, ispan dili, çex dili, koreya dili, polyak dili, braziliya portuqal dili, rus dili, ənənəvi Çin dili[d], yapon dili
Daşıyıcılar DVD (PC üçün), Blu-Ray (PS3, PS4, Xbox 360Xbox One üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live)
Sistem tələbləri
İdarəetmə Klaviaturasiçan
qeympad
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunun əsas süjet xətti sələfindən 6 il sonra, 2020-ci ildə cərəyan edir. 2014-cü il müharibəsinin bitməsinə baxmayaraq, ABŞRusiya arasındakı gərginlik hələ də çox yüksək idi. Eyni zamanda, Admiral Çan Vey Çin hökumətini ABŞ-ni Cin Cenin qətlini təşkil etməklə təqsirləndirərək və ABŞ-nin regiondakı təsirini azaldaraq devirmək istəyir. Admiralın müvəffəqiyyəti Rusiya və Çinin müttəfiq olub ABŞ-yə müharibə elan etməsi ilə nəticələnə bilər. Oyunun baş qəhrəmanı Serjant Daniel Reker ABŞ Xüsusi Təyinatlı Qüvvələrinə bağlı "Tombstone" (azərb. Qəbirdaşı‎) dəstəsinin bir üzvüdür.

"Battlefield 4" tənqidçilərdən müsbət rəylər almışdır. Oyun çoxnəfərli rejimi, geympleyi və qrafikalarına görə təriflənmiş, ancaq qısa və dəyərsiz birnəfərli rejimi və çoxsaylı texniki problemlərinə görə tənqidlənmişdir. Bu texniki problemlər sonraki illərdə həll edilmişdir. Oyun 7 milyondan çox nüsxə satdığına görə kommersial bir uğur hesab edilir.

Süjet

Qurma

İranda, İraqda, Fransada, Azərbaycanda və başqa regionlarda ABŞ, İranRusiya arasında baş verən üçtərəfli 2014-cü il müharibəsi sona çatmışdı. Müharibə zamanı, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin üç agenti Vladimir Kamarivski, Dimitri MayakovskiKiril 13 noyabrda İranın Xalqın Azadlığı və Müqaviməti (abr. XAM, ing. People's Liberation and Resistance) hərbi qruplaşmasının yerləşdirdiyi nüvə silahlarını dayandırmaq üçün Paris şəhərinə gedirlər. XAM qüvvələri tərəfindən aldadılandan sonra, "EURONEXT" bankında yerləşən nüvə silahı partlayır və 80 min insanın ölümüylə nəticələnir. Rus agentlərinin Paris hadisələrində iştirak etməsi Fransanın və müttəfiqi ABŞ-nin Rusiya ilə olan münasibətlərinin gərginləşməsi ilə nəticələnir. Oyunun əsas süjeti bu hadisələrdən 6 il sonra, 2020-ci ildə keçir. Çinli Admiral Çan Vey ABŞ-ni ölkədə baş verən siyasi hadisələrin səbəbkarı olaraq göstərərək hökuməti devirmək istəyir. Buna əlavə olaraq, Çan Vey Rusiya ilə müttəfiq olaraq ABŞ-ni məhv etmək arzusundadır.

Hekayə

"Tombstone" (azərb. Qəbirdaşı‎) dəstəsi Azərbaycanın paytaxtı olan Bakı şəhərinə gedib önəmli məlumatları toplamaqla vəzifələndirilir. Rusiyanın Xüsusi Təyinatlı Qüvvələri tərəfindən izlənilən dəstə tikinti işləri aparılan bir göydələnin təpəsində yerləşən ekstraksiya helikopterinə getməlidir. Bu zaman, onlar çoxlu kiçik atışmalara qoşulurlar. Binaya çatanda Rusiyanın bir hücum helikopterinin atəşinə məruz qalır. Helikopterin atəşi tərəfindən zərərlənən bina uçur və nəticədə ekstraksiya helikopteri məhv olur. Bunlara əlavə olaraq, dağıntıların altında qalan dəstə rəhbəri Dannın ayağı kəsilir. Bu zaman azərbaycanlı bir turizm işçisi "Tombstone" dəstəsinə yardımın etmək üçün gəlir və onlara öz maşınını verir. Dəstə ərazidən qaçmağa çalışarkən həmin hücum helikopteri onları izləyirdi. Bunu görən Reker helikopteri qumbaraatanla məhv edir, ancaq maşını sürən Reker yoldan çıxır və maşını dənizə sürür. Yavaş-yavaş dənizə batan maşında oturan əsgərlər maşından çıxmağa çalışırlar. Bu zaman, stulların arasında qalan və kritik şəkildə yaralanan Dann Rekerə öz tapançasını verir. Reker dəstə komandirinin əmri ilə maşının şüşəsinə atəş açır. O, PakAyriş Dannı arxada qoyaraq maşından qaçır. Əldə edilən məlumatlarda Admiral Çan Veyin Çində hərbi hökumət çevrilişi təşkil etməyə çalışdığı yazılır. Kapitan Qarrisonun başçısı Orakl Birləşmiş Ştatların bu məlumatları bildiyini açıqlayır.

