Əlif Hacıyev: Azərbaycan Milli Qəhrəmanı

Əlif Hacıyev (24 iyun 1953, Xocalı, DQMV – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.

Əlif Hacıyev
Əlif Lətif oğlu Hacıyev
Əlif Hacıyev: Həyatı, İrsi və xatirəsi, Təltif və mükafatları
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xocalı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Xocalı, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Xidmət illəri 1990–1992
Rütbəsi Mayor
Vəzifəsi Xocalı Hava Limanı Xətt Daxili İşlər Bölməsinin Rəisi
Döyüşlər
Təltifləri Əlif Hacıyev: Həyatı, İrsi və xatirəsi, Təltif və mükafatları

Həyatı

Erkən illəri

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur. O, ailənin üçüncü övladı idi. Uşaqlıqdan çörək qazanardı və balıq tutardı.

1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974–1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər. Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdirdilər. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilmişdir. 1987-ci ildə onun işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. O, 1989-cu ilin fevral ayının 20-də əfv olunaraq azadlığa çıxdı.

Şəxsi həyatı

1981-ci ildə Əlif Hacıyev Qalina xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Zərinə və İradə adlı qızları yadigar qalıb.

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

Əlif Hacıyev: Həyatı, İrsi və xatirəsi, Təltif və mükafatları 
Əlif Hacıyev (solda) Qarabağ müharibəsi dövrü

Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda Xocalı hava limanının komendantı olur. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.

Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər hava limanını zor gücü ilə ələ keçirməyə çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Ermənilər hava limanını mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir. O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, "filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin". Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.

Şəhid olması

Əlif Hacıyev: Həyatı, İrsi və xatirəsi, Təltif və mükafatları 
Bakının Şəhidlər Xiyabanında Əlif Hacıyevın məzarı
Əlif Hacıyev: Həyatı, İrsi və xatirəsi, Təltif və mükafatları 
Xocalıya ədalət kampaniyasının Əlif Hacıyev haqqında plakatı

1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib. Ona demişdi ki,

Əlif Hacıyev: Həyatı, İrsi və xatirəsi, Təltif və mükafatları  Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan. Əlif Hacıyev: Həyatı, İrsi və xatirəsi, Təltif və mükafatları 

Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi. Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi. Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi. Belə məqamda Hacıyev bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü. Avtomatın darağını dəyişərkən erməni gülləsi Əlif Hacıyevin qəlbinə sancılır.

Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalmışdı. Onun Nazim adında işçisi, Hacıyev vurulanda böyürtkən kolunun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtmüşdü. Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə ermənilərdən biri deyib ki: "Əgər bilsələr bu Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər". Ona görə də, Hacıyevin cəsədini maşında o biri meyidlərin altında gizlədib gətirmişdi.

Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.

İrsi və xatirəsi

Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır. Haqqında "Əlif. Xocalı" adlı sənədli film çəkilib.

Təltif və mükafatları

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər

Tags:

Əlif Hacıyev HəyatıƏlif Hacıyev İrsi və xatirəsiƏlif Hacıyev Təltif və mükafatlarıƏlif Hacıyev İstinadlarƏlif Hacıyev Xarici keçidlərƏlif Hacıyev1953199224 iyun26 fevralAzərbaycanın Milli QəhrəmanıDağlıq Qarabağ Muxtar VilayətiXocalıXocalı soyqırımı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Şuşanın azad edilməsiŞəki rayonuSuçiçəyiƏli ƏsədovHidayət HeydərovRafael HüseynovNaxçıvanƏli Nağıyev (general)Gülüstan müqaviləsiSəməd VurğunQrup seksSahibkarlıqNəriman Nərimanov metrostansiyasıSəudiyyə ƏrəbistanıMəsudiEpilepsiyaAzərbaycanda yayılmış balıqların siyahısıDairəQarabağ FKAbbasqulu ağa BakıxanovKükürdƏsrin müqaviləsiSovet Sosialist Respublikaları İttifaqıAzərbaycan Premyer LiqasıAzərbaycan toy adətləriİlk tibbi yardımStreptokokk faringitAprel işğalıƏliqismət LalayevSiçan (kompüter)Qara Qarayev metrostansiyasıMisir ehramlarıHacı Məhəmmədəli ŞirvaniMayQızılcaİnformasiya təhlükəsizliyiPaleolitAntonimEkologiyaDədə QorqudQoç (astrologiya)Milli Məclis (Azərbaycan)Gərginlik (elektrik)Səlib yürüşləriAzadlıq Prospekti metrostansiyasıEmin ƏmrullayevFacebookAzərbaycan PrezidentiAzərbaycan rəqsləriİsgəndəriyyə mayakıHəmcins üzvlərMülki müdafiəMübariz İbrahimovDinGöyçə gölüMasturbasiyaSəfəvilərXristianlıqHüseyn CavidYazıLionel MessiLəzgilərHacı ŞahinHamiləlikLeyli və Məcnun (Nizami)Nəriman AxundzadəAzərbaycan Beynəlxalq BankıSay (qrammatika)Yuxu kimiŞəki xan sarayıLirik növDaş dövrüGöl qurbağasıQaraqanƏsas nitq hissələriUlduz metrostansiyasıBərdə rayonu🡆 More