Alman Birliyi Günü

Alman Birliyi Günü (almanca:Tag der Deutschen Einheit) — İki alman dövlətinin vahid dövlət halında birləşməsini qeyd etmək üçün 3 oktyabr tarixi 1990-cı ildən etibarən rəsmi bayram olaraq qeyd edilməkdədir.

Bayram "Alman Birliyi Günü" (almanca:Tag der deutschen Einheit) adlandırılmışdır. Bu bayram Qərbi Almaniyada əvvəllər 17 iyunda qeyd edilən və Şərqi Almaniyada 1953-cü il tarixində baş vermiş şiddətli etirazların xatırlanmasını əks etdirən bayramın, Şərqi Almaniyada isə dövlətin əsasının qoyulduğu 7 oktyabr tarixində qeyd edilən bayramın yerini tutdu.

Alman Birliyi Günü
Kansler Angela Merkel və prezident Yoahim Qauk 2014-cü ildə Hannover şəhərində Bürgerfesti qeyd edərkən.

Tarixin dəyişdirilməsi cəhdi

3 noyabr 2004-cü ildə federal kansler Gerhard Şröder təklif etdi ki, Alman Birliyi Günü iqtisadi səbəblərə görə 3 oktyabr tarixi əvəzinə bazar günü qeyd edilsin. O, bayramın oktyabrın ilk bazar günündə keçirilməsini təklif edirdi, lakin bu təklif bir çox siyasi şəxslərin tənqidinə səbəb oldu. Buraya prezident Horst Köler, Bundestaqın prezidenti Volfqanq Thierse də var idi. İş vaxtının artırılmasından narazılıq əhalinin bir hissəsini narahat edirdi, çünki bu, təxribat və milli bayramı dəyərdən salmaq kimi qiymətləndirilə bilərdi. Həmçinin bayramın tarixi olaraq oktyabrın ilk bazar gününün keçirilməsi o demək idi ki, bayram 7 oktabr tarixinə də düşə bilərdi. Bu isə Şərqi Almaniyada kommunist dövlətin yaradılma tarixidir və Almaniyanın birləşməsindən çox bölünməsi ilə əlaqəlidir. Bu təklif qısa, lakin şiddətli müzakirələrdən sonra ortadan qaldırıldı.

Bayramın qeyd edilməsi

Alman Birliyi Günü hər il təntənəli aksiya və festivalı (almanca:Bürgerfest) ilə qeyd olunur. Qeyd etmələr müvafiq ildə Almaniyanın Bundesratına sədrlik edən böyük şəhər, adətən əyalət paytaxtı tərəfindən keçirilir (ardıcıllıq Köniqşteyn Sazişi ilə müəyyən edilir). 2011-ci ildə Bonndan sonra, Frankfurt-Mayn 2015-ci ildə bayramın qeyd edildiyi ikinci qeyri-paytaxt şəhəri oldu. Hər iki şəhər alman tarixi və alman birləşmə hərəkatı üçün əhəmiyyətlidir, çünki Bonn şəhəri Qərbi Almaniyanın paytaxtı olmuş, Frankfurt-Mayn isə Almaniyanın birləşdirilməsi üçün 1848-ci ildə toplanmış Frankfurt parlamentinə ev sahibliyi etmişdir.

Həmçinin bax

İstinadlar

Mənbə

  • William Carr. A History of Germany 1815–1945. London: Edward Arnold. 1969. ISBN 07131-5433-0.

Tags:

Alman Birliyi Günü Tarixin dəyişdirilməsi cəhdiAlman Birliyi Günü Bayramın qeyd edilməsiAlman Birliyi Günü Həmçinin baxAlman Birliyi Günü İstinadlarAlman Birliyi Günü MənbəAlman Birliyi GünüAlmanca

🔥 Trending searches on Wiki Azərbaycanca:

Ağıllı evlərXəzər dəniziKenquruKoroğluUşaqlıq (anatomiya)Kimyəvi elementErmənistanNamazGəncəQərbi Azərbaycan mahallarıAzərbaycan ədəbiyyatıTərcüməGüc (fizika)SourSintaktik əlaqələrQarabağ FKQızlıq pərdəsiGələrsən-Görərsən qalasıVasif TalıbovHüquqİşıqAzərbaycanın dövlət bayramları və xüsusi günləriAzərbaycan bayrağıLeyli və Məcnun (Nizami)Üzeyir MehdizadəOksigenBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)Ömər ibn XəttabSəməd VurğunQazax rayonuQafqazİnsan penisiƏvəzlikElektrik müqavimətiİbtidai insan sürüsüAvropaAzərbaycan şirkətlərinin siyahısıİqlim dəyişikliyiXəttatMəsdərBitkiMarafon döyüşüAzərbaycan Tibb UniversitetiSaySəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiAzərbaycan qəzetlərinin siyahısıXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)AzərbaycanBucaqAnklavAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıAşıq ƏləsgərOrta əsrlərQafqaz AlbaniyasıBakı Dövlət UniversitetiÇingiz AytmatovHacı ŞahinAnarGözMusiqiDüzbucaqlıCəbrayıl rayonuÇinQüvvə (fiziki kəmiyyət)MəhəmmədƏdəbiyyatBeşinci nəsil qırıcıCavanşir Məmmədov (siyasətçi)SenzorBabəkBöyük Hun imperiyasıParaleloqramNazirlər Kabineti (Naxçıvan)Azərbaycan Respublikası Mərkəzi BankıAppendisitAzərbaycan Dövlət Pedaqoji UniversitetiNoyabr🡆 More