Azərbaycan Diasporu

Azərbaycan diasporu — azərbaycanlıların öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti.

Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlılar siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.

XX əsrin əvvəllərinə qədər Azərbaycandan xaricə mühacirət edən azərbaycanlıların şəxsiyyət vəsiqələrində "rus təbəəsi" yazılması onların milliyətinin də "rus" kimi təqdim edilməsi ilə nəticələnmişdir. O dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar "tatar", Türkiyədə məskunlaşanlar isə "Azərbaycan türkü" kimi tanınır və qeydə alınırdı. Müasir İran ərazisində yaşayan azərbaycanlıların isə "İran təbəəsi" kimi təqdimatı prosesi gedirdi.

Belə arzuolunmaz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş, nəticədə azərbaycanlılar başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər. Lakin problemlərə və çətinliklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər.

Tarixi

Azərbaycan diasporu

Azərbaycanlılar Amerika qitəsində

Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı ABŞ-də 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrindən Qonduras, Qvatemala, Peru və digərlərində də azərbaycanlılar məskunlaşmışlar. Hazırda onların sayı dəqiqləşdirilir.

Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş insanlardır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim azərbaycanlılar bu qitəyə axını diasporun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.

Azərbaycanlılar Avropa qitəsində

Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlılarının sayı TürkiyədəRusiyada 3.5 milyon, UkraynadaBelarusiyada, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir.Həmçinin Çexiyada 25 min azərbaycanlının yaşadığı bildirilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.

Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.

Azərbaycanlılar Asiya qitəsində

Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.

Azərbaycanlılar Afrika qitəsində

Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir.

Azərbaycanlılar Avstraliya qitəsində

Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.

Azərbaycan diasporunun tarixi

Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mənbəyə bölünür:

  • VII əsrin sonu-VIII əsrin əvvəlləri. Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və bu proses diasporun yaranmasının təməlini qoymuşdur.
  • X-XIX əsrlər. Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət almışdır.
  • Azərbaycan diasporunun formalaşmasının III mərhələsi. Həmin dövr Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Rusiyada diasporun təşəkkülünü şərti olaraq iki dövrə bölmək olar: XX əsrin əvvəllərindən 1920-ci ilədək olan birinci dövrdə azərbaycanlıların Rusiya ilə əlaqələri nizamsız xarakter daşımışdır. 1920-ci ildən sonrakı, ikinci dövrdə isə bu proses qismən tənzimlənmiş və intensivləşmişdir. Buna baxmayaraq, həmin mərhələlərdə təşkil olunan diasporlar həm kəmiyyət, həm də fəaliyyətlərinin keyfiyyətinə görə bir-birindən fərqlənirdilər.
  • Diasporun formalaşmasının IV mərhələsi Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonra xarici mühacirlər axını və Avropada Azərbaycan diasporunun təşəkkülü ilə bağlıdır.
  • 1941-1945-ci illərdə II Dünya müharibəsi zamanı əsirlikdə və Sovet qəza maşının ölüm xofundan Vətənə dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaranması diasporun formalaşmasının V mərhələsi kimi səciyyələndirilir.
  • Ötən əsrin sonlarında İranda baş verən ictimai-siyasi proseslərlə əlaqədar bu ölkədən on minlərlə azərbaycanlının Qərb ölkələrinə mühacirəti Azərbaycan diasporunun genişlənməsinin mühüm mərhələlərindən biri olmuşdur.
  • SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün son mərhələsi kimi qiymətləndirilə bilər.