"Tombstone" dəstəsinin üzvləri Çinin şərq sahillərinə gedən "Valkiriya" universal desant gəmisinə qayıdır. Burada Qarrison onlara Çin Prezidentliyi üçün namizədliyini irəli sürən Cin Cenin qətli və Çan Veyin çinliləri ABŞ-nin bu hadisənin səbəbkarı olduğuna inandıra bilməsi barədə məlumat verir. Daha sonra o, "Tombstone" dəstəsini Şanxay şəhərinə, üç vacib şəxsi – MKİ agenti Koviç, Hanna və onun ərini xilas etməyə göndərir. Bu zaman Reker dəstənin komandiri seçilir. "Tombstone" dəstəsi həmin şəxsləri ekstraksiya helikopterinə mindirir və oradan qaçqın qayığı vasitəsilə qaçır. Bu vaxt, şəhərdə bir elektromaqnit impuls aktivləşdirilir və ərazidəki bütün elektrik avadanlığı xarab olur. Qaçqınların öldürüləcəyini anlayan Ayriş onları "Valkiriya" gəmisinə aparır. Gəmiyə minəndə, Kapitan Qarrison gəminin istiqamətini "Titan" adlı bir "Nimits" tipli təyyarədaşıyanına doğru çevirir. Təyyarədaşıyana çatanda onun Çin ordusu tərəfindən zədələndiyi aşkar edilir. Buna görə də, Qarrison "Tombstone" dəstəsini və Koviçi sağ qalanları və önəmli məlumatları qurtarmaq üçün "Titan" təyyarədaşıyanına göndərir.

Dəstənin üzvləri gəmidə bir sərt disk tapır. Bu diskdə Çin qoşunlarının "Titan" təyyarədaşıyanına hücum etdiyi haqda məlumat verilir. Həddindən artıq zədələnən "Titan" iki yerə bölünür. "Tombstone" dəstəsinin üzvləri təyyarədaşıyanı tərk etməli olur və onlar bir hücum qayığı qarət edirlər. Onlar Çin qüvvələri tərəfindən mühasirəyə alınan "Valkiriya" gəmisinə gedirlər. Dəstə Çin qüvvələrini dəf etməyə çalışdığında Koviç kritik şəkildə yaralanır. Koviç ölməzdən əvvəl Rekeri dəstə komandiri seçir. Daha sonra, "Tombstone" dəstəsinin üzvləri kapitan körpücüyünə gedir və Qarrisonu xilas etmək üçün çinli əsgərləri öldürür.

Bu zaman Qarrison dəstə üzvlərinə ABŞ Silahlı Qüvvələrinin Çinin havadakı dominantlığını məhv etmək üçün Çin ordusunun nəzarəti altında olan Sinqapur Aerodromuna hücum ediləcəyini deyir. Hanna "Tombstone" dəstəsinə könüllü olaraq qoşulur, ancaq Ayriş buna dilxorluq edir.. ABŞ tanklarının və digər hərbi dəstələrinin dəstəyi ilə onlar sahilə müvəffəqiyyətlə hücum edirlər, fəqət bu gedişatda qüvvələrinin çox hissəsini itirirlər. Aerodroma gedən körpüdən keçəndə Reker güclü külək tərəfindən aparılan maşına ilişir və dəstənin digər üzvlərinin səyi ilə qurtulmağa çalışır. Bu vaxt, nəhəng bir yük gəmisi körpüyə toxunur, bu isə dəstənin üzvlərinin dənizə atılması ilə nəticələnir. Onlar bu qəzadan sağ çıxırlar və aerodroma kanalizasiya vasitəsilə gedirlər. Pak siqnal silahından atəş açır və onlar çinlilərin nəqliyyat vasitələrindən istifadə edərək ərazidən qaçmağa cəhd göstərirlər. Buna baxmayaraq, onların bu cəhdi ABŞ Hərbi Hava Qüvvələrinin əraziyə atəş açmasına görə uğursuz olur. Bu, Pakın zahirən ölümünə, Reker və Ayrişinsə ciddi şəkildə yaralanmasına səbəb olur. Hanna Çin qoşunlarını "Tombstone" dəstəsinin üzvlərini əsir almaq üçün gətirir və beləliklə, dəstəyə xəyanət edir. Çinlilər Reker və Ayrişi Kunlun dağlarında yerləşən bir həbsxanaya göndərir və onlar barədə istintaq aparırılar. Bir nəticə tapa bilməyən Admiral Çan Vey və yüksək rütbəli Çin Dövlət Təhlükəsizlik Nazirliyi işçisi Bohay Reker və Ayrişə fiziki və psixoloji işgəncə verməyə başlayır. Yenə bir nəticə tapa bilməyən çinlilər onların hər birini ayrı-ayrı türmə kameralarına atırlar.

