Arxeoloji Qazıntı

Arxeoloji qazıntı — arxeoloji qalıqların üzə çıxarılması, işlənməsi və qeydə alınması prosesidir.

Tədqiq olan ərazilər qazıntı sahəsi hesab edilir. Bu yerlər tədqiqat zamanı dəyişilə bilər. Arxeoloji qazıntı prosesi bir neçə həftədən bir ilə qədər davam edə bilər. Arxeoloji qazıntı sahədən əldə edilən informasiyanın bərpasını təmin edir. Bu informasiya artefaktları (qədim insanlar tərəfindən hazırlanmış əşyalar), xüsusiyyətləri, ekofaktları (heyvan sümükləri, kömür və s.) və ən əsası arxeoloji konteksti əhatə edir.

Qazıntı prosesi başlamazdan əvvəl, arxeoloji qalıqların mövcudluğu və ya olmaması yerə nüfuz edən radar kimi müdaxilə xarakteri daşımayan uzaqdan məlumat əldə etmə yoluyla müəyyən edilə bilər. Sahənin inkişafı buradan əldə edilən məlumatlarla izlənilə bilər, ancaq bir sahənin daha detallı incələməsi üçün mütləq qazıntı aparılmalıdır.

Qazıntı zamanı arxeoloqlar tez-tez stratiqrafik qazıntıdan istifadə edərək sahənin fazalarını bir qat çıxarırlar. Bu, materialın zaman qrafikinin bir-birinə uyğun olmasını təmin edir. Bu, adətən, artefaktların müəyyən edilə biləcəyi mexaniki vasitələr və mexaniki ələk və ya su flotasiyası kimi üsullarla torpağın işlənməsi ilə edilir. Daha sonra qazıntı prosesini və onun nəticələrini qeyd edən rəqəmsal üsullardan istifadə edilir.

Tarixi

İlk arxeoloji qazıntıya misal olaraq e.ə VI əsrdə Babil kralı Nabonidin 1000 illik məbədinin qazıntılarını göstərmək olar. Antik əşyaları toplayanlar Şimali Amerikada və Şimal-qərbi Avropada kurqanları qazırdılar, bu da artefaktlar, qədimi əşyalar haqqında məlumatların məhvinə gətirirdi. Keçmişdə arxeoloji qazıntılar daha çox təsadüfi xarakterli olurdu. Artefaktların dəqiq yeri qeyd olunmurdu, ölçmələr aparılmırdı. Müasir arxeoloji qazıntılar olduqca inkişaf etmişdir. Artıq artefaktların yeri dəqiq göstərilir və ölçülər dəqiq hesablanır. Metodik arxeoloji qazıntılar XIX` əsrin əvvəllərindən ortalarına qədər antikvar kurqanlarının qazılmasından başlanılmışdır və bu gün də təkmilləşdirilir.

Stratiqrafiya

Arxeologiyada, xüsusilə qazıntıda stratiqrafiya təbəqələrin yaranmasını öyrənir. Tədqiqatlar göstərir ki, aşağı təbəqələrdə yuxarı təbəqələrə nisbətən daha qədimi artefaktlar olur. Arxeoloji qazıntı zamanı əldə edilən hər bir tapıntının kontekstinin müəyyən edilməsi, arxeoloqa ərazi, onun təbiəti və tarixi haqqında nəticə çıxarmaq üçün geniş imkanlar verir. Arxeoloqun vəzifəsi hansı kontekstlərin mövcud olduğunu və onların necə yarandığını kəşf etməyə çalışmaqdır. Stratiqrafik əlaqələr zamanla kontekstlər arasında yaradılan xronoloji ardıcıllığı təmsil edən əlaqələrdir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Arxeoloji Qazıntı TarixiArxeoloji Qazıntı StratiqrafiyaArxeoloji Qazıntı Həmçinin baxArxeoloji Qazıntı İstinadlarArxeoloji Qazıntı Xarici keçidlərArxeoloji QazıntıArtefaktİnformasiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

SinqapurKürəkçay müqaviləsiVergülFiruzə İbadovaMürəkkəb sözlərMaterikTəbii fəlakətNəriman AxundzadəKimyəvi reaksiyaPulZəncirotuMübtədaMüstəqillik Günü (Azərbaycan)Azərbaycan musiqi alətləriCinsi əlaqəMisirAzərbaycan Beynəlxalq BankıAğıllı şəhərAzərbaycan xalq musiqisiDünya ölkələrinin pul vahidləriAlbert AqarunovQan dövranıMisir ehramlarıŞuşa qalasıCərəyan şiddətiKriştiano RonaldoƏli ƏhmədovOrxan SultanovQərbi Azərbaycan mahallarıXumar Qədimovaİosif StalinAzərbaycan diliNeftƏli NurQİÇSNaxçıvanİsveçrəAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiQazax rayonuƏlifbaSəbuhi MəmmədovEverestSinir sistemiAzərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkiliMicrosoft WordYaşar Əliyev (siyasətçi, 1948)Naxçıvan Muxtar RespublikasıBakı kəndlərinin siyahısıÖzbəkistanEldənizlərAzərbaycan qəzetlərinin siyahısıFormula 1Ağcabədi rayonuCümlə üzvləriEv pişiyiAzərbaycan muzeylərinin siyahısıEroziyaLionel MessiAzərbaycan coğrafiyasıSıra sayıGəncəÇəmbərəkənd parkıTürkmənçay müqaviləsiTikTokTimsahlarDünyanın möcüzələriRomaAzərbaycan Dövlət İqtisad UniversitetiTabeli mürəkkəb cümləNeft DaşlarıBakı Konqres MərkəziUzunluq (fizika)KenquruCənubi KoreyaƏhməd CavadQədim Roma təqvimiYüzillik müharibə🡆 More