Ahəng Qanunu

Ahəng qanunu — qalın və ya incə saitlərin bir-birini izləməsi.

Ahəng qanunu çox sayda Aqqlütinativ dillərində müşahidə olunur.

Nümunələr

Türk dilləri

Ahəng qanunu bütün türk dillərinin dəmir qanunu adlandırılır. Bəzən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Hər hansısa bir sözə şəkilçi qoşulduqda həmin sözün son hecasına uyğun olaraq qoşulur; sözün son şəkilçisi incə saitlidirsə, ona uyğun olaraq incə (köynək-dən²) saitli, son şəkilçi qalın saitlidirsə, uyğun olaraq qalın (yağmur-dan²) saitli şəkilçi əlavə edilir. Yəni sözə şəkilçi əlavə edildikdə mütləq son saitin ahəngi qorunmalıdır. (İstisna olaraq bir cür yazılan şəkilçilərimiz bəzən ahəng qanununa tabe olmaya bilər, məsələn; xalam-gil, vətən-daş, dəftər-xana). Bu xüsusiyyətinə görə ahəng qanunu həmçinin morfonoloji hadisə də adlanır.

Ahəng qanununa görə şəkilçilər 2 yerə bölünür.

Alınma sözlər əsasən ahəng qanununa tabe olmur. Lakin ərəb mənşəli sözlər bəzən ahəng qanununa tabe olur. Ahəng qanununun pozulduğu sözlər milli sözlərimiz deyil. Amma bunlar istisnadır: elat, ilan, işartı, ilıq ,ilxı, ildırım, tikan, islaq, islanmaq, işıq, işıldamaq, inam, inan, inanc, sanki, gedişat, quzey və s. Milli mürəkkəb sözlərimiz ahəng qanununa tabe olmaya bilər. Məsələn: Aygün, Elnur, taxtabiti, dəvədabanı və s.

Ahəng qanununun 3 növü var.

  1. Saitlər ahəngi
  2. Samitlər ahəngi
  3. Saitlərlə samitlərin ahəngi

Saitlər ahəngi də dilə və dodağa görə iki növü var:

  1. Dil ahəngi
  2. Dodaq ahəngi

Dilə görə fərqlənən saitlər də iki cür olur:

  1. Arxa sıra ahəngi (qalın saitlər)
  2. Ön sıra ahəngi (incə saitlər)

Koreya dili

Koreya dilində saitlərin üç növü var: müsbət (işıq), mənfi (qaranlıq) və neytral (orta). Orta Koreya dilində (XI-XVI əsrlər) ahəng qanuna çox sərt şəkildə riayət edilirdi. Lakin, müasir Koreya dilində o, o dərəcədə sərt işləmir.

İstinadlar

Tags:

Ahəng Qanunu NümunələrAhəng Qanunu İstinadlarAhəng QanunuAqqlütinativ dillər

🔥 Trending searches on Wiki Azərbaycanca:

Birinci Qarabağ müharibəsiKürİqlim dəyişikliyiMəhəmməd peyğəmbərin evlilikləriİnsan hüquqlarıAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiMəsdərAllahverdi BağırovHüquqHeydər Əliyev MərkəziİranAmoksisillinAlternativ enerjiSkelet (insan)Azərbaycan dili24 aprelKitabi-Dədə QorqudMisirNorveçPişikElxan ElatlıAzərbaycan göllərinin siyahısıXəlil KələntərCənubi AmerikaQaraciyərHemoqlobinİsveçrəYuxarı ƏskiparaŞuşanın azad edilməsiNitq hissəsiCümlənin ikinci dərəcəli üzvləriMenecmentAzərpoçtQan dövranıElçin (yazıçı)Bermud üçbucağıYerBeyləqan rayonuSenzorBMWCəlilabad rayonuİtKlaviaturaAzərbaycan müğənnilərinin siyahısıSpirtlərNazirlər Kabineti (Azərbaycan)Xəbər (qrammatika)Mir Cəfər BağırovHədiqətüs-süədaZəlzələSabirabad rayonuQarabağHüceyrəArıDünya əhalisiYunan-İran müharibələriMəhəmməd FüzuliKəlmeyi-şəhadətDövlət büdcəsiBaykal–Amur magistralıBayatı-ŞirazHəcmBiləsuvar rayonuAlmaniyaİngilis diliRombYuri OmelçenkoKimyəvi elementAfrikaAzərbaycanın palçıq vulkanlarıQuşlarBalaəliƏmir TeymurYol nişanlarıRamil UsubovMikayıl MüşfiqCavanşir🡆 More