Diaspor quruculuğunun mərhələsi

  • Azərbaycan Respublikası dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirir ;
  • Dünya azərbaycanlılarının birliyi məsələsi-Azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır.Başqa sözlə desək, bu ideya dünya azərbaycanlılarının birliyinin fəlsəfi-nəzəri əsasları kimi çıxış edir ;
  • Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyini, mövcud iqtisadi və siyasi gerçəklikləri, eyni zamanda dünyada gedən ictimai-siyasi proseslərin meydana çıxardığı reallıqları nəzərə alaraq həyata keçirməyə çalışır ;
  • Dünyada azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir ;
  • Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir ;
  • Müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və birliklərin vahid təşkilatda birləşdirilməsi dünya azərbaycanlılarının ümumi birliyinin təməl prinsiplərindəndir.Bu məqsədin reallaşdırılması üçün ötən müddətdə ayrı-ayrı regionlarda fəaliyyət göstərən icma və birliklərin təmərküzləşməsinə böyük diqqət yetirilmişdir və bu strategiya bundan sonra da davam etdiriləcəkdir;
  • Azərbaycan dövlətinin diqqət yetirdiyi digər bir mühüm istiqamət soydaşlarımız arasında mənəvi-ideoloji birliyin yaradılmasından, icmalar arasında əlaqələrin möhkəmləndirilməsindən və bu sahədə mövcud olan siyasi, psixoloji maneələrin aradan qaldırılmasından ibarətdir ;
  • Azərbaycan milli-mədəni özünəməxsusluğunun, tarixi ənənələrə bağlılığını qorunub saxlanılması diaspor quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərindən biridir və bu sahədə də dövlət tərəfindən müvafiq tədbirlər həyata keçirilir ;
  • Tarixi Vətənlə əlaqələr məsələsi dünya azərbaycanlılarının təşkilatlandırılmasının ən mühüm prinsiplərindəndir.Bu əlaqələrin möhkəmləndirilməsi yalnız mədəni, siyasi, psixoloji zəmində deyil, həm də iqtisadi aspektdə də özünü göstərir ;
  • Dünya azəraycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilməlidir. Diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də məhz soydaşlarımızın tarixi Vətənin maraqlarından irəli gələn bu prosesdə daha fəal iştirakını təmin etməkdir.

Ölkələr üzrə azərbaycanlıların sayı

Azərbaycan Respublikasında, İranda, Gürcüstanda, İraqda, Suriyada, Türkiyədə, Dağıstanda yaşayan etnik azərbaycanlılardan başqa digər ölkələrdə yaşayan azərbaycanlılar Azərbaycan diasporunu əmələ gətirirlər.

# Ölkə Paytaxt Azərbaycanlıların məskunlaşdığı yer Azərbaycanlıların sayı Ətraflı
1 İran Tehran Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Həmədan, Qəzvin, Tehran, Məşhəd 35,000,000 İran azərbaycanlıları
2 Rusiya Moskva Moskva, Dərbənd, Krasnodar, Rostov, Saratov, Yekaterinburq 7-10,000,000 (2002-2019) Rusiya azərbaycanlıları
3 Türkiyə Ankara İstanbul, Qars, İğdır, Ərdəhan 5,500,000 (2016) Türkiyə azərbaycanlıları
4 Gürcüstan Tiflis Tiflis, Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Saqareco 1,000,000 (2010) Gürcüstan azərbaycanlıları
5 Qazaxıstan Astana Astana, Almatı 100,000 (2010) Qazaxıstan azərbaycanlıları
6 Almaniya Berlin Berlin, Bremen, Hamburq, Mayns, Frankfurt-Mayn, Münhen 300,000 Almaniya azərbaycanlıları
7 Ukrayna Kiyev Kiyev, Odessa, Lvov, Simferopol, Sevastopol 500,000 (2017) Ukrayna azərbaycanlıları
8 Niderland Amsterdam Amsterdam, Rotterdam, Haaqa 18,000 (2008) Niderland azərbaycanlıları
9 İngiltərə London London 170,000 (2016) İngiltərə azərbaycanlıları
10 ABŞ Vaşinqton Vaşinqton, Nyu-York, Los-Anceles, Hyuston, Dallas 400,000 (2000) –1,250,000 ABŞ azərbaycanlıları
11 Kanada Ottava Toronto, Ottava 3,465 (2006) Kanada azərbaycanlıları
11 Əfqanıstan Kabil Kabil, Herat 239,900 (2009) Əfqanıstan azərbaycanlıları
12 Polşa Varşava Vrotslav, Krakov, Katovitse 6000 (2018) Polşa Azərbaycanlıları
13 Macarıstan Budapeşt Debreçen, Peç, Seqed, Györ, Dunauyvaroş, Mişkolç 1500-2000 (2019) Macarıstan azərbaycanlıları

