2008 Yay Olimpiya Oyunları

XXIX Olimpiya Oyunları və ya 2008 Yay Olimpiya Oyunları (ing.

Bu şəhərdə keçirilməsi barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin 13 iyul 2001-ci ildə Moskvada toplanan 112-ci sessiyasında verilmişdi. Keçirilmiş səsvermənin nəticəsinə əsasən Çin paytaxtı Toronto, Paris, İstanbulOsakanı qabaqlamışdı.

2008 Yay Olimpiya Oyunları XXIX Yay Olimpiya Oyunları
çin. 第二十九届夏季奥林匹克运动会
Loqonun şəkli
Şəhər Pekin, 2008 Yay Olimpiya Oyunları ÇXR
Şüar Bir dünya, bir arzu
(同一个世界 同一个梦想)
İştirakçı dövlətlər 204
İdmançıların sayı 10,942
4,637 qadın, 6,305 kişi)
Açılış mərasimi 8 avqust
Bağlanış mərasimi 24 avqust
Rəsmən açılışı edib 8 avqust
Olimpiya andı Çjan İnin
Andı söyləyən hakim Xuan Lipin
Olimpiya məşəli Li Nin
Stadion Pekin Milli Stadionu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pekinlə yanaşı bəzi oyun növləri üzrə yarışlar Honkonq, Tyançzin, Çzindao, Çzinhuandao, Şanxay və Şenyan şəhərlərində keçirilmişdir.

Oyunların açılış mərasimi Çin standart vaxtına görə 08.08.08-ci il tarixində saat 08:08:08-də Pekin milli stadionunda baş tutdu. 28 idman növü üzrə keçirilən 302 yarışda 204 ölkədən 11 000-dən artıq atlet iştirak edirdi. Monteneqro, Marşall adalarıTuvalu komandaları ilk dəfə bu Olimpiya oyunlarında debüt etmişdilər.

Rəmzləri

Emblemi

Oyunların Təşkilat komitəsi 2003-cü ilin martında Çin Olimpiya Komitəsinə 1985-ci ildən bəri göndərilən eskizlər arasından 30 layihəni seçərək Beynəlxalq Olimpiya Komitəsinə göndərdi. Həmin layihələr arasından seçilən emblemin tanıtımı 3 avqust 2003-cü ildə Pekindəki Səma məbədində keçirildi. Bu emblem "Rəqs edən Pekin" adını almışdır. O, 3 hissədən ibarətdir: Olimpiya həlqələri, ingilis dilində "Beijing 2008" yazısı və idmançı fiquruna bənzəyən kalliqrafik üsulla yazılmış "çzin" (京, paytaxt) heroqlifi.

Tilsimləri

Oyunların tilsimləri Olimpiadanın başlamasına 1000 gün qalmış, 2005-ci il noyabrın 11-də elan edilmiş Uğur uşaqlarıdır (çin. 福娃 [fuva]). Çin fəlsəfəsinə görə onların sayı 5-ə bərabərdir: balıq, nəhəng panda, od, Tibet antilopu və qaranquş. Adları isə müvafiq olaraq Bey-bey, Çzin-çzin, Huan-huan, İn-in və Ni-nidir. Əgər bu adların birinci hissələrini ard-arda oxusaq onda "Bey-çzin huan-in ni" (北京欢迎你), yəni "Pekin sizi salamlayır" ifadəsi alınacaq.

Şüarı

26 iyun 2005-ci ildə Çin Olimpiya Komitəsi oyunların şüarının "Bir dünya, bir arzu" (ing. One World, One Dream; çin. 同一个世界同一个梦想) ifadəsi olacağını elan etdi. Bu şüar 210 000 variant arasından seçilmişdir.

Televiziya yayımı

XXIX Olimpiya Oyunları HD texnologiyası ilə yayımlanan ilk Olimpiada olmuşdur və ekran başında 4 milyard tamaşaçı topladığı hesab olunur.

Ölkələrin göstərdiyi nəticələrı

Medalların ümumi sayı 2008 Yay Olimpiya Oyunları 
Ölkə 2008 Yay Olimpiya Oyunları  Qızıl 2008 Yay Olimpiya Oyunları  Gümüş 2008 Yay Olimpiya Oyunları  Bürünc Ümumi
1 2008 Yay Olimpiya Oyunları  ÇXR 51 21 28 100
2 2008 Yay Olimpiya Oyunları  ABŞ 36 38 36 110
3 2008 Yay Olimpiya Oyunları  Rusiya 23 21 28 71
4 2008 Yay Olimpiya Oyunları  Birləşmiş Krallıq 19 13 15 47
5 2008 Yay Olimpiya Oyunları  Almaniya 16 10 15 41
6 2008 Yay Olimpiya Oyunları  Avstraliya 14 15 17 46
7 2008 Yay Olimpiya Oyunları  Cənubi Koreya 13 10 8 31
8 2008 Yay Olimpiya Oyunları  Yaponiya 9 6 10 25
9 2008 Yay Olimpiya Oyunları  İtaliya 8 10 10 28
10 2008 Yay Olimpiya Oyunları  Fransa 7 16 17 40

İstinadlar

Xarici keçidlər

Tags:

2008 Yay Olimpiya Oyunları Rəmzləri2008 Yay Olimpiya Oyunları Televiziya yayımı2008 Yay Olimpiya Oyunları Ölkələrin göstərdiyi nəticələrı2008 Yay Olimpiya Oyunları İstinadlar2008 Yay Olimpiya Oyunları Xarici keçidlər2008 Yay Olimpiya OyunlarıBeynəlxalq Olimpiya KomitəsiFransız diliMoskvaOsakaParisPekinTorontoYay Olimpiya OyunlarıÇinÇin diliİngilis diliİstanbul

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanın Milli Qəhrəmanlarının siyahısıİnkişaf etmiş ölkəTürkmənistanKamran İmanovAzərbaycan Dövlət Pedaqoji UniversitetiEyyub YaqubovTürkdilli dövlətlərTəbii fəlakətSentyabrAbbasqulu ağa BakıxanovƏlifbaBeyləqan rayonuTəyyarəAyAzərbaycan gölləriLatın diliMarafon döyüşüFacebookQırğızıstanVeysəl MusibovDairəMəhəmmədOxatan (astrologiya)Qırğızıstan coğrafiyasıSəbuhi Məmmədov (baş nazir)Qarabağ xalçalarıMetaforRus əlifbasıAzərbaycandakı quşların siyahısıBeyinÜzeyir MehdizadəBakteriyalarİlk tibbi yardımKub metrBucaqArif PaşayevQədim Yunanıstan mədəniyyətiŞəkilçiMisir ehramlarıEmin ƏmrullayevSeks yelləncəyiPlanetAli Məclis (Naxçıvan)VikipediyaMart soyqırımıTikTokQuşlarHeyvanlarBöyük Çin səddiHeydərbaba dağıKimyəvi elementMübariz İbrahimovSakit okeanLatın ifadələriNaxçıvan Muxtar RespublikasıElmira SüleymanovaXəzər dəniziQazaxıstanRiyaziyyatQarabağda döyüşlər (2023)Vüsal Kazımov (baş leytenant)İmadəddin NəsimiQrafik redaktorlarOktyabrMir Mövsüm AğaQİÇSOrxan SultanovMarketinqƏhməd CavadBirləşmiş Krallıqİnsanın tənəffüs sistemiYeni Azərbaycan PartiyasıLeyli və Məcnun (Nizami)İslam2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıKütlə vahidləriMariya Antuanetta🡆 More