Gürcüstan Azərbaycanlıları

Gürcüstan Azərbaycanlıları — Gürcüstan Respublikası ərazisində yaşayan türkəsilli etnik azərbaycanlılar.

Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tbilisi və Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2014-cü ilədə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən 233 000 nəfərdir .

Gürcüstan Azərbaycanlıları
Gürcüstan Azərbaycanlıları Gürcüstan Azərbaycanlıları Gürcüstan Azərbaycanlıları Gürcüstan Azərbaycanlıları
Gürcüstan Azərbaycanlıları Gürcüstan Azərbaycanlıları Gürcüstan Azərbaycanlıları Gürcüstan Azərbaycanlıları
Ümumi sayı
233 024 nəfər (2014)
Yaşadığı ərazilər
Kvemo Kartli 177 032 (2014 sa.)
Kaxeti 32 354 (2014 sa.)
Tbilisi 15 187 (2014 sa.)
Şida Kartli 5 501 (2014 sa.)
Msxeta-Mtianeti 2 316 (2014 sa.)
Dili

Azərbaycan dili

Dini

İslam

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Tarix

Gürcüstan Azərbaycanlıları 
Tiflis şəhərində AzərbaycanlılarTatarlar tərəfindən idarə olunan tarixi bazar (1870)

Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV-XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik Azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə Azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiya edilməsi yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür.

Siyasi tarixi

Gürcüstanda yaşayan azərbaycanlılar Qamsaxurdiya zamanında ciddi təzyiqlərə məruz qalmış, dövlət qurumlarında, yerli idarələrdəki azərbaycanlıların əksəriyyəti vəzifələrdən kənarlaşdırılmış, yaşayış məntəqələrinin adları sürətlə gürcüləşdirilmişdir.

Mövcud olmuş milli dövlətlər və dövlət qurumları

Gürcüstanın azərbaycanlılar yaşayan əraziləri

Bu gün Gürcüstanın bir çox bölgəsində və iri yaşayış məntəqələrində azərbaycanlılar kompakt şəkildə məskunlaşıblar. Azərbaycanlılar əsasən Borçalı (Kvemo-Kartli) və Kaxeti regionlarında cəmləşiblər. Hazırda Tiflisin Meydan, Ortaçala, Vera, Vaşlıcuvar, Saburtalo, Sanzona və Varketili massivlərində kompakt şəkildə yerləşməkdədirlər.

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlar

Gürcüstan Azərbaycanlıları 
Tiflis şəhərində xalça satışı ilə məşğul olan Azərbaycanlılar. (1900)

Gürcüstanda azərbaycanlıların yaşadığı şəhərlər

Demoqrafik dəyişikliklər

2014-cü ildə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Gürcüstan azərbaycanlılarının sayı 233 min nəfərdir. 90-cı illərin əvvəllərindən etibarən sosial vəziyyətin çətinliyi üzündən yüksək emiqrasiya və doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq əhalinin sayında azalma müşahidə edilir. Belə ki, 1989-2002-ci illə aralığında Gürcüstan azərbaycanlılarının sayı 7,4%, 2002-2014-cü illər aralığında isə 18.2% azalmışdır. Bununla belə azərbaycanlıların emiqrasiyası digər etnik azlıqlarla müqayisədə daha kiçikmiqyaslı olduğundan ölkə əhalisinin cəmi sayında onların xüsusi çəkisi 5,7%-dən 6,3%-dək artmışdır.

İllər Gürcüstanın azərbaycanlı əhalisi Cəmi ölkə əhalisinə nəzərən
1939 188058 5,3%
1959 153600 3,8%
1970 217758 4,6%
1979 255678 5,1%
1989 307556 5,7%
2002 284761 6,5%
2014 233024 6.3%

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir. Bu barədə ABŞ-nin Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstan ofisinin ölkədə keçirdiyi sorğunun nəticələrində bildirilib. NDI sorğunu 2019-cu ilin 28 mart - 15 aprel tarixlərində aparıb.

Əhalinin regional strukturu

Saçxere, Kazbek və Ambrolaur və Mestia və Aspindza rayonları istisna olunmaqla Gürcüstanın bütün rayon və respublika tabeli şəhərlərində azərbaycanlılar yaşayırlar. Onlar 3 rayonda – Marneuli (83%), Dmanisi (67%) və Bolnisi (66%) rayonlarında əhalinin mütləq əksəriyyətini, Qardabani (44%) və Saqareco (36%) rayonlarında isə əhəmiyyətli hissəsini təşkil edirlər. Onların mxarelər (quberniyalar) üzrə paylanması aşağıdakı kimidir:

Gürcüstan Azərbaycanlıları 
Gürcüstanda Azərbaycanlıların yaşadığı ərazilər.
I dərəcəli inzibati-ərazi vahidi Sayı, nəfər Müvafiq regionun

cəmi əhalisinə nəzərən, %

Azərbaycanlıların

cəmi sayına nəzərən, %

Toplam 233 024 6.3 100.0
Kvemo Kartli (Borçalı) 177 032 41.8 76.0
Kaxeti 32 354 10.2 13.9
Tiflis bələdiyyəsi 15 187 1.4 6.5
Daxili Kartli 5 501 2.1 2.4
Mtsxeta-Mtianeti 2 316 2.4 1.0
Acarıstan MR 340 0.1 0.1
İmereti 106 0.0 0.0
Sameqrelo-Yuxarı Svaneti 64 0.0 0.0
Quriya 34 0.0 0.0
Samtsxe-Cavaxeti 89 0.1 0.0
Raça-Leçxumi və Aşağı Svaneti 1 0.0 0.0

2012-ci ildə keçirilmiş əvvəlki siyahıyaalmanın nəticələrinə görə Gürcüstanın 171 kənd yaşayış məntəqəsində etnik azərbaycanlılar üstünlük təşkil edir. Bu kəndlərin 147-si tarixi Borçalı əyalətində (həmçinin bax: Borçalı kəndləri) cəmləşmişdir.

Sayı

17-24 yanvar 2002-ci il Ümumumgürcüstan əhali siyahıyaalınmasının yekunlarına əsasən:

  • Gürcüstanda yaşayan etnik azərbaycanlıların sayı 284.761 nəfər olmuşdur. Onlardan:
      0-9 yaşlarında olanların sayı: 46.821 nəfər
      10-19 yaşlarında olanların sayı: 60.867 nəfər
      20-29 yaşlarında olanların sayı: 45.517 nəfər
      30-39 yaşlarında olanların sayı: 42.744 nəfər
      40-49 yaşlarında olanların sayı: 38.073 nəfər
      50-59 yaşlarında olanların sayı: 17.672 nəfər
      60-69 yaşlarında olanların sayı: 20.396 nəfər
      70 və daha yuxarı yaşlarda olanların sayı: 12.667 nəfər

Dil

2014-cü ildə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə görə Gürcüstanda yaşayan əhalinin 231436 nəfəri (6.2%-i) ana dili kimi Azərbaycan dilini göstərmişdir. Müqayisə nəticələrində aydın olur ki, ölkə üzrə etnik mənsubiyyətini azərbaycanlı göstərənlərin sayı ana dilinin Azərbaycan dili göstərənlərin sayından 0.7% çoxdur. Bu fərq Acarıstan, İmereti, Samsxe-Cavaxeti və Tiflis ərazisində müvafiq olaraq 47%, 25%, 20% və 3.7% təşkil etməklə özünü daha qabarıq göstərir və həmin bölgələrdə linqvistik assimilyasiyanı göstəricisidir.

Siyahıyaalmanın zamanı ana dilini Azərbaycan dili kimi səciyyələndirmiş 231436 nəfərdən 43579 nəfəri (18.8%-i) gürcü dilində səlis danışdığını, 172134 nəfəri (74.3%) isə gürcü dilini müəyyən dərəcədə bildiyini açıqlamışdır. Gürcü dilində səlis danışma səviyyəsi Daxili Kartli (79.6%), Msxeta-Mtianeti (79.1%) və Tiflis (69.1%) bölgələrində yaşayan azərbaycanlılar arasında daha yüksəkdir. Kvemo Kartli bölgəsində yaşayan və ana dilini Azərbaycan dilini kimi göstərən 176417 nəfərdən yalnız 10.8%-i gürcü dilində sərbəst danışdığını açıqlamışdır.

Gürcüstan azərbaycanlıları Azərbaycan dilinin qərb ləhcəsində, Gəncə-Qazax bölgəsi üçün xarakterik olan şivədə danışırlar. Ləhcə incə saitlərin qalın saitlərə transformasiyası ilə xarakterizə olunur. Yaxın keçmişdə İran, Osmalı və Azərbaycanın müxtəlif bölgələrindən gəlmələr zəngin lüğət tərkibinə malik dialektin formalaşmasında mühüm rol oynamışlar.

Ana dilində təhsil

Gürcüstandakı azərbaycanlıların təhsil aldığı milli məktəblərin və həmin məktəblərdə çalışan müəllimlərin statistikası belədir:

    milli məktəblər
  • 1989-cu ildə - 183 məktəb.
  • 1999-cu ildə - 167 məktəb.
  • 2009-cu ildə - 124 məktəb.
  • 2014-ci ildə - 117 məktəb.
  • 2018-ci ildə - 80 məktəb.
    milli məktəblərdə çalışan müəllimlər
  • 1989-cu ildə - 6922 nəfər.
  • 1999-cu ildə - 4481 nəfər.
  • 2009-cu ildə - 3777 nəfər.
  • 2018-ci ildə - 3628 nəfər.

2018-ci ilin göstəricisinə əsasən milli məktəblərdə çalışan müəllimlərin 80 %-i təqaüdçüdür. Ona görə də bu sahədə ciddi şəkildə kçatışmazlığı var.

Din

Gürcüstan azərbaycanlılarının 98 faizi islam dininə etiqad edirlər. Təqribi qiymətləndirmələrə görə dindar əhalinin 80 faizi islamın şiə təriqətinə, 20 faizi sünnü təriqətinə mənsubdurlar. Həmçinin 12 əsrdən başlayaraq Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində sufilik və onun nəqşbəndilik qolu yayılmışdır.[mənbə göstərin] Cəfərilik və zeydilik tərəfdarları da var.[mənbə göstərin] Bundan başqa cüzi sayda pravoslav azərbaycanlılara da rast gəlmək mümkündür.[mənbə göstərin]

Dövri mətbuat

Məşhur Gürcüstan azərbaycanlıları

Siyasi və ictimai təşkilatlar

  • Gürcüstan Türkləri Konfederasiyası (GTK) – İctimai-siyasi təşkilat, 2011-ci ilin 2 noyabrında yaradılıb, I (Təsis) Qurultayı 2 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində keçirilib. Prezidenti – Daşqın Gülməmmədov, Vitse-pezidenti Əsəd Əliyev, Ali Məclisin Sədri- Süleyman Əliyev, Baş katibi – İsrail Məhərrəmov
  • Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) – İctimai-siyasi təşkilat, 2001-ci ilin 10 dekabrda yaradılıb, I (Təsis) Qurultayı 24 noyabr 2002-ci ildə Tiflisdə keçirilib. Prezidenti – Süleyman Əliyev, Ali Məclisin Sədri- Əsəd Əliyev, Baş katibi – Muraz Gülməmmədov
  • Borçalı Gənc Türklər İttifaqı (BGTİ) – ictima-siyasi təşkilat. 2010-cu il 10 yanvarda yaradılıb. Sədri – Tamir Süleymanov
  • Gürcüstan Gənc Azərbaycanlılar Assosiasiyası "AMAL" – İctimai-siyasi təşkilat, 2010-cu ildə yaradılıb, Sədri- İsrail Məhərrəmov
  • Gürcüstan Naminə Partiyası (GNP) – Siyasi partiya. 2008-ci ilin fevralında Daşqın Gülməmmədov və Fazil Əliyev tərəfindən əsası qoyulub. Sədri -Fazil Əliyev
  • Gürcüstan Müsəlman Demokrat Partiyası (GMDP) Təsis Şurası – Siyasi partiya 2006–2008 ci illərdə fəaliyyət göstərib.
  • Borçalı Türklərinin Hüquqlarını Müdafiə Komitəsi (BTHMK) – İnsan hüquqlarını müdafiə təşkilatı. 2006-ci ildə yaradılıb. Sədri – Xaqani Emin
  • Gürcüstan Azərbaycanlılarının "Böyük Birlik Təşkilatı" – İctimai-siyasi təşkilatı. 2009-cu ildə yaradılıb. Sədri- Əsəd Əliyev
  • Gürcüstan Azərbaycanlılarının Beynəlxalq Şurası (GABŞ) – Konfederatif təşkilat, 2006 yaradılıb. Sədri – Fazil Əliyev (2006-2008), Rəyasət Heyətinin Sədri – Daşqın Gülməmmədov (2006), Baş katib Xaqani Emin (2006–2008)olublar.
  • Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Gənclər İttifaqı – Gənclər təşkilatı. 2007-ci ildə yaradılıb. Sədri- Orxan Əliyev
  • Gürcüstan Azərbaycanlı Jurnalistlər İttifaqı – Prefessional QHT. 2001-ci ildə yaradılıb. Sədri – Niyazi Hüseynov
  • "Qeyrət" Xalq Demokratik Hərakatı – QHT. 1989-cu ildə yaradılıb. Sədri-Əlibala Əsgərov
  • Gürcüstan Azərbaycanlılarının Demokratik Dirçəliş Assosiasiyası (GADDA)- QHT. 2004-ci ildə yaradılıb. Sədri – Nizami Məmmədov
  • Gürcüstan Azərbaycanlıları Kongresi (GAK)- Konfederatif QHT. 2008-ci ildə yaradılıb. Sədri - Hüseyn Yusubov
  • "Ozan" Gürcüstan Azərbaycanlıları İttifaqı – İctimai birlik. 1992-ci ildə yaradılıb. Sədri-Kamil Kirəcli
  • Gürcüstan Azərbaycanlıları İttifaqı – İctima birlik. Sədri- Süleyman Süleymanov
  • "Dərviş" Gürcüstan Azərbaycanlıları İttifaqı – İctima birlik. Sədri- Dərviş Osman
  • Gürcüstan Azərbaycanlı Qadınlar Birliyi – QHT. Sədri- Leyla Süleymanova
  • Gürcüstan Azərbaycanlı Aşıqlar Birliyi – QHT. Sədri- Mirzə Maşov
  • "Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyası – İctimai birlik. 1992-ci ildə yaradılıb.
  • Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyi – İctimai birlik. Sədr – Novruz Bayramov

İstinadlar

Xarici keçidlər

Tags:

Gürcüstan Azərbaycanlıları TarixGürcüstan Azərbaycanlıları Siyasi tarixiGürcüstan Azərbaycanlıları Mövcud olmuş milli dövlətlər və dövlət qurumlarıGürcüstan Azərbaycanlıları Gürcüstanın azərbaycanlılar yaşayan əraziləriGürcüstan Azərbaycanlıları Demoqrafik dəyişikliklərGürcüstan Azərbaycanlıları Əhalinin regional strukturuGürcüstan Azərbaycanlıları SayıGürcüstan Azərbaycanlıları Dövri mətbuatGürcüstan Azərbaycanlıları Məşhur Gürcüstan azərbaycanlılarıGürcüstan Azərbaycanlıları Siyasi və ictimai təşkilatlarGürcüstan Azərbaycanlıları İstinadlarGürcüstan Azərbaycanlıları Xarici keçidlərGürcüstan AzərbaycanlılarıGürcüstanKvemo Kartli

🔥 Trending searches on Wiki Azərbaycanca:

BalıqDənizOrxan LökbatanlıOğlaq (astrologiya)Qədim YunanıstanTəşəhhüdBadri KvaratsxeliyaAzərbaycanlıların Soyqırımı GünüİçərişəhərBeynəlxalq telefon kodlarıTəbii fəlakətGəncə xanlığıAnalogiyaHüseyn CavidƏsas nitq hissələriErotikaŞəmkir rayonuİrəvanNizami GəncəviAzərbaycan mətbuatıAmoksisillinKamran İmanovAzərbaycan TeleviziyasıAzərbaycan (tarixi ərazi)Lütfi ZadəZakir HəsənovRafiq MasallınskiAzərbaycan Respublikası yol nişanlarıFonetikaAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıXumar QədimovaUşaqlıq yolu (anatomiya)QızdırmaVitr namazıTamamlıqCəlilabad rayonuElçin HüseynbəyliGünəş sistemiAral gölüİmişli rayonuMarketinqAğdam Çay EviDurğu işarələriBizans imperiyasıHacı ŞahinA vitaminiÖlkə paytaxtlarının siyahısıGərginlik (elektrik)MübaliğəPənahabadKöhlənÇin tarixiCənubi KoreyaAzərbaycanın təbii sərvətləriGəncə qalasının işğalıAzərbaycan Sovet Sosialist RespublikasıQız qalasıŞahrudin MəhəmmədəliyevTünzalə AğayevaƏməköməciNitq hissəsiOnaltılıq say sistemiAzərişıqİosif StalinAzərbaycan himniDubayKompüter şəbəkəsiTolerantlıqÜrək (insan)Şirvanşahlar dövlətiOksigenKamran Əliyev (hüquqşünas)Bakı metrosuXəzər dənizi adalarının siyahısıPeyğəmbərİmadəddin Nəsimi🡆 More