Arxaizm

Arxaizm — köhnəlmiş, yaxud istifadədən çıxmış söz, ifadə, qrammatik forma.

Haqqında

Arxaizmlər xalq dilində indi də işlənir. Dilin lüğət tərkibində xalqın tarixi əks olunur. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişir, yox olur və belə məfhumları bildirən sözlər də köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Belə sözlər köhnəlmiş sözlər adlanır. Köhnəlmiş sözlər iki yerə bölünür: arxaizmlər, tarixizmlər.

Arxaizm deyəndə bu gün işlənməyən sözlər nəzərdə tutulur. Söz özü dildən çıxmış, həmin sözlərin əvəzinə onların mənasını verən sözlər yaranmışdır. Yəni anlayış qalır, onu ifadə edən söz dəyişir. Arxaizmlər adətən aradan çıxan məişət əşyalarının adından ibarət olur. Məsələn: ayıtmaq (demək), əsən (sağ, salamat), uçmaq (cənnət), ayaq (qədəh), nəsnə (əşya), us (ağıl) və s. Arxaizmlər müasir dildə az işlənən və köhnə adət-ənənə, həyat tərzi ilə bağlı sözlərə deyilir. Məsələn traktorların tətbiqindən əvvəl əkinçilikdə işlənən xış, xırman, vəl kimisözlər müasir dil baxımından arxaizm sayıla bilər. Nəsr əsərində qədim dövrləri və o zamanların məişətini təsvir edəndə arxaizmlərdən istifadə etmək qaçılmaz olur. Arxaizmlər adətən aradan çıxan məişət əşyalarının adından ibarət olur.

Tarixizm: komendant, xış, dinar, baqqal, vəzir, komsomol, pioner, katta, darğa, qaraduvay, feodal, naçalnik, pristav, sovet, şahı, mac, çuka, kolxoz, konka, girkənkə, şahı, abbas, xurcun, toppuz, təhnə, güyüm, dəli.

İstinadlar

Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.

Tags:

Qrammatika

🔥 Trending searches on Wiki Azərbaycanca:

Milanİrəvan xanlığıSuII MehmedAnar İbrahimovMoskvaNəqliyyatAğaməhəmməd şah QacarProqram təminatıAzərbaycan Respublikası yol nişanlarıBalıqDağlıq QarabağMolla Pənah VaqifZülallarPənahəli xanXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Cənubi AzərbaycanƏli ƏhmədovSooronbay JeenbekovProtokolTəbii zonalarİngilis diliCəlilabad rayonuOsmanlı imperiyasıFuad NəcəfliTürkmənçay müqaviləsiVenera (planet)SəfəvilərAbdulla ŞaiqBöyrəkAğdam rayonuAzərbaycan Sovet Sosialist RespublikasıHüseyn CavidƏli Nağıyev (general)Qırğızıstan coğrafiyasıAntarktidaAzərbaycan İkinci Dünya müharibəsindəXumar QədimovaAli Məclis (Naxçıvan)Əqrəb (astrologiya)QızılgülMicrosoft Excelİqlim dəyişikliyiBakı kəndlərinin siyahısıƏdəbiyyatKombinezonAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıAytən SəfərovaSüni intellektAzərbaycan xalq musiqisiƏrəb xilafətiUşaq hüquqlarıGülüstan müqaviləsiSiçan (kompüter)Hikmət HacıyevİspaniyaCoğrafiyaMonqolustanPsixologiyaGözAzərbaycan adalarının siyahısıXitabİkinci Dünya müharibəsiAzərbaycanın dövlət bayramları və xüsusi günləriQərbi AzərbaycanAnemiyaAzərbaycan qəzetlərinin siyahısıŞöhrət ordeni (Azərbaycan)Azərbaycanın sərhədləriMingəçevirDünya əhalisiƏmr cümləsiAppendisitInstagramİyunMübtədaYandexAzərbaycanlı-erməni qırğınları (1905-1906)Gəncə🡆 More