Adaptiv idarəetmə — idarə olunan obyektin parametrlərinin dəyişməsindən və ya xarici təsirdən asılı olaraq, tənzimləyicinin parametr və ya strukturunu optimallaşdırma meyarına və ya təlimata uyğun adaptasiya etməyə imkan verən idarəetmə üsuldur.
Uyğun üsulu icra edən sistemlər adaptiv idarəetmə sistemləri adlanır.
Optimallaşdırma meyyarına uyğun adaptasiya adətən bir dəfə və ya çox az sayda baş verir. Verilmiş təlimata uyğun adaptasiya isə daimi yerinə yetirilir. Tənzimləyicinin öz-özünə adaptasiyası adətən onun parametrləri üzərindən həyata keçirilir. Öz-özünə tənzimlənən, uyğunlaşan və optimallaşan sistemlər "adaptiv" sözünə sinonim işlədilən analyışlardır. Klassik adaptiv idarəetmə sistemində tənzimləmə üç səciyyəvi mərhələdən ibarətdir: identifikasiya, qərar qəbuletmə və modifikasiya. İdentifikasiya "on-line" şəraitində tənzimləmə dövrəsinin giriş və çıxış siqnallarının qiymətləndirilməsi ilə aparılır. Burada, ya tənzimləyici dövr, ya da bir başa tənzimləyicinin öz parametri təyin edilir. Qərarvermə mərhələsində əldə olunmuş informasiya nəticəsində tənzimləyicinin qiymətinin verilmiş qiymətə uyğun gəlməsi dəyərləndirilir və uyğunlaşma müəyyənləşdirilir. Adaptasiya növündən asılı olaraq biləvasitə və bir başa tənzimləmə fərqlənir. Birinci halda tənzimləyicinin modeli əvvəlcədən məlum olur. İkinci halda buna ehtiyac olmur. Modifikasiya, qərara alınmış dəyişmənin həyata keçirilməsi ilə bağlıdır.
Adaptiv sistemlər struktur və işləmə prinsipinə görə model muqayisə üsuluna, özüsazlanan və idarə olunan adaptasiya üsullarına bölünürlər. Model müqayisə üsulu ilə işləyən sistemlərdə əsas dövrəyə paralel olaraq başqa bir model işə salınır və prosesin gedişində onlar müqayisə olunaraq əldə olunan fərq siqnal şəklində tənzimləyiciyə ötürülərək fərq minimallaşdırılır. Özüsazlanan sistemlər modelsiz işləyirlər. Bu halda prosesin gedişində giriş və çıxış siqnalları təyin edilir və tənzimləyicidən adaptasiya üçün istifadə olunur. İdarə olunan adaptasiya o zaman tətbiq olunur ki, idarə dövrəsinə təsir edən kənar amillərin və parametr dəyişmələrinin təsiri əvvəlcədən məlum olsun. Onda prosesin idarə olunması üçün tənzimləyicilər əvvəlcədən hazırlanmış proqram əsasında işləyirlər.
This article uses material from the Wikipedia Azərbaycanca article Adaptiv idarəetmə, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.