Reker keçmiş Rusiya Baş Kəşfiyyat İdarəsi agenti və rus əsilli məhbus "Dima" ləqəbli Dimitri Mayakovski tərəfindən yuxudan oyadılır. Dimitri altı il əvvəl baş verən Paris hadisələrinin bir nəticəsi olaraq, hələ də radiasiyadan əziyyət çəkirdi. Reker və Dimitri kameralarından qaçırlar və digər məhbusları buraxaraq kütləvi bir qiyama səbəb olurlar. Buraxılan məhbusların arasında Ayriş də var idi. Onlar üçü həbsxanadan qaçmağa cəhd göstərirlər. Həbsxananın darvazasına çatanda Hanna, Bohay və digər əsgərlər tərəfindən tutulur. Hanna çinli əsgərlərə atəş açır və onları öldürür. O, Reker və Ayrişa özünü Hannanın əri kimi göstərən Cin Ceni qorumaq üçün xəlvət bir tapşırığı yerinə yetirməli olduğunu başa salır.. Dəstə Kunlun dağlarından vuruşa-vuruşa keçərək bir funikulyor vaqonuna minirlər. Bu zaman bir hücum helikopteri vaqona atəş açır və tramvayı məhv edir. Nəticədə, Reker, Ayriş və Hanna yaralanır, Dimitri isə həlak olur.

Battlefield 4 
Oyunun kampaniya rejiminin birinci səviyyəsi olan Bakı missiyasından görüntü.
Burada "Tombstone" dəstəsi ekstraksiya nöqtəsinə getməyə çalışır.

Yollarına piyada davam etməyə məcbur olan "Tombstone" dəstəsinin üzvləri sağ qalmaq üçün ovçuluqla məşğul olurlar. Yolda onlar bir "Jeep" avtomobili tapırlar və Qaşqar şəhərinə gedirlər. Dəstənin üzvləri şəhərə çatanda onun ÇinRusiya əsgərləri tərəfindən mühasirəyə alındığını görürlər. Onlar yollarına vuruşa-vuruşa davam edirlər. Axırda, onlar Qaşqardakı ABŞ quru qoşunlarına komandirlik edən Mayor Qrinlendi tapırlar. O, səyyar bir hava hücumundan müdafiə sisteminin ABŞ qüvvələrini əlverişsiz vəziyyətdə qoyduğunu deyir. "Tombstone" könüllü olaraq, Qaşqar dambasını partlatmağa və nəticədə ərazidə nəhəng bir daşqın yaradaraq Çin və Rusiya qoşunlarını demilitarizasiya etməyə gedirlər. Buna əlavə olaraq, Mayor Qrinlend "Tombstone" dəstəsinin üzvləri bu tapşırıqlarında müvəffəqiyyətli olasar, onları "Valkiriya" gəmisinə göndərəcəkdi. Onlar əsgərlərlə dolu dambaya hücum edirlər və dambanın açar nöqtələrinə partlayıcı qurğular yerləşdirirlər. Dəstə üzvləri dambanı partladırlar və ərazidən qaçırlar. Mayor Qrinlend söz verdiyi kimi onları bir Lockheed AC-130 Spectre qanşipinin "Fulton" idarə olunan çıxarma sistemi vasitəsilə "Valkiriya" gəmisinə, Süveyş kanalına göndərir.

