Ərəb mətbəxi – ərəb dünyasını şərqdən qərbə qədər əhatə edən mətbəxlərdən biri.
Ərəb mətbəxinə Levant, Türkiyə, Kopt və digər xalqların mətbəxləri təsir göstərmişdir.
Ərəblər erkən orta əsrlərdən ədviyyatlara xüsusi önəm vermişlər.Ərəb mətbəxində aşağıdakı maddələrə diqqət yetirilir:
Ədviyyatların miqdarı və çeşidi regiondan regiona dəyişir.
Ərəb dünyasında yeməklər üçün iki əsas quruluş vardır: Ramazan ayı üçün hazırlanan yeməklər və müntəzəm hazırlanan yeməklər.
Ramazan ayında şirniyyat adi haldan daha çox istehlak olunur. Ən çox şirniyyatlardan , Kanafeh, baklava və basbousa kimi şirniyyatlar bütün il boyunca və xüsusilə Ramazan ayı üçün hazırlanır.
Yəmənin mətbəxi digər Ərəb mətbəxlərindən fərqlənir. Digər Ərəb mətbəxləri kimi Yəməndə də toyuq, keçi və quzu ətdən daha çox istifadə olunur. Ən çox yayılmış içkilər çay və qəhvədir.Çay adətən nanə ilə birlikdə təqdim olunur. Karakaden , Naqe'e Al Zabib vədiba'a ən çox yayılmış soyuq içkilərdir. Saltah (سلتة) Yəmənin milli yeməyi sayılır.
Kartof, Bişmiş yumurta və tərəvəzlər, saltaya əlavə edilir.Yemək çörəklə birlikdə təqdim olunur. Yəməndə geniş yayılmış digər yeməklərə aşağıdakılar daxildir: Aseedah, aseed, fahsa, thaked, Samak Mofa, mandi, fattah, shakshouka, shafut, Bint əl-Sahn, kabsa və jachnun .
İraq mətbəxi əsasən ətdən ibarətdir. İraq mətbəxində ən çox yayılmış ətlər toyuq və quzu ətidir. İraqın milli yeməyi Masqouf adlanır.İraq mətbəxində digər ərəb ölkələrinə nisbətən daha çox ədviyyatlardan istifadə edilir. əsas ərzaq məhsullarına buğda, arpa, düyü, tərəvəz daxildir. Dolma da ən məşhur yeməklərdən biridir.İraq mətbəxi kebabı ilə fərqlənir. və tikka adlı kabab növü ilə məşhurdur.Çeşitli baharatlardan və turşulardan istifadə olunur.
Liviya mətbəxi Aralıq dənizi, Şimali Afrika və Berber mətbəxinin ənənələrindən qaynaqlanıb. Ən məşhur yeməklərindən biri, arpa, su və duz ilə hazırlanan xəmirsiz çörək olan Bazin dir .Digər ərəb ölkələrində olduğu kimi burada da Donuz ətinin istehlakı Şəriətə əsasən İslamın dini qanunlarına uyğun olaraq qadağandır.Liviyanın paytaxtı olan Tripoli mətbəxi xüsusilə İtalyan mətbəxindən təsirlənir . Təamları :
Misir öz unikal mətbəxi ilə fərqlənən ölkələrdəndir.Misirdə daha çox vegetarian yeməklərinə üstünlük verilir.Om Ali adlı disert bayram günlərində xüsusi olaraq hazırlanır .
Arabic cuisine[1]
This article uses material from the Wikipedia Azərbaycanca article Ərəb mətbəxi, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.