1982 Fi̇fa Dünya Kuboku

1982 FİFA Dünya Kuboku — iyunun 13-dən iyulun 11-nə gədər İspaniyada baş tutan sayca 12-ci futbol üzrə FİFA Dünya Çempionatı.

11 iyul 1982-ci ildə Santyaqo Bernabeu stadionunda keçirilən final matçında Qərbi Almaniyanı 3-1 hesabı ilə məğlub edən İtaliya 3-cü dəfə çempion olub və bu qələbə ilə o vaxta qədər 3 dəfə ilə ən çox kuboku qazanan Braziliyaya çatmışdı. İlk dövrədə qrupdakı bütün görüşləri heç-heçə ilə başa vuran İtaliya 1 əlavə qolla növbəti mərhələyə adlaya bildi. Turnirin bombardiri Paolo Rossi ilk turda 3, ikinci turda isə ilk oyununda qol vura bilməyib. Turnirdə komandaların sayı 24-ə yüksəldiyi halda, 4 komanda 6 qrupda mübarizə aparıb. Qruplardan vəsiqə qazanan ilk iki komanda daha sonra üç komandadan ibarət dörd qrupda liqa üslubunda oynadı və liderlər yarımfinala yüksəldi.

1982 FİFA Dünya Kuboku
1982 Fi̇fa Dünya Kuboku
Yarış məlumatları
Ev sahibi
Tarix 1982
Başlama tarixi 13 iyun 1982
Bitmə tarixi 11 iyul 1982
Komanda sayı 24
Yekun nəticəsi
Çempion 1982 Fi̇fa Dünya Kuboku İtaliya (3-cü dəfə)
İkinci Almaniya Qərbi Almaniya
Üçüncü yer 1982 Fi̇fa Dünya Kuboku Polşa
Dördüncü yer 1982 Fi̇fa Dünya Kuboku Fransa
Yarış statistikası
Oyun sayı 52
Qol sayı 146
(hər matç üçün 2.81)
Tamaşaçı sayı 2.109.723
(hər matç üçün 40.572)
Mükafat sahibləri
Bombardir(lər) İtaliya Paolo Rossi
(6 qol)
Ən yaxşı oyunçu İtaliya Paolo Rossi
1978
1986
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xülasə

Birinci tur

1-ci qrupda Kamerun hər üç görüşü heç-heçə başa vurmasına baxmayaraq, İtaliyadan daha az qol vurduğu üçün kubokla vidalaşıb. Kamerun əvvəlcə Peru, sonra isə Polşa ilə qolsuz heç-heçə oynayıb. Qrupun son oyununda güclü İtaliya ilə 1–1 hesablı heç-heçə edən Kamerun 1 qol vura bilmədiyi üçün növbəti tura yüksələ bilməyib.

Kubokun digər Afrika ölkəsi Əlcəzair 2-ci qrupdakı ilk oyununda Qərbi Almaniyanı 2:1 hesabı ilə məğlub edib. Çilini də məğlub edən Əlcəzair, danışılan oyunlarda Qərbi Almaniya Avstriyanı 1:0 hesabı ilə məğlub etdikdən sonra mübarizədən kənarda qaldı. Çünki Qərbi Almaniya və Avstriyanın birlikdə çıxa bilməsi üçün 1-0 hesablı qalibiyyət kifayət edirdi və həmçinin hər iki komanda matçda çox istəksiz oynamışdı. İki komanda ilə eyni xala sahib olan Əlcəzair top fərqi ilə kubokla vidalaşıb. Əlcəzair, Qərbi Almaniya–Avstriya matçında danışılmış oyunlarla bağlı etiraz etsə də, cəhdi uğursuz alınıb.

3-cü Qrupda uzun müddətdən sonra ilk dəfə kuboka iddialı olan Macarıstan El Salvadoru 10-1 hesabı ilə məğlub edərək Dünya Kuboku rekordunu yeniləyib. Lakin Argentinaya uduzan və Belçika ilə heç-heçə edən macarlar 1 xal fərqlə qrup üçüncüsü olub və qrup matçlarında turnirlə vidalaşıb.

4-cü qrupun ilk oyununda Çexoslovakiya ilə heç-heçə edən Küveyt sürpriz etsə də, qalan 2 görüşdə məğlub olaraq qrup matçlarında mübarizədən kənarlaşdırılıb. Fransa və İngiltərə bu qrupdan çıxarkən İngiltərə yaxşı start götürərək qrupdakı 3 oyunun hamısında qalib gəlmişdi. İyunun 21-də keçirilən Fransa–Küveyt matçında futbol tarixində bir ilk yaşanıb. Fransa 3–1 öndə olarkən küveytli futbolçular fit səsinə görə dayansalar da, fransız futbolçu Alen Giresse oyunu davam etdirərək hesabı 4–1 edib. Küveytli futbolçular bu fitin hakimdən gəlmədiyini anlayan kimi Küveyt Futbol Federasiyasının prezidenti Şeyx Fahid Əl Əhməd Əl Sabah verilən haqsız qol səbəbindən futbolçulara meydandan çəkilmələrini əmr edib. Şeyx də meydana enib, matçın sovet hakimi Miroslav Stuparla danışıb və qolu ləğv edib. Bununla belə, 89-cu dəqiqədə Maksim Bossisin qolu ilə matç yenə də 4–1 başa çatıb.

5-ci qrupda Şimali İrlandiya Yuqoslaviya ilə ilk oyununda qolsuz heç-heçə edib. Şimali irlandiyalı Norman Vaytsayd bu matçda oynayanda cəmi 17 yaş 42 günlük idi və bu sahədə Pelenin rekordunu qıraraq Dünya Kuboku tarixinin ən gənc futbolçusu oldu. Hondurasla da heç-heçə edən Şimali İrlandiya qrupun son oyununda İspaniyaya qalib gələrək onunla birlikdə növbəti mərhələyə vəsiqə qazanıb.

6-cı qrupda turnirə ilk dəfə qatılan Yeni Zelandiya 3 oyunda 2 qol vuraraq, öz qapısından 12 top keçirərək ölkəsinə xalsız qayıdıb. Qrupda keçirdiyi 3 görüşün hamısında qalib gələn və lider kimi çıxış edən Braziliya ilə eyni xala malik olan Sovet İttifaqı Şotlandiyadan 2 top fərq ilə adını növbəti tura yazdırdı.

İkinci tur

A qrupunda son kuboklarda uğurlu nəticələri ilə diqqət çəkən Polşa, Boniek, Kupcewicz, Smolarek və Lato kimi ulduzları ilə kuboka damğasını vurmaq istəyib və Belçikanı 3-0 məğlub edərək, Sovet İttifaqı ilə də heç-heçə olmasına baxmayaraq yarımfinala yüksəlib. 3 matçdan 2-si qolsuz başa çatan B qrupunda Qərbi Almaniya İspaniyanı 2:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. İngiltərə isə bu ikinci turda qrupunda hər iki matçda nə qol vura, nə də buraxa bildi. C qrupunda yer alan İtaliya əvvəlcə Argentinanı, sonra isə Braziliyanı məğlub edərək yarımfinalda Polşanın rəqibi olub. Danışıqlara görə cəzalandırılan Paolo Rossi Braziliya ilə oyunda het-trik edib. D qrupunda Fransa hər iki görüşdə qalib gələrək yarımfinalda Qərbi Almaniyanın rəqibi olub.

Yarımfinal, üçüncü yer matçı və final

Yarımfinalın ilk oyununda İtaliya Polşanı mübarizədən kənarlaşdıraraq, Paolo Rossinin 22 və 73-cü dəqiqələrdə vurduğu 2 qolla finala yüksəlib. Belə ki, ilk 4 qarşılaşmada səssiz qalan Rossi 2 matçda 5 qol vurmaqla diqqət çəkib. Digər, daha çətin keçən yarımfinalda Qərbi Almaniya ilk hissədə önə keçsə də, Fransa penalti qolu ilə ilk yarını 1-1 hesabı ilə başa vurdu. Matçın 60-cı dəqiqəsində almaniyalı qapıçı Şumaxer cəmi 10 dəqiqə əvvəl oyuna daxil olan Batistona çox sərt müdaxilə edərək onu oyundan kənarlaşdırıb. Şumaxerin bu hərəkəti hakim tərəfindən heç bir şəkildə cəzalandırılmadıqda bu, futbol tarixinin ən şokedici faullarından biri kimi yadda qaldı. Əlavə vaxta gedən matçda Fransa Tresor və Giressenin vurduğu 2 qol ilə hesabı 3-1 etdi və ilk dəfə finala çıxmağa hazırlaşarkən Qərbi Almaniya təslim olmadıqlarını nümayiş etdirdi. 102-ci dəqiqədə əks-hücumdan fərqlənən Rummenigge, 108-ci dəqiqədə Fişer izlədi və ümumilikdə 2 qolla cavab verən Qərbi Almaniya, 3-3 bitən matçı penaltilərə çıxararaq finala yüksəlib.

Hakimlər

Torbalar

1. Torba 2. Torba 3. Torba 4. Torba

Nəticələr

1982 Fi̇fa Dünya Kuboku 

1-ci qrup mərhələsi

1-ci qrup

Komanda O Q H U QT QQ QF Xal Təsnifat
1 1982 Fi̇fa Dünya Kuboku  Polşa 3 1 2 0 5 1 +4 4 2-ci qrup mərhələsinə
2 1982 Fi̇fa Dünya Kuboku  İtaliya 3 0 3 0 2 2 0 3
3 1982 Fi̇fa Dünya Kuboku  Kamerun 3 0 3 0 1 1 0 3
4 1982 Fi̇fa Dünya Kuboku  Peru 3 0 2 1 2 6 −4 2
14 iyun 1982 (1982-06-14)
17:15 (MAYS)
İtaliya 1982 Fi̇fa Dünya Kuboku  0-0
Hesabat
1982 Fi̇fa Dünya Kuboku  Polşa
Estadio de Balaidos
Tamaşaçı: 33.000
Hakim: Miçel Vautrot (Fransa)
15 iyun 1982 (1982-06-15)
17:15 (MAYS)
Peru 1982 Fi̇fa Dünya Kuboku  0-0
Hesabat
1982 Fi̇fa Dünya Kuboku  Kamerun
Estadio de Riazor
Tamaşaçı: 11.000
Hakim: Franz Vöhrer (Avstriya)
18 iyun 1982 (1982-06-18)
17:15 (MAYS)
İtaliya 1982 Fi̇fa Dünya Kuboku  1-1
Hesabat
1982 Fi̇fa Dünya Kuboku  Peru
Bruno Konti 1982 Fi̇fa Dünya Kuboku  18' Qollar Ruben Toribio Diaz 1982 Fi̇fa Dünya Kuboku  83'
Estadio de Balaidos
Tamaşaçı: 25.000
Hakim: Ualter Esçveiler (Qərbi Almaniya)
19 iyun 1982 (1982-06-19)
17:15 (MAYS)
Polşa 1982 Fi̇fa Dünya Kuboku  0-0
Hesabat
1982 Fi̇fa Dünya Kuboku  Kamerun
Estadio de Riazor
Tamaşaçı: 19.000
Hakim: Aleksis Ponnet (Belçika)
22 iyun 1982 (1982-06-22)
17:15 (MAYS)
Polşa 1982 Fi̇fa Dünya Kuboku  5-1
Hesabat
1982 Fi̇fa Dünya Kuboku  Peru
Vlodzimierz Smolarek 1982 Fi̇fa Dünya Kuboku  55'
Qrzeqorz Lato 1982 Fi̇fa Dünya Kuboku  58'
Zbigniev Boniek 1982 Fi̇fa Dünya Kuboku  61'
Andrzej Buncol 1982 Fi̇fa Dünya Kuboku  68'
Vlodzimierz Ciolek 1982 Fi̇fa Dünya Kuboku  76'
Qollar Quillermo La Rosa 1982 Fi̇fa Dünya Kuboku  83'
Estadio de Riazor
Tamaşaçı: 25.000
Hakim: Mario Rubio Vazquez (Meksika)
23 iyun 1982 (1982-06-23)
17:15 (MAYS)
İtaliya 1982 Fi̇fa Dünya Kuboku  1-1
Hesabat
1982 Fi̇fa Dünya Kuboku  Kamerun
Françesko Qraziani 1982 Fi̇fa Dünya Kuboku  60' Qollar Qreqoire Mbida 1982 Fi̇fa Dünya Kuboku  61'
Estadio de Balaidos
Tamaşaçı: 20.000
Hakim: Boqdan Dotçev (Bolqarıstan)

Qalib

 1982 FIFA Dünya Kuboku çempionu 
1982 Fi̇fa Dünya Kuboku 
İtaliya
3-cü dəfə

Mükafatlar

Qızıl ayaqqabı Qızıl top FİFA idman mükafatı
1982 Fi̇fa Dünya Kuboku  Paolo Rossi 1982 Fi̇fa Dünya Kuboku  Paolo Rossi 1982 Fi̇fa Dünya Kuboku  Braziliya

Bombardir

Turnir cədvəli

Komanda O Q H U QT QQ QF Xal Təsnifat
1 1982 Fi̇fa Dünya Kuboku  İtaliya 7 4 3 0 12 6 +6 11 Çempion
2 1982 Fi̇fa Dünya Kuboku  Qərbi Almaniya 7 3 2 2 12 10 +2 8 İkinci
3 1982 Fi̇fa Dünya Kuboku  Polşa 7 3 3 1 11 5 +6 9 Üçüncü
4 1982 Fi̇fa Dünya Kuboku  Fransa 7 3 2 2 16 12 +4 8 Dördüncü
5 1982 Fi̇fa Dünya Kuboku  Braziliya 5 4 0 1 15 6 +9 8 2-ci qrup mərhələsində mübarizədən kənarlaşdırılıb
6 1982 Fi̇fa Dünya Kuboku  İngiltərə 5 3 2 0 6 1 +5 8
7 1982 Fi̇fa Dünya Kuboku  SSRİ 5 2 2 1 7 4 +3 6
8 1982 Fi̇fa Dünya Kuboku  Avstriya 5 2 1 2 5 4 +1 5
9 1982 Fi̇fa Dünya Kuboku  Şimali İrlandiya 5 1 3 1 5 7 −2 5
10 1982 Fi̇fa Dünya Kuboku  Belçika 5 2 1 2 3 5 −2 5
11 1982 Fi̇fa Dünya Kuboku  Argentina 5 2 0 3 8 7 +1 4
12 1982 Fi̇fa Dünya Kuboku  İspaniya 5 1 2 2 4 5 −1 4
13 1982 Fi̇fa Dünya Kuboku  Əlcəzair 3 2 0 1 5 5 0 4 1-ci qrup mərhələsində mübarizədən kənarlaşdırılıb
14 1982 Fi̇fa Dünya Kuboku  Macarıstan 3 1 1 1 12 6 +6 3
15 1982 Fi̇fa Dünya Kuboku  Şotlandiya 3 1 1 1 8 8 0 3
16 1982 Fi̇fa Dünya Kuboku  Yuqoslaviya 3 1 1 1 2 2 0 3
17 1982 Fi̇fa Dünya Kuboku  Kamerun 3 0 3 0 1 1 0 3
18 1982 Fi̇fa Dünya Kuboku  Honduras 3 0 2 1 2 3 −1 2
19 1982 Fi̇fa Dünya Kuboku  Çexoslovakiya 3 0 2 1 2 4 −2 2
20 1982 Fi̇fa Dünya Kuboku  Peru 3 0 2 1 2 6 −4 2
21 1982 Fi̇fa Dünya Kuboku  Küveyt 3 0 1 2 2 6 −4 1
22 1982 Fi̇fa Dünya Kuboku  Çili 3 0 0 3 3 8 −5 0
23 1982 Fi̇fa Dünya Kuboku  Yeni Zelandiya 3 0 0 3 2 12 −10 0
24 1982 Fi̇fa Dünya Kuboku  Salvador 3 0 0 3 1 13 −12 0

İstinadlar

Tags:

1982 Fi̇fa Dünya Kuboku Xülasə1982 Fi̇fa Dünya Kuboku Hakimlər1982 Fi̇fa Dünya Kuboku Torbalar1982 Fi̇fa Dünya Kuboku Nəticələr1982 Fi̇fa Dünya Kuboku Qalib1982 Fi̇fa Dünya Kuboku Mükafatlar1982 Fi̇fa Dünya Kuboku Bombardir1982 Fi̇fa Dünya Kuboku Turnir cədvəli1982 Fi̇fa Dünya Kuboku İstinadlar1982 Fi̇fa Dünya Kuboku

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanın Qırmızı kitabına düşən quşlarDilAvstraliyaŞəki xanlığıBirinci Dünya müharibəsiİstilik tutumuAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıƏsrin müqaviləsiElçin HüseynbəyliİngiltərəI İsmayılAlqoritmMehdi HüseynzadəÜmumi Daxili MəhsulRespublikaAyaz MütəllibovƏrəb xilafətiAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiBir qalanın sirriZakir HəsənovDinBakının inzibati bölgüsüAzərbaycandakı quşların siyahısıMüxtəsər vurma düsturlarıAzərbaycan musiqisiHacı Zeynalabdin TağıyevLatın ifadələriTəyinƏsas nitq hissələriLütfi ZadəHidrogenAlternativ enerjiMirzə Ələkbər SabirSabir Əliyev (həkim)ŞiəlikZərflikFaizMissioner pozasıBəxtiyar VahabzadəCəmşid Naxçıvanski adına hərbi liseyMarafon döyüşüMəhəmmədLeykozAzərbaycanın təbii sərvətləriSumqayıtSay sistemləriPalçıq vulkanıBöyük Səlcuq imperiyasıCəlilabad rayonuUşaqlıq (anatomiya)Nəriman NərimanovİyulAzərbaycan Dövlət İqtisad UniversitetiÜrək (insan)Şöhrət ordeni (Azərbaycan)Ay təqvimiQərbi AzərbaycanİnvestisiyaİşıqAntarktidaBakcellİlham ƏliyevÇay (coğrafiya)Təvəssül duasıElektrik cərəyanıAtəşgah (Bakı)Arxeoloji abidələrCənubi AzərbaycanƏhalisinə görə ölkələrin siyahısıŞuşaAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıASAN xidmətİqtisadiyyatBöyrək🡆 More