Şahtaxtinski İsa sultan Nəcəfqulu oğlu (5 may 1851, İrəvan – 17 oktyabr 1894, Tiflis) — Azərbaycan jurnalisti, publisist, təbiətşünas alim, ictimai xadim.
İsa sultan Şahtaxtinski | |
---|---|
Şahtaxtinski İsa sultan Nəcəfqulu оğlu | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Uşaqları | qızları: Adilə Şahtaxtinskaya, Leyla Şahtaxtinskaya |
Təhsili | |
Fəaliyyəti | jurnalist, publisist |
İsa Sultan Nəcəfqulu oğlu Şahtaxtinski 5 may 1851-ci ildə Azərbaycanın İrəvan şəhərində ziyalı ailəsində doğulmuşdur. İrəvan kişi gimnaziyasını, Tiflisdə realnı gimnaziyanı, Peterburqda Əkinçilik İnstitutunu bitirmişdir. Paris, London və Sürix Institutlarının azad dinləyicisi olmuşdur. Ərəb, fars, qədim türk, rus, alman, fransız dillərini mükəmməl bilmişdir. 1875-ci ildən Tiflisdə jurnalistlik fəaliyyətinə başlamış, "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax" ın təsisçisi, naşiri və redaktoru, Türkiyədə "Qars" qəzetinin (rusca) əməkdaşı olmuşdur. Bir sıra yazının müəllifidir.
İsa Sultan 1865-ci ildə təhsilini təkmilləşdirmək üçün gürcü maarifçi David Kapiani məktəbinə, 1867-ci ildə isə Tiflis realnı gimnaziyasına daxil olur. 1871-ci ildə İsa Sultan ikinci təhsil olaraq Sankt-Peterburq Əkinçilik İnstitutuna daxil olur. O fransız, alman, yunan, latın və ingilis dillərində mükəmməl bilirdi. Təhsilini bitirdikdən sonra İsa siyasi-iqtisadi müzakirələri dinləmək üçün London və Parisə yollanır.
Təhsilini bitirdikdən sonra 1876-cı ildə Tiflisə qayıdaraq, "Tiflisski vestnik" qəzetində çalışmağa başlayır. İsa Sultan türk dilini mükəmməl bildiyi üçün 1877-ci ildə türk-rus müharibəsinin başlanması ilə əlaqədar Qars şəhərinə yollanılır. 1 yanvar 1878-ci ildə Qars bölgəsinə nəzarət üçün rəsmi və xüsusi nümayəndə seçilir. 1878-ci ildə o, köhnə Osmanlı hakimiyyəti altında mülkiyyət hüquqlarının və əhalinin öhdəliklərin müəyyənləşdirilmə Komissiyasının sədri təyin edildi. İsa Sultan 1878-ci ilin oktyabr ayında Qars bələdiyyə başçısı oldu.
O, 1880–1882-ci illərdə mübahisəli məsələləri həll etmək üçün Ərzuruma səfərə göndərilirdi, həmin illərin ən məşhur məsləhətçisi idi. İsa Sultan 1883-cü ildən ömrünün sonuna qədər Qars Rayon Hərbi valisi Aparatının rəhbəri təyin edilib və bu vəzifədə ömrünün sonuna qədər fəaliyyət göstərir.
İsa Sultan 1885-ci ildə general Allahyar Ağalarovun qızı Səkinə xanımla ailə qurur, bu evlilikdən altı qız övladı olur.
İsa Sultan Şaxtantinski 1894-cü ildə Tiflisdə vəfat etmişdir. Tiflisdə "Botanika bağı"nın yaxınlığında yerləşən müsəlman qəbirstanlığında dəfn edilmişdir.
This article uses material from the Wikipedia Azərbaycanca article İsa Sultan Şahtaxtinski, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.