Stiq Daqerman

Stiq Halvard Daqerman (isv.

İkinci Dünya müharibəsindən sonra yazan ən görkəmli İsveç müəlliflərindən biri idi.

Stiq Daqerman
isv. Stig Dagerman
Stiq Daqerman
Doğum tarixi 5 oktyabr 1923(1923-10-05)[…]
Vəfat tarixi 4 noyabr 1954(1954-11-04)[…] (31 yaşında)
Vəfat yeri
Vəfat səbəbi boğulma
Fəaliyyəti jurnalist, tərcüməçi, sindikatçı[d], yazıçı, şair, anarxist
Əsərlərinin dili isveç dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Stiq Daqerman 1923-cü ildə İsveçrənin Uppsala şəhərinin kiçik bir bölgəsində anadan olmuşdu. Anası o doğulduqdan qısa müddət sonra evi tərk etmişdi, atası isə işinə görə daim gəzməli olduğundan Stiq uşaqlığını öz baba və nənəsi ilə birgə keçirtmişdi. Gənc yaşlarından işçi qəzetində siyasi mövzularda şeirlər və məqalələr yazmağa başlayır. 1943-cü ildə Almaniya qaçqını olan Annemarie Götze ilə evlənir və bundan sonra Hitler Almaniyasına və militarizmə qarşı nifrətini bildirən əsərlər yazır. İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə müharibənin faciəvi təsirindən bəhs edən "İlan" adlı ilk romanını yazır. Tənqidçilər tərəfindən müsbət rəy alan Stiq növbəti il "Lənətlənmiş ada" adlı ikinci əsərini də yayımlayır. Frans Kafka, Alber Kamü, Vilyam Folkner kimi yazıçılardan olduqca təsirlənən ekzistensialist yazıçı əsərlərində qorxu, günahkarlıq, yalnızlıq hislərinə xüsusi yer verir, insan varlığının əzablı həqiqətlərini araşdırırdı. Qısa hekayələri ilə də tanınan yazıçının "Uşaq öldürən adam" hekayəsi dünya miqyasında məşhurluq qazanır. Uzun bir müddət depressiya ilə mübarizə aparan yazıçı 1952-ci ildə həyatının son illərindəki öz ağrı dolu mübarizəsi və həyatda qalmağın yollarını axtarması ilə bağlı "Təsəlli ehtiyacımız doymur" adlı avtobioqrafik roman yazır. Yaşadığı ağır depressiya ilə mübarizəyə dözməyən Stiq Daqerman 1954-cü ilin payızında maşınının mühərrikini açıq qoyaraq özünü qaraja kilidləyir və intihar edir.

İstinadlar

Tags:

192319544 noyabr5 oktyabrd:Q104231d:Q10466522d:Q442535İkinci Dünya müharibəsiİsveç dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Quba rayonuBeynəlxalq telefon kodlarıPulBermud üçbucağıVyetnamOsmanlı sultanlarının siyahısıVüqar BiləcəriRoma imperiyasıİnkişaf etməkdə olan ölkəVətən Müharibəsi Qəhrəmanlarının siyahısıYasəmənFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Bahadur ƏliyevÜmumi Daxili MəhsulGədəbəy rayonuÇoxluqlarRəngli monitorNəsli kəsilməkdə olan növlərQədim MisirSinir sistemiPilotsuz uçuş aparatıEpilepsiyaTəzyiqUşaq hüquqlarıDövlət idarəetmə formalarıTəyinQoşma (qrammatika)Yüzillik müharibəSəfəvilərDaş dövrüİlk tibbi yardımBaşkənd (Gədəbəy)MenecmentMirvariHeydər İlham oğlu ƏliyevPakistanAzərbaycan gölləriMonarxiyaTeymurilər dövlətiHacı Zeynalabdin TağıyevSözün həqiqi mənasıŞuşa rayonuŞəkilçiAzərbaycandakı ən yüksək dağ zirvələriQaraqoyunlularFonetik təhlilİnsanSkarlatinHektarAzıx mağarasıİnformasiya prosesləriI İsmayılCəbrayıl rayonuŞöhrət ordeni (Azərbaycan)Hafiz PaşayevAzərbaycan KubokuCinsi əlaqəİmadəddin NəsimiİranAzərbaycanda vergilərKvadratDüzbucaqlıHamiləlikBeşinci nəsil qırıcıArÖvrə xəstəliyiCavanşirGöbələklərİnflyasiyaİnsan inkişafı indeksinə görə ölkələrin siyahısıİbtidai icma quruluşuEnerjiRövşən LənkəranskiPerimetrİnternetDünya okeanıDədə QorqudQuran🡆 More