DAK-ın məlumatları

DAK: Dünya Azərbaycanlılarının sayı (2019)
Ölkə Say
Cəmi 85-90 000 000
İran 35 000 000
Azərbaycan 10 014 600
Türkiyə 5 500 000
Rusiya 8 000 000
İraq 1 500 000
ABŞ 1 250 000
Misir 900 000
Gürcüstan 750 000
Pakistan 650 000
Ukrayna 520 000
İordaniya 450 000
Kanada 350 000
Hindistan 340 000
Almaniya 300 000
Əlcəzair 280 000
Banqladeş 175 000
Böyük Britaniya 170 000
Qazaxıstan 100 000
Suriya 95 000
Braziliya 75 000
Fransa 70 000
Bolqarıstan 65 000
Yəmən 62 000
Özbəkistan 60 000
Danimarka 60 000
BƏƏ 55 000
Norveç 50 000
Əfqanıstan 50 000
Türkmənistan 45 000
Rumıniya 45 000
İndoneziya 44 000
Səudiyyə Ərəbistanı 40 000
İtaliya 100 000
Çin 30 000
Macarıstan 27 000
Meksika 27 000
Avstriya 19 000
Küveyt 19 000
Oman 19 000
Sudan 17 000
Qırğızıstan 16 000
Tacikistan 14 000
İspaniya 14 000
Belçika 13 000
Yunanıstan 13 000
Polşa 12 000
Finlandiya 12 000
Albaniya 12 000
Argentina 12 000
Yaponiya 10 000
Avstraliya 8 000
Birma 8 000
Potuqaliya 7 000
Belorus 7 000
keçmiş Yuqoslaviya 6 000
Monqolustan 5 000
Moldova 5 000
Latviya 4 000
İrlandiya 4 000
Estoniya 3 000
Malta 2 500
Litva 2 000
Çexiya 2 000
Slovakiya 2 000
İsveç 2 000
Butan 1 500

Diaspor

Sıra Ölkə Rəsmi statistikalar Hal-hazırkı təxminlər Ölkələrinə görə azərbaycanlılar Ölkələrinə görə azərbaycanlıların siyahısı
1 Azərbaycan Diasporu  Rusiya 603,070 (2010) 1,500,000 3,000,000 arası Rusiya azərbaycanlıları Rusiya azərbaycanlılarının siyahısı
2 Azərbaycan Diasporu  Türkiyə 800,000 Türkiyə azərbaycanlıları Türkiyə azərbaycanlılarının siyahısı
3 Azərbaycan Diasporu  Gürcüstan 284,761 (2002) 360,000 (2007) Gürcüstan azərbaycanlıları Gürcüstan azərbaycanlılarının siyahısı
4 Azərbaycan Diasporu  Qazaxıstan 85,292 (2009) 150,000 Qazaxıstan azərbaycanlıları
5 Azərbaycan Diasporu  Almaniya 15,219 (2006) 200,000 Almaniya azərbaycanlıları
6 Azərbaycan Diasporu  Ukrayna 45,176 (2001) Ukrayna azərbaycanlıları
7 Azərbaycan Diasporu  Niderland 18,000 (2009)
8 Azərbaycan Diasporu  Qırğızıstan 17,267(2009) Qırğızıstan azərbaycanlıları
9 Azərbaycan Diasporu  Böyük Britaniya 15,000 (2009) Böyük Britaniya azərbaycanlıları
10 Azərbaycan Diasporu  ABŞ 14,205 şimali azərbaycanlı (2000)

