İsa Muğanna

İsa Muğanna (tam adı: İsa Mustafa oğlu Hüseynov; 12 iyun 1928, Muğanlı, Qazax qəzası – 1 aprel 2014, Bakı) — Azərbaycanlı yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976).

İsa Muğanna
İsa Mustafa oğlu Hüseynov
İsa Muğanna
Doğum adı İsa Hüseynov
Təxəllüsü Muğanna
Doğum tarixi
Doğum yeri Muğanlı, Qazax qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Xroniki ürək çatışmazlığı
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı Sevinc Muğanna
Təhsili Azərbaycan Dövlət Universiteti
Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti yazıçı, ssenarist, baş redaktor
Fəaliyyət illəri 1949-cu ildən
Mükafatları
İsa Muğanna İsa Muğanna
İsa Muğanna İsa Muğanna
Vikimənbənin loqosu İsa Muğanna Vikimənbədə

Həyatı

İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib.

Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964–1968), redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Yaradıcılığı

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.

Mükafatları

Kitabları

  • Bizim qızlar (pyes), 1953
  • Dan ulduzu (pyes), 1955
  • Hekayələr, 1957
  • Yanar ürək (pyes), 1960.
  • Doğma və yad adamlar (roman), 1962.
  • Teleqram (povest), 1963.
  • Yanar ürək (roman), 1965.
  • Tütək səsi (pyes və hekayələr), 1965.
  • Pyeslər, 1967.
  • Kollu koxa (pyes və hekayələr), 1969.
  • Ömrümdə izlər, 1971.
  • Saz (pyeslər), 1971.
  • Seçilmiş əsərləri (roman və pyeslər), 1972.
  • Yanar ürək, Doğma və yad adamlar, 1979.
  • Məhşər (roman), 1979.
  • İdeal (roman), 1985.
  • Türfə (roman), 2009
  • Qəbiristan (roman), 2013
  • Cəhənnəm (roman), 2013
  • GurÜn (roman), 2013
  • İsahəq-Musahəq (roman), 2013
  • İlan dərəsi (povestlər)

Filmoqrafiya

Müsahibə

  • "Xalq yazıçısı İsa Hüseynov: "80 yaşdan yekun iyi gəlir" - FOTOSESSİYA" (az.). apa.az. 2008-06-11. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
  • Ağa Cəfərli. "İsa Hüseynov "Kulