Çində Turizm

Çin XXI əsrdə dünyada ən yüksək artım tempinə malik iri turizm xidməti bazarına çevrilmişdir.

Çin ölkəyə gələn xarici turistlərin sayına görə (56 mln., 2015; 22,2 mln., 2006; 10,2 mln., 2000) dünyada 4-cü (Fransa, İspaniyaABŞ-dən sonra) yeri tutur. Koreya Respublikasından (3,9 mln.), Yaponiya (3,8 mln.), Rusiya (2,4 mln.), ABŞ (1,7 mln.), Malayziya (0,9 mln.) və Sinqapurdan (0,8 mln.) gələnlərin sayı daha çoxdur. Çinə səfərlərin 60 %-ni işgüzar məqsədlərlə turizm təşkil edir. Çin statistikası Syanqan və Aomın xüsusi inzibati rayonlarından ölkənin kontinental hissəsinə səfər edən həmvətənlərini (98,3 mln., 2006), həmçinin Tayvan əyalətindən (4,4 mln. insan) olan müsafirləri də xarici turistlərə aid edir. 2010-cu ildə xarici turizmdən (Syanqan, AomınTayvan sakinlərinin səfərləri də daxil olmaqla) əldə olunan gəlir təqribən 45 mlrd. dollar təşkil etmişdir (16,2 mlrd. dollar, 2000; 2,2 mlrd. dollar, 1990). Xaricə (Syanqan, Aomın və Tayvana səfərlər daxil olmaqla) gedən Çin vətəndaşlarının sayı daim artmaqdadır (34,5 mln. 2006 ildə; onların 73%-i Syanqan və Aomına səfər etmişdir)..

Çində Turizm
Böyük Çin səddi.

Daxili turizm

Daxili turistlərin sayı 2006-cı ildə 1394 milyon olmuşdur (744 mln., 2000). Kənd sakinlərindən ibarət turistlərin üstünlük təşkil etməsi (415 mln., 2000; 818 mln., 2006) Çin üçün səciyyəvidir. 2006-cı ildə daxili turizmdən əldə olunan gəlir 623 milyard yuan və ya təqribən 83 mlrd. dollar idi (2000-ci ildə 317,5 mlrd. yuan).

Turizm şirkətləri

Çində Turizm 
Turistlərin sevimli məkanı - Bunda (Şanxay)

Cində 18,5 min turizm agentliyi fəaliyyət göstərir (293,3 min işçi çalışır, 2006); 16,8 min agentlik daxili, 1,7 mini isə beynəlxalq və daxili turizmlə məşğuldur. Ümumilikdə 22,5 mindən çox mehmanxana və mehmanxana kompleksi (o cümlədən 10,2 min korporativ və 12,3 min fərdi mülkiyyətdə) var (2006). Mehmanxana xidməti sahəsində 1,6 milyondan çox insan çalışır (2006). Çində turizmin (o cümlədən turizm infrastrukturunun) inkişafında əsas rol dövlətə məxsusdur. Beynəlxalq və daxili turizmin inkişafına ÇXR Dövlət şurası nəzdindəki Turizm İşləri üzrə Dövlət İdarəsi (State Bureau of Tourism) nəzarət edir; İdarənin filialları ölkənin bütün regionlarında fəaliyyət göstərir, nümayəndəlikləri isə Tokioda (Yaponiya), Nyu-Yorkda (ABŞ), Parisdə (Fransa), Londonda (B.Britaniya), Frankfurt-Maynda (Almaniya), həmçinin Syanqanda yerləşir. Xarici turistlərin qəbulu ilə baş ofisi Pekində, filialları isə bütün əyalətlərin və muxtar rayonların mərkəzində, mərkəz tabeliyində olan şəhərlərdə, eləcə də səfər üçün açıq bəzi dəniz yanı rayonlarda yerləşən Çin Beynəlxalq Turizm Bürosu (China International Travel Service, CITS) məşğul olur. Xarici və təndaşların qəbulunu həmçinin Çin Gənclər Turizmi Bürosu, Çin İdman Turizmi Beynəlxalq Şirkəti, Çin Mədəni Turizm Cəmiyyəti və s. dövlət və qeyri-hökumət təşkilatları həyata keçirir.

Mənbə

Çin // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 66–67. ISBN 978-9952-441-11-6.

İstinadlar

Tags:

Çində Turizm Daxili turizmÇində Turizm Turizm şirkətləriÇində Turizm MənbəÇində Turizm İstinadlarÇində Turizm2010-cu ilAmerika Birləşmiş ŞtatlarıAominCənubi KoreyaFransaMalayziyaRusiyaSinqapurSyanqanTayvanTurizmXXI əsrYaponiyaİspaniya

🔥 Trending searches on Wiki Azərbaycanca:

RozmarinQabarıq çoxbucaqlıAzərbaycan Dövlət Pedaqoji UniversitetiAğdam rayonuŞəddadilərVətən Müharibəsi Qəhrəmanlarının siyahısıAzərbaycan Memarlıq və İnşaat UniversitetiGəncə xanlığıFransaŞirvan (Azərbaycan)Polad dirəklər üzərində şəhər (film, 1975)Təyyarəİsrail MəmmədovCəbrayıl rayonuQubadlı rayonuŞəkilçiMenstruasiyaŞöhrət ordeni (Azərbaycan)Fuad İsgəndərovZöhr namazıLiverpul FKQızılcaAzərbaycan Xalq CümhuriyyətiTacikistanƏhməd CavadGərginlik (elektrik)Azərbaycanlıların Soyqırımı GünüRənglər siyahısıMehriban ƏliyevaNaftalanAzərbaycan Milli Teatr GünüÖlkə paytaxtlarının siyahısıPrizmaSahil BabayevAzərbaycanda neft sənayesiİnformasiyaƏhəmənilər dövlətiMürəkkəb sözlərQara daşların sakinləri (film, 1991)Tabesiz mürəkkəb cümlələr27 martGöygöl (göl)Ağdamın işğalıXəzər dənizi adalarının siyahısıAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Aypara və ulduz rəmziKütlə vahidləriFövqəladə vəziyyətQitəQarabağ atıMəxmərəkSinir sistemiÖzbəkistanQız qalasıVəfa ŞərifovaMasonluqDərman bitkilərinin siyahısıSeyid Əzim ŞirvaniViktoriya Azarenko1989RiyaziyyatTessa VertyuİsrailMurovdağSumqayıtAmerika Birləşmiş ŞtatlarıQaraçılarMəsdərUkraynaŞirvanşahlar dövlətiPiramidaQədim Gəncə qalasıİslam peyğəmbərləriSayKapital BankAzərbaycan bayrağı🡆 More