Əl-Mumin

Əl-Mu`min (ər.

Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar.

Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir.

  1. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir. Yəni insanlara dünyada ruziləri verilir, axirətdə isə onları davranışları nisbətində mükafatlandırılırlar.
  2. Əminlik vermək mənası: Allah, qulunu haqsız yerə cəzalandırmayacağına əmin edir. Yaratdıqlarını zülmdən qoruyur. Qiyamət günündə mömin qullarını əzabdan qoruyacağına dair əminlik vəd edir.

Hikmət və Əsrarı: Bir müsəlman inanaraq və səmimi şəkildə "Ya Mömin" deyə bu adı zikr etsə, onun təcəllisinə nail olar. Küfrdən, şərik qoşmaqdan, yalandan uzaq olar. İnsanların və cinlərin şərindən uzaq olar. Hər cür xəstəlikdən qurtular.

Mənası

Rahatlıq və əmin-amanlıq verən, inanan bəndələrindən qorxunu və narahatlığı uzaqlaşdıran deməkdir.

İnsan bu addan gələn duyğu ilə Allaha sığınar. Müsibətlə qarşılaşdıqda, ağır xəstəliyə düçar olduqda Rəbbinin onu tək qoymayacağına ümid edər.

Uca Tanrı bu adı imanlı bəndələrinə verməklə, onları şərəfləndirmişdir. Çünki mömin insan da əlindən və dilindən digərlərinin əmin olduğu şəxsdir. Qurani-Kərimdə möminin xüsusiyyətləri belə açıqlanır: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər".

Həmçinin bax

Mənbə

  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.89.
  • Allahın gözəl adları [ölü keçid]
  • Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.

İstinadlar

Xarici keçidlər

Tags:

Əl-Mumin MənasıƏl-Mumin Həmçinin baxƏl-Mumin MənbəƏl-Mumin İstinadlarƏl-Mumin Xarici keçidlərƏl-MuminAllahƏrəbcə

🔥 Trending searches on Wiki Azərbaycanca:

FonetikaMir Cəfər BağırovAzərbaycan Xalqının Milli Qurtuluş GünüAzərbaycan Texniki UniversitetiAzərbaycan diliAnar ƏləkbərovMürəkkəb sözlərBəhmənyarGül bayramıAzərbaycan mədəniyyətiMercedes-Benzİnsan penisinin uzunluğuRomaQatranMir Mövsüm AğaGələrsən-Görərsən qalasıMühitin çirklənməsiMonteneqroDaxili İşlər Nazirliyi (Azərbaycan)İnsanRusiya imperiyasıŞuşanın azad edilməsiSasanilər imperiyasıŞuşa rayonuAzərbaycan Silahlı QüvvələriMakedoniyalı İsgəndərZərifə ƏliyevaArgentinaAftandil İsrafilovİngiltərəTəyyarəOn iki imamBazar iqtisadiyyatıSəudiyyə ƏrəbistanıMücərrəd mənalı sözlərRozmarinYusif Səfərov (neftçi)Türkmənçay müqaviləsi500 və daha çox qol vuran futbolçuların siyahısıAzərbaycanda prezident seçkiləri (2024)Qobustan Dövlət Tarixi-Bədii QoruğuDaun sindromuPakistanElektron poçtXəzər dəniziElxan ElatlıPulŞamaxıBakı–Tbilisi–Ceyhan neft kəməriQabarıq çoxbucaqlıLütfi ZadəMəhtimqulu1 manatlıq əsginasEpitetDağlıq Qarabağ Muxtar VilayətiNəqliyyat növləriEldənizlərTamamlıqNida cümləsiKərim KərimovÇingiz xanİsa QəmbərKompüter oyunuSahibkarlıqKriştiano Ronaldoİlqar Məmmədov (general)Əliağa KürçaylıFikrət ƏmirovAzərbaycan Dövlət Pedaqoji UniversitetiI AbbasAralıq dəniziMüslüm Maqomayev (bəstəkar)YazÜçbucaqQoşma (qrammatika)AyVoleybol🡆 More