Əliheydər Həsənzadə

Əliheydər Həsənzadə və ya Heydər Həsənzadə (1913 – 1 avqust 1981) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1943).

Əliheydər Həsənzadə
Əliheydər Həsənzadə
Doğum adı Heydər Həsənzadə
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Əliheydər Həsənzadə Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti Aktyor
Mükafatları Əliheydər Həsənzadə

Həyatı

Əliheydər Həsənzadə 1913-cü ildə Bakı şəhərində anadan olub. İlk əmək fəaliyyətini müəllimliklə başlayıb, sonralar öz həyat yoldaşı Rüxsarə Ağayeva ilə birlikdə aktyorluğa maraq göstərib. Böyük Vətən Müharibəsinin əzmkar döyüşçüsü olub, lakin ciddi zədə (kontuziya) aldığından ordunun ön sıralarından geri çağırılıb. O zamandan (yəni 1942-ci ildən) ömrünü son günlərinə qədər aktyor kimi öz ölkəsinə xidmət edib. Qazax Dövlət Teatrının yaradıcısı və ilk yarandığı illərdə direktoru olub. Naxçıvan Dövlət Teatrında uzun illər çalışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olub, Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı ilə sağlığında təltif edilib. Bir çox filmlərin ən yaddaqalan personajlarından olub, yumşaq, koloritli, nəcib, zadəgan maneralı, geniş planlı, məxməri səsə malik olub. 1932-ci ildən - 1980-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır.

Ailəsi

Əliheydər Həsənzadənin dörd övladı var. Böyük oğlu Ələkbər Həsənzadə görkəmli səs rejissoru, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Rusiyanın ən yüksək kino mükafatı "NİKA" mükafatı və Rusiya Dövlət Mükafatı laureatıdır. İkinci oğlu Tərlan Həsənov cüdo ustası, əməkdar məşqçi, cüdo idman növünün Azərbaycanda ilk yaradıcısı və təsisçisi, bir çox çempionların, olimpiya çempionlarının müəllimidir. Qızı Cananə Xəlilova (Həsənzadə) uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor sənətindən dərs demiş, bir çox yetirmələri Azərbaycanın görkəmli mədəniyyət xadimləridir.

Mükafatları

  • Azərbaycan SSR əməkdar artisti — 17 iyun 1943.

Filmoqrafiya

  1. Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: heykəlin yanındakı adam
  2. Bayquş gələndə... (film, 1978)
  3. Bir məhəllədən iki nəfər (film, 1957)
  4. Bizim Cəbiş müəllim (film, 1969)
  5. Böyük dayaq (film, 1962)
  6. Çardaş (film, 1973)
  7. Əgər bir yerdəyiksə (film, 1975)
  8. Əhməd haradadır? (film, 1963)
  9. İnsanlar, atlar, təkərlər (film, 1979)
  10. General (film, 1970)
  11. Kölgələr sürünür (film, 1958)
  12. Qara daşlar (film, 1956)
  13. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  14. O olmasın, bu olsun (film, 1956)
  15. Romeo mənim qonşumdur (film, 1963)
  16. Sevil (film, 1970)
  17. Şərikli çörək (film, 1969)
  18. Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  19. Ulduz (film, 1964)
  20. Yaşamaq gözəldir, qardaşım! (film, 1966)

Xarici keçidlər

Tags:

Əliheydər Həsənzadə HəyatıƏliheydər Həsənzadə AiləsiƏliheydər Həsənzadə MükafatlarıƏliheydər Həsənzadə FilmoqrafiyaƏliheydər Həsənzadə Xarici keçidlərƏliheydər Həsənzadə1 avqust19131981

🔥 Trending searches on Wiki Azərbaycanca:

Yeraltı sularMüstəqilliyin Bərpası Günü (Azərbaycan)Leyla ƏliyevaMicrosoft ExcelXocalı soyqırımı qurbanlarının siyahısıQazaxıstanÜmumdünya İrsiMüsahibəSəudiyyə ƏrəbistanıLeykozNaxçıvan Muxtar RespublikasıEldar MahmudovViktoriya AzarenkoMacarıstan Avroviziya Mahnı MüsabiqəsindəDördbucaqlıElvin CəfərquliyevTürkmənistanBalaəliAzıx mağarasıTək və cüt ədədlərHepatit BAzərbaycan Dövlət İqtisad UniversitetiOğlaq (astrologiya)Dövlət quruluşu formalarıİblis (pyes)RamazanAzərbaycan RadiosuKütlə vahidləriAntonimKapital BankQədim MisirSinir sistemiXudayar YusifzadəYerQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriMöminə Xatun türbəsiZaqatala rayonuİkinci Qarabağ müharibəsiHicri təqvimAğ atlı oğlan (film)İntibah dövrüAzərbaycanın inzibati bölgüsüDəstəmazAzotDairəAlbert EynşteynÇoxluqlarKəbəRabitəbankBeynəlxalq Qadınlar GünüAzərbaycan manatıƏfsanəRombSilindrQədim Gəncə qalasıCəbrayıl rayonuYassin BenziaDüzbucaqlı paralelepipedDüzbucaqlıZoli AdokI OrxanPerimetrMeşəİsrail MəmmədovPolad HəşimovİtaliyaDünya ölkələrinin pul vahidləriTabesiz mürəkkəb cümlələrLotu QuliDaun sindromuBakıQədim RomaQan qrupuAzərbaycanlıların Soyqırımı Günü🡆 More