"Valkiriya" gəmisinin yaxınlıqlarına çatan zaman onlar paraşütlə mühasirə altındakı gəmiyə minirlər. "Tombstone" ABŞ qüvvələrinə çinliləri dəf etməkdə kömək edir. Daha sonra, onlar gəminin tibb bölməsində Qarrisonu, mülki şəxsləri, əsgərləri və Pakı tapırlar. Pak Sinqapur əməliyyatında həlak olmadığını, sadəcə kəskin şəkildə yaralandığını deyir. ÇinRusiya qoşunları bölməyə olan qapını qırırlar və hər kəsi dustaq alırlar. Bu zaman Cin Ce öz sifətini çinlilərə göstərir. Çinlilər və ruslar Cin Cenin öldüyünə inanırdılar. Çinlilər rəhbərlərinin ölməməsi xəbərini qeyd edirlər və onların komandiri Admiral Çan Veyi "vətən xaini" elan edir. Bunu eşidən Admiral Çan Vey, ona sadiq olan hərbçilərin idarə etdiyi hərbi gəmisiylə "Valkiriya" gəmisini mühasirəyə alır. O, Cin Cenin sağ olması xəbərinin yayılmasını istəmirdi, çünki bu onun edamı ilə nəticələcəkdi. "Valkiriya" gəmisinin bütün hərbi avadanlıqlarının istifadəsiz olması və silah-sursatının bitməsi gəmini çarəsiz buraxmışdı. Reker, Ayriş və Hanna, yenə könüllü bir şəkildə, düşmən gəmisini bir-başa məhv etməyə gedir. Onlar hərbi gəminin kor nəqtəsinə qayıqla gedirlər. Daha sonra, "Tombstone" gəmiyə partlayıcı qurğular yerləşdirirlər və abordaj qarmağı ilə təhlükəsiz bir yerə çıxırlar. Qurğuları partladan cihaz işləmir və qurğuların əl ilə yenidən yerləşdirilməsi şərt olur. Hanna bunu etməyə könüllü olur, Ayriş isə onu dayandırır. O, Çin xalqının Hannaya ehtiyacı olduğunu irəli sürür. Burada Rekerin üç seçimi olur. Hannanı yollamaq, Ayrişi yollamaq və ya heç nə etməmək. Üçüncü seçimin bir nəticəsi olaraq, "Valkiriya" gəmisindəki hər kəs ölür və Amerika Birləşmiş Ştatları müharibədə məğlub olur. İlk iki seçimdən biri seçilsə, Reker cihaz yaşıl rəngi göstərən zaman partlayıcı qurğuları aktivləşdirir, bu isə qurğuları yenidən yerləşdirəni öldürür. Bir ABŞ xilasetmə helikopteri Rekeri və geridə qalan silahdaşını qurtarır və Qarrisona dəstənin bir üzvünün itkin düşdüyünü xəbər verir.

Personajlar

Oyunçu "Rek" ləqəbli Serjant Daniel Rekeri idarə edir. Reker ABŞ Xüsusi Təyinatlı Qüvvələrinə bağlı "Tombstone" (azərb. Qəbirdaşı‎) dəstəsinin bir üzvüdür. Dəstənin keçmiş komandiri Ştab-serjant Uilyam Dann idi. Dəstənin ikinci dərəcəli komandiri "Ayriş" ləqəbli Ştab-serjant Kimbl Qreyvs, hərbi həkimi isə "Pak" ləqəbli Serjant Kleyton Pakovskidir. Daha sonra, "Tombstone" hərbi dəstəsinə "Agent U." ləqəbli ABŞ-yə bağlı MKİ operativi Laslo Koviç və özünə "Hanna" təxəllüsünü götürən Çin Dövlət Təhlükəsizlik Nazirliyi agenti Huan Şu qoşulur.