40,400 cənubi azərbaycanlılar

400,000 ABŞ azərbaycanlıları ABŞ azərbaycanlılarının siyahısı
11 Azərbaycan Diasporu  Kanada 4,580 (2011) 80,000 Kanada azərbaycanlıları
12 Azərbaycan Diasporu  Fransa 1,112 (asylum-seekers), 70,000 Fransa azərbaycanlıları
13 Azərbaycan Diasporu  Özbəkistan 44,410 (1989) Özbəkistan azərbaycanlıları
14 Azərbaycan Diasporu  Türkmənistan 33,365 (1989) Türkmənistan azərbaycanlıları
15 Azərbaycan Diasporu  Belarus 5,567 (2009)
16 Azərbaycan Diasporu  Latviya 1,697 (2001) Latviya azərbaycanlıları
17 Azərbaycan Diasporu  Estoniya 880 (2000)
18 Azərbaycan Diasporu  Litva 788
19 Azərbaycan Diasporu  Tacikistan 800 (2000)
20 Azərbaycan Diasporu  Avstraliya 300
21 Azərbaycan Diasporu  Avstriya 1 000.
22 Azərbaycan Diasporu  Özbəkistan 231
23 Azərbaycan Diasporu  Ermənistan Məlumat yoxdur Ermənistan azərbaycanlıları Ermənistan azərbaycanlılarının siyahısı
24 Azərbaycan Diasporu  Macarıstan 1500-2000 Macarıstan azərbaycanlıları

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Tags:

Azərbaycan Diasporu TarixiAzərbaycan Diasporu Azərbaycan diasporuAzərbaycan Diasporu Diaspor quruculuğunun mərhələsiAzərbaycan Diasporu Ölkələr üzrə azərbaycanlıların sayıAzərbaycan Diasporu DiasporAzərbaycan Diasporu İstinadlarAzərbaycan Diasporu Xarici keçidlərAzərbaycan Diasporu Həmçinin baxAzərbaycan Diasporu

🔥 Trending searches on Wiki Azərbaycanca:

Elektrik cərəyanıMilli Məclis (Azərbaycan)OktyabrArxeoloji abidələrTriqonometriyaMannaQızıl yel xəstəliyiBucaqAzərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkiliAğciyərBəylər EyyubovHindistanİsrailTərcüməMustafa Kamal AtatürkAğıllı evlərGürcüstanİslam peyğəmbərləriXəbər (qrammatika)İzzət BağırovOlimpdə Zevsin heykəliABŞ-nin ştatlarıKenquruVikipediyaƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiTəsirlik halQuba xanlığıCənubi AzərbaycanƏbdürrəhim bəy HaqverdiyevÖlkə paytaxtlarının siyahısıƏfşar imperiyasıNəsirəddin TusiBaku ElectronicsUkraynaAğcabədi rayonuƏməliyyat sistemiQarabağNamazÇoxluqlar25 aprelMart soyqırımıDüzbucaqlı paralelepipedƏvəzlikŞəkiSəudiyyə ƏrəbistanıGərginlik (elektrik)WhatsAppCəbrayıl rayonuRöya AyxanPakistanŞuşa qalasıAbbasqulu ağa BakıxanovBazar iqtisadiyyatıQərbi AvropaƏdatPlanetİnteqralHamiləlikDünya ölkələrinin pul vahidləriBeyinOmbudsmanAy təqvimiTalassemiyaHeydər Əliyev adına Hərbi İnstitutŞöhrət ordeni (Azərbaycan)Eyyub YaqubovRusiyaBakıda yerləşən abidələrin siyahısıQoşma (qrammatika)Kerri KavanoYasəmənVasif TalıbovFatiməXarıbülbülMariya AntuanettaFuad Nəcəfli🡆 More