İşxan Əbu Əbdülmalik

İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı.

Mənbələrdə adı ilk dəfə Х əsrin qırxıncı, sonuncu dəfə isə 941-957-cü illər arasında baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın nəvəsi, Şəki hökmdarı Atrnersehin və Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnersenin(en) qızı Dinarın oğlu idi.

İşxan Əbu Əbdülmalik
Şəki hökmdarı
(ranların çarı – )
ən tezi 1044 – ən tezi 944-dən ən geci 1110-cu ilə qədər
ƏvvəlkiAtrnerseh
SonrakıDinar
Şəxsi məlumatlar
Vəfat tarixi 951
Atası Atrnerseh
Anası Dinar

Həyatı və siyasi fəaliyyəti

X əsr erməni tarixçisi, katolikos Ananiya Mokasi(ru) yazır ki, Х əsrin 40-cı illərində Albaniyada

hökmdar Atrnersehin oğlu, mömin çar mübarək Hammamın nəvəsi İşxannik padşahlıq taxtına oturdu.

İşxanniki Stepannos Orbelean da “Albaniya hökmdarı” kimi tanıyır.

“Kartli salnaməsi”ə görə

Heretidə İşxanikin çarlığına qədər onun bütün sələfləri qeyri-prvoslav idilər. İşxannik isə eristavlar-eristavı Qurgenin(en) bacısının oğlu idi, onun anası Dinar, onu pravoslav etdi. Həmin vaxt Bərdə və Azərbaycan salarilər tərəfindən tutuldu.

İşxanın həm də “Əbu Əbdülmalik” adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941-957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş.

Bununla da tarixi mənbələrin İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına təsadüf edən məlumatları bitir.

Müasir erməni tədqiqatşılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətibəti ilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta provoslav məzhəbindən imtina etmişdir.

Mənbələrdə 1010-cu il üçün Şəki hökmdarı kimi çariça Dinarın adı çəkilir.

“Kartli salnaməsi”nə görə gürcü çarı III Baqrat(ru) (1008–1014/15) (abxaz çarı II Baqrat (975-1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976-1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur. Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) III Baqrat yenidən Heretini tutmuş və çariçə Dinarı əsir götürmüşdür.

Yuxarıda qeyd edildiyi kimi, çariça Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi və əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi.

Həmçinin, bax:

Qeydlər

İstinadlar

Ədəbiyyat

  1. Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). Тбилиси: Мацниереба. 1982.
  2. Картлис Цховреба (PDF). Тбилиси: Артануджи. Главный редактор академик Роин Метревели. 2008.
  3. Караулова П. А. Сведения арабских географов IX и X веков по Р.Х. о Кавказе, Армении и Адербейджане: VII, ал-Мукаддасий; VIII, Масуди; IX, Ибн Хаукал. (СМОМПК) (rus) (38). Тифлис. 1903.
  4. Григорян Г. М. Новонайденные надписи Ваанаванка (PDF) // Ист.-филол. журн (rus). 1972. 215–229.
  5. Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək) (1000 nüs.). Bakı: Təhsil. 2007.

Tags:

İşxan Əbu Əbdülmalik Həyatı və siyasi fəaliyyətiİşxan Əbu Əbdülmalik Həmçinin, bax:İşxan Əbu Əbdülmalik Qeydlərİşxan Əbu Əbdülmalik İstinadlarİşxan Əbu Əbdülmalik Ədəbiyyatİşxan Əbu ƏbdülmalikAtrnerseh (Şəki hökmdarı)Dinar (çariça)Qriqor Hammamen:Adarnase III of Taoru:Тао-КларджетиŞəki dövləti

🔥 Trending searches on Wiki Azərbaycanca:

İkinci Dünya müharibəsiŞəki xan sarayıCəlil MəmmədquluzadəTəbii fəlakətDüzbucaqlı paralelepipedMüstəqillik Günü (Azərbaycan)Azərbaycan Xalq CümhuriyyətiOğuz rayonuAtropatenaMədət QuliyevNüvə silahıKəlmeyi-şəhadətDüz xəttMenecmentQədim Roma tanrılarıAvstraliyaAromatik karbohidrogenlərZəlzələPerimetrKamal XudaverdiyevAzərbaycanda prezident seçkiləri (2024)Ay (zaman)QəbələModal sözlərBaş Prokurorluq (Azərbaycan)TriqonometriyaBakı metrosuTəvəssül duasıİkinci Qarabağ müharibəsiÜnsiyyətŞuşaMirsaleh SeyidovBir kərə yüksələn bayraq, bir daha enməzPeyvəndŞirvan (Azərbaycan)LaçınXocalı soyqırımıİslamda oral seksNyuton qanunlarıŞirvanşahlar sarayıFövqəladə Hallar Nazirliyi (Azərbaycan)RəqəmMakedoniyalı İsgəndərBağlayıcıİlyas ƏfəndiyevBraziliyaAltıgünlük müharibəParaleloqramQastritBellonaAzərbaycan Tibb UniversitetiKanadaKomedixanaADA UniversitetiAzərbaycan (tarixi ərazi)MarsBöyük Səlcuq imperiyasıİnsanın tənəffüs sistemiArtemida məbədiHicri təqvimXurşidbanu NatəvanSifilisİsmin hallanmasıAzərbaycan gerbiSərxan KərəmoğluVideosexXXXTentacionI PyotrHeydər Əliyev MərkəziƏlincə qalasıİngiltərəAzərbaycan Premyer LiqasıCəfər CabbarlıMin bir gecəGənclik parkıAlbaniyaHafiz Paşayev🡆 More