Bunlara əlavə olaraq, xüsusi personajlar arasında ABŞ Silahlı Qüvvələri hərbçiləri də var. Bunların arasında ən mühümü Kapitan Roland Qarrisondur. O, "Tombstone" dəstəsinə bir-başa əmr verən tək şəxsdir. Sinqapur əməliyyatında çağırış siqlanı olan "Anvil 2" (azərb. Zindan 2‎) tankı və tankın heyəti də fəaliyyət göstərirdi. Heyət iki mühəndisdən və bir kəşfiyyatçıdan ibarət idi. Onlar Sinqapur əməliyyatı əsnasında həlak olublar. Suveyş kanalında baş verən qarşıdurmada Rekeri və geri qalan silahdaşını qurtaran helikopterinin çağırış siqnalı "Bloodhound" (azərb. Xəfiyyə‎) idi. "Valkiriya" gəmisində fəaliyyət göstərən azsaylı hərbi həkimlərdən biri Leytenant Marion Dunkan idi. Bakı döyüşlərində iştirak edən ekstraksiya helikopterinin çağırış siqnalı "Firebird 2–1" (azərb. Simurq 2-1‎) idi. Helikopterin pilotu Hokins Rusiya qüvvələri tərəfindən idarə olunan Mi-28 hücum helikopterinin atəş açması ilə həlak olmuşdur. Qaşqar şəhərində mübarizə aparan ABŞ əsgərlərinin komandiri Mayor Qrinlend idi. Qaşqarda mübarizə aparan ABŞ hərbi dəstələrindən birinin komandiri Molina idi. Onun dəstəsində bir mühəndis və bir hücumçu qoşunu var idi.

Çin Xalq Respublikasına bağlı olan xüsusi personajların sayı azdır. Onların ən önəmlisi, Cin Ce və oyunun antaqonisti Admiral Çan Veydir. Çan hal-hazırkı Çin hökumətini devirmək arzusundadır. Çan Çinin gələcək rəhbəri və ölkədəki sülhün rəmzi olan Cin Ceyə sui-qəsd təşkil edir. Müvəffəqiyyətsiz olmasına baxmayaraq, Çan Vey Cin Cenin ABŞ hökuməti tərəfindən öldürüldüyünü elan edir. Cin Ce Çinin ən mühüm siyasi fiqurudur. Bir gün, Hanna onu öz kəndinə, ailəsinin yanına gətirir. Bundan xəbərdar olan Admiral Çan Vey bir neçə dəstəlik əsgəri Hannanın yaşadığı kəndə göndərir. Onlar Hannanın ailəsini öldürməklə yanaşı, bütün kəndi yandırır və Cin Ceni kəskin şəkildə yaralayırlar.

Oyunda heç bir müharibə aparan tərəfə bağlı olmayan yeganə personaj "Dima" ləqəbli Dimitri Mayakovskidir. O, "Battlefield 3" videooyununun deyteraqonisti idi. Rusiyanın Baş Kəşfiyyat İdarəsinin agenti olan Dimitrinin Paris hadisələri ilə yaxından əlaqəsi var idi. Radiasiya zəhərlənməsidən əziyyət çəkən və Rusiya hökuməti tərəfindən Çinə "satılan" Dimitri, həyata küskün şəkildə yaşayırdı. O, "Tombstone" dəstəsinə Kunlun dağlarında yerləşən həbsxanadan qaçmağa kömək edir, ancaq funikulyor vaqonunda baş verən qəzanın bir nəticəsi olaraq, həlak olur.

Geympley

Oyunun heads-up display (HUD) interfeysi iki yığcam düzbucaqlıdan ibarətdir. İnterfeysin aşağı-sol hissəsində naviqasiya üçün bir mini-xəritə və bir kompas var. Onun üzərində sadələşdirilmiş bir tapşırıq xəbərdarlığı olur. İnterfeysin aşağı-sağ hissəsində yığcam bir sursat və sağlamlıq sayğacı var. İnterfeysin yuxarı-sağ hissəsində öldürüş xəbərdarlıqları göstərilir. Oyunun "Windows" versiyasında çoxnəfərli rejiminin interfeysinin yuxarı-sol hissəsində bir söhbət pəncərəsi var. Mini-xəritədə və oyun-daxili işarələrdə üç varlıq olur. Onlar, göy rənglə verilən müttəfiqlər, yaşıl rənglə verilən dəstə yoldaşları və narıncı rənglə verilən düşmənlərdir. Oyunun daxili nizamlamaları rəng korluğundan əziyyət çəkənlər üçün işarələrin rənglərini dəyişəyə imkan yaradır.

Oyundakı silah özəlləşdirmə sistemi genişdir. Oyunçular birinci və ikinci dərəcəli silahlarına, eləcə də bıçaqlarına əlavələr və kamuflyaj quraşdıraraq onları özəlləşdirə bilərlər. Silahların əksəriyyətinin avtomat və yarımavtomat kimi müxtəlif atəş rejimləri var. Buna əlavə olaraq, oyunçular müttəfiqlərinin vəzifələrini asanlaşdırmaq üçün hədəflərini nişanlaya bilərlər. Oyunun mərmi mexanizmi də əhəmiyyətli dərəcədə inşiaf etdirilmişdir. Mərmilərin hədəfinə çatma məsafəsi silahından asılı olaraq dəyişir. Əlbəyaxa döyüş sisteminə də bir neçə dəyişiklik gətirilmişdir. Oyunçuların rəqiblərinin bıçaq zərbələrinə əks cavab verə bilərlər. Onlar həmçinin, bir qədər dərin olan su hövzələrində üzərək tapançaları ilə atəş aça və rəqiblərindən gizlənmək üçün dənizin dərinliklərinə üzə bilərlər. Qaça-qaça patronu yenidən yükləmək, sonsuz qaçış imkanı, otura-otura yerimək və üzüüstə sürünmək kimi standart döyüş xüsusiyyətləri hələ də mövcuddur.

Birnəfərli rejim

Battlefield 4 
Oyunun kampaniya rejiminin birinci səviyyəsi olan Bakı missiyasından görüntü.
Ekranın sol-alt küncündə mini-xəritə verilib. Onun üzərində hal-hazırkı tapşırıq yazılır. Ekranın sağ-alt küncündə hücum əmrinin hazır olub olmaması, mövcud olan sursat, silahın atəş rejimi, qumbaralar və sağlamlıq sayğacı verilib.

Oyunun birnəfərli kampaniya rejiminin çoxnəfərli rejimindən bir neçə fərqi var. Kampaniyanın əksər hissəsi mini-qumqabı üslubunda hazırlanan səviyyələrdən ibarətdir. Bu səviyyələrin bəzilərində oyunçular maşınlar və qayıqlar kimi nəqliyyat vasitələrindən istifadə edə bilərlər. Oyunçu personaj olan Reker sadəcə iki kampaniyaya özəl funksiyadan istifadə edə bilər. Onlar, hücum əmri və taktiki binokldur. Hücum əmri Reker tərəfindən dəstə yoldaşlarına onların görüş çərçivəsində olan düşmənlərə hücum etməsi üçün verilən bir əmrdir. Bu funksiya vasitəsilə oyunçular hərdənbir düşmən və müttəfiq qüvvələri ayırd edə bilirlər. Taktiki binokl lazer hədəf müəyyənləşdiriciyə bənzər bir rol daşıyır. O, oyunçulara ərazidəki müttəfiq və düşmən qüvvələrini, silah toplularını, partlayıcı qurğuları və tapşırıqları müəyyənləşdirməkdə kömək edir.

Oyunun birnəfərli kampaniya rejimində tamamladıqdan sonra çoxnəfərli rejimdə istifadə etmək üçün ezamiyyətlər var. Oyunun hər bir missiyasında bal sayğacı olur. Bu bal sayğacını doldurmaq üçün oyunçular düşmənləri fərqli yollarla öldürməlidir. Adi öldürmə 100 bal, başa atəş edərək öldürmə 125 bal, çoxöldürmədə (iki və ya daha çox düşmənin tez öldürülməsi) hər öldürmə 100 bal, adrenalin öldürmə (düşməni az sağlamlıqla öldürmək) 150 bal, əlbəyaxa öldürmə 125 bal, seriyalı öldürmə 150 bal, dəstə öldürməsi (düşməni dəstə üzvünün öldürməsi) isə 50 bal dəyərindədir. Hər missiyada yetərli bal yığan zaman oyunçuya çoxnəfərli rejimdə istifadə etməsi üçün xüsusi silah verilir. Buna əlavə olaraq, oyunda kolleksiya toplamaq predmetləri də var. Bu predmetlər xidmətçi nişanı formasındadır və onlardan çoxnəfərli rejimdə istifadə etmək mümkündür. Missiyaların hər birində çoxlu silah konteynerləri olur. Bu konteynerlər oyunçulara sursat əldə etməyə və silah dəyişdirməyə imkan yaradır.

Çoxnəfərli rejim

Battlefield 4 
Oyunun çoxnəfərli rejiminin bir parçası olan komandir rejimindən görüntü.
Burada "Siege of Shanghai" xəritəsinin havadan görünüşü verilib.

"Battlefield 4"ün çoxnəfərli rejimində üç oynanıla bilən fraksiya var. Onlar Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası və Rusiya Federasiyasıdır. Bu rejimdə maksimum 64 nəfərlik matçlar olur (PlayStation 3 və Xbox 360 konsollarında 24). Yenidən təqdim edilən və sonuncu dəf. "Battlefield 2142"-də görünən "komandir rejimi" (ing. Commander mode) hər komandaya bütün xəritənin gerçək-zamanlı strategiyaya bənzər bir görünüşünü və komanda yoldaşlarına əmr vermək xüsusiyətini verir. Əlavə olaraq, komandirlər oyunçulara kömək etmək üçün onlara nəqliyyat vasitəsi və silah konteynerləri verə, eləcə də rəqib oyunçulara raket zərbəsi vura bilərlər. Oyunun çoxnəfərli rejimində seyrçi rejimi də var. Bu rejimdə oyunçular digər oyunçuları birinci və ya üçüncü şəxs perspektivindən seyr edə bilərlər. Onlar həmçinin azad kameradan istifadə edərək istədikləri yeri seyr edə bilərlər. Hər matçda maksimum dörd seyrçi olur.

Əsas oyunda mövcud olan xəritələr arasında "Siege of Shanghai", "Paracel Storm", "Zavod 311", "Lancang Dam", "Flood Zone", "Rogue Transmission", "Hainan Resort", "Dawnbreaker", "Operation Locker" və "Golmud Railway" var. Əsas oyunda mövcud olan rejimlər arasında fəth (ing. Conquest), dominantlıq (ing. Domination), hücum (ing. Rush), məhv etmə (ing. Obliteration), zərərləşdirmə (ing. Defuse), komanda ölüm matçı (ing. Team Deathmatch) və dəstə ölüm matçı (ing. Squad Deathmatch) var.

"Battlefield 3"-dəki dörd ləvazimat qrupu "Battlefield 4"-də də mövcuddur, ancaq kiçik dəyişikliklərə məruz qalıb. Hücum (ing. Assault) ləvazimat qrupu komanda yoldaşlarını sağaltdıqdan sonra defibrilyatorunun yenidən fəallaşması üçün bir qədər gözləməlidir. Mühəndis (ing. Engineer) ləvazimat qrupu şəxsi özünümüdafiə silahlarından istifadə edir. Karbinlər bütün ləvazimat qrupları üçün mövcuddur. Dəstək (ing. Support) ləvazimat qrupu yeni uzaqdan idarə edilə bilən mortirlərdən və XM25 havada partlayış qumbaraatanlarından istifadə edə bilərlər. Kəşfiyyat (ing. Recon) ləvazimat qrupu daha səyyrdır və karbinlərdən, piyada snayper tüfənglərindən və C4-dən istifadə edə bilərlər. Snayperlik mexanikası nişangahların nişanalma məsafələrini dəyişdirmək imkanı yaradır. Kəşfiyyat ləvazimat qrupu hələ də MAV, T-UGV və radio mayaklarından istifadə edə bilirlər.

İstehsal

"Electronic Arts" korporasiyasının prezidenti Frenk Qibo Cənubi Kaliforniya Universitetində söylədiyi məruzədə "bir Battlefield 4 olacaq" deyərək şirkətin "Battlefield 3" üçün bir sikvel hazırlamaq arzusunda olduğunu açıqlamışdır. Daha sonra bir "EA" deleqatı "IGN" saytına verdiyi açıqlamada "Frenk EA şirkətinin barəsində həvəsli olduğu və əqidəli bir azarkeş icmasına malik Battlefield firması haqda geniş şəkildə danışırdı" demişdir. "Battlefield 3"-ün satışa çıxarılmasının ərəfəsində "EA Digital Illusions CE" studiyası "Eurogamer" saytına gələcəkdə bir "Battlefield 4" yaratmaq arzusunda olduğunu bildirmişdir. Oyunun icraedici produseri Patrix Bax "Bu, birinci gün hissini verir. Bu, həyəcanvericidir. Bütün bu Frostbite 2 şeyi bizim qarşımızda böyük bir mənzərə açmışdır, ona görə də biz istədiyimiz hər şeyi edə bilirik" demişdir.

"Battlefield 4" yeni "Frosbite 3" mühərriki ilə istehsal edilmişdir. Yeni "Frostbite" mühərriki daha yüksək dəqiqlikli və zərrəcik effektli daha gerçəkçi ətraf mühit yaradır. Seriyanın bu iterasiyasında yeni "şəbəkəli su" sistemi də təqdim edilmişdir. Bu isə bütün oyunçulara eyni su dalğalarını görməyə imkan yaradır. Oyunun tesselasiya sistemi də yenidən işlənmişdir. Oyunun alfa sınaq versiyası 17 iyun 2013-cü ildə başlamışdır. Bundan bir gün əvvəl – 16 iyunda "DICE" təsadüfi seçilmiş istifadəçilərə hadisə barədə elektron poçt göndərmişdir. Sınaq versiya düz iki həftə fəaliyyət göstərmişdir. Sınaq versiyada sadəcə "Siege of Shanghai" xəritəsinin teksturasız halından istifadə edilmişdir.

"Battlefield 3"-ün kooperativ rejimi qarışıq rəylər aldığına görə "DICE" bu rejimi "Battlefield 4"-dən çıxararaq oyunun həm birnəfərli, həm də çoxnəfərli rejimlərinin komponentlərini inkişaf etdirməklə məşğul olmaq qərarına gəlmişdir.

"AMD" və "DICE" "Battlefield 4"-də "AMD"-nin Mantle API-dən istifad etmək üçün partnyorluq etmişdir. Onların əsas hədəfi "OpenGL" və ya "DirectX" qrafika kartları ilə mümkün ola biləcək performansdan daha yüksək bir optimallaşdırılmış performans əldə etmək üçün "AMD", "GCN" və "Radeon" qrafika kartlarının performansını gücləndirmək idi. "AMD"-nin "Mantle" API-da aparılan ilkin testlər daha yavaş olan prosessorlar üçün effektiv bir təkmilləşdirmə olduğunu göstərmişdir.

"DICE" Windows (sadəcə 64 bit), Xbox 360PlayStation 3 platformalarında oyunun açıq beta versiyasını buraxmışdır. Açıq beta fəth, dominantlıq və məhv etmə rejimlərini və "Siege of Shanghai" xəritəsinin teksturalı halını ehtiva edirdi. Açıq beta 4 oktyabr 2013-cü ildə başlamış və 15 oktyabr 2013-cü ildə sona çatmışdır.

İstinadlar

Xarici keçidlər


Battlefield 4   Videooyunlar portalı Battlefield 4   ABŞ portalı Battlefield 4   Bakı portalı Battlefield 4   Çin portalı Battlefield 4   Rusiya portalı

Tags:

Battlefield 4 SüjetBattlefield 4 GeympleyBattlefield 4 İstehsalBattlefield 4 İstinadlarBattlefield 4 Xarici keçidlərBattlefield 4Azərbaycan diliBattlefield 3Birinci şəxs atıcıEA DICEElectronic ArtsMicrosoft WindowsPlayStation 3PlayStation 4Xbox 360Xbox One

🔥 Trending searches on Wiki Azərbaycanca:

Novruz bayramıCəmşid Naxçıvanski adına hərbi liseyGöbələklərAraz AğalarovQızlıq pərdəsiÜmumi Daxili MəhsulİndoneziyaAzərbaycanda təhsilJirondistlərTəbiətÇaldıran döyüşüZərflikKəmaləddin HeydərovPornhubEsseFaizEmin (müğənni)A vitaminiMannaƏli Tağıyev (əsgər, 1997)ŞizofreniyaAzərbaycan mətbuatıNaxçıvan Muxtar RespublikasıAvrasiyaSərdar Fərhad PaşaHəzi AslanovEv pişiyiFİFA Dünya Kuboku finallarının siyahısıSürücülük vəsiqəsiBakı metrosuArximed qanunuI Şah AbbasDövlət quruluşu formalarıMakedoniyalı İsgəndərRusiyaXocalı soyqırımıOğlaq (astrologiya)AfrikaII Mehmedİngiltərə tarixiI AbbasAzərbaycanlılarRusiya imperiyasıGənəgərçək yağıDünya əhalisiMürəkkəb cümləAzərbaycanın görkəmli şəxsiyyətləriAnemiyaİntibah dövrüOperativ yaddaş qurğusuNamiq Abbasov (siyasətçi)Laçın rayonuŞirvanşahlar dövlətiHeydər ƏliyevMoskvaYunanıstanLənkəran rayonuHeydərbaba dağıNyu-YorkLaylaAygün KazımovaDövlət idarəetmə formalarıİlanlarOxatan (astrologiya)ModelLeoBankDünya ölkələrinin pul vahidləriKoroğluQaraciyərXəzər dəniziSeks (dəqiqləşdirmə)Rus diliBirinci Qarabağ müharibəsiSilindrEpilepsiyaYouTubeAvşar (Ağcabədi)🡆 More