Aydın Xırdalanlı

Aydın Xırdalanlı (31 iyul 1977, Xırdalan – 23 mart 2019, Xırdalan) — azərbaycanlı meyxanaçı.

Aydın Xırdalanlı
Aydın Hacı oğlu Quliyev
Aydın Xırdalanlı
Ümumi məlumatlar
Doğum adı Aydın Quliyev
Doğum tarixi 31 iyul 1977(1977-07-31)
Doğum yeri
Vəfat tarixi 23 mart 2019(2019-03-23) (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər sirrozu
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti şair, meyxanaçı, qəzəlxan
Fəaliyyət illəri 1995–2019
Janr meyxana

Həyatı

Erkən illəri

Aydın Xırdalanlı 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Xırdalan kənd məscidinin yanında yaşayırdı. Xırdalanda 1 saylı orta məktəbdə oxuyub. Uşaqlıqda bəstəboy və arıq bir uşaq idi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyub. Qrup rəhbəri aktrisa Amaliya Pənahova olub.

Tələbəlik illərində namaz qılırdı. Azər Sani kimi dinqəzəl bilicisindən dərs alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı. 1998-2001-ci illlərdə Xırdalan Cümə məscidində nəzarətçi kimi çalışıb. Xırdalanda Cümə məscidinə azan verib.

Yaradıcılıq fəaliyyəti

1995-ci ildən meyxana deməyə başlayıb. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub. 2004-cü ildə həmin yarışmada münsif qismində iştirak etmişdir. 2009-cu ildə "Söz qalası" meyxana yarışmasında iştirak edib.

Şəxsi həyatı

Tarixi çox sevirdi.

Alkoqolnarkotikdən asılı vəziyyətə düşən meyxanaçı sağlamlığı ilə bağlı ciddi problemlərlə üzləşib. 2013-cü ildə Azərbaycan saytlarından birinə verdiyi müsahibədən:

Aydın Xırdalanlı  Gənclərə bir tövsiyəm var ki, nəinki narkotika, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar. Aydın Xırdalanlı 

2017-ci ildə Baku.ws saytına verdiyi müsahibədən:

Aydın Xırdalanlı  Kaş əvvəlki vaxtlarıma qayıdaydım. 1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb, Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub, meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı. Dəyişdim. Aydın Xırdalanlı 

Ölümü

Sənətkar həyatının son dövründə depressiyada olmuşdur. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər sirrozu aşkarlanıb.

Qaraciyər sirrozundan əziyyət çəkən sənətkar, 2019-cu il martın 23-də Xırdalan şəhərində Şah İsmayıl Xətai ilə bağlı sənədli filminə baxaraq vəfat edib. Nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirildikdən sonra izdihamla Xırdalan qəbiristanlığına dəfn olunub.

İrsi

2020-ci il martın 23-də Azərbaycan repçisi Xpert Aydın Xırdalanlının xatirəsinə "Aydın" mahnısını həsr edib.

İstinadlar

Xarici keçidlər

Tags:

Aydın Xırdalanlı HəyatıAydın Xırdalanlı İrsiAydın Xırdalanlı İstinadlarAydın Xırdalanlı Xarici keçidlərAydın Xırdalanlı1977201923 mart31 iyulAzərbaycanlıMeyxanaçıXırdalan

🔥 Trending searches on Wiki Azərbaycanca:

HekayəMusiqiÇaldıran döyüşüBraziliyaBənzətməVideosexQədim Roma təqvimiBronxitÇahargahCərəyan şiddətiSəttar BəhlulzadəQədim RomaBronxial astmaOral seksEv pişiyiRespublikaTerminologiyaD vitaminiAzərbaycan Quru QoşunlarıYerin quruluşuLatın ifadələriGöyçə gölüAhəng qanunuAzərbaycan bayrağıMərkəzi Park (Bakı)Azərbaycanda prezident seçkiləri (2024)Nüvə silahıİçərişəhərQrup seksDünyanın yeddi möcüzəsiLatın diliMürəkkəb sözlərÖlçü vahidləriYüzillik müharibəVərəmİtaliyaRövşən LənkəranskiKonstitusiyaƏliƏrəb xilafətiŞirvanşahlar dövlətiSəməd VurğunSəudiyyə ƏrəbistanıMehriban ƏliyevaAlqoritmQarabağlar türbəsiBaykal–Amur magistralıLitrİslamQİÇSAsiya ölkələrinin siyahısıSöz birləşməsiHepatit Bİnformasiyanın kodlaşdırılmasıAzərbaycan qoruqlarıƏbdürrəhim bəy HaqverdiyevTürkmənistanDövlət Sərhəd Xidməti (Azərbaycan)MülahizəAzər-Türk BankKlaviaturaSaatlı rayonuTelefonMaterikAbbasqulu ağa BakıxanovMübariz İbrahimovQulançarQərbi Azərbaycan mahallarıSıra sayıTəbiətEpilepsiyaTəbiətin qorunmasıNəqli cümləAzərbaycan Hava YollarıNyuton qanunlarıTalışlarAzərbaycandakı çayların siyahısı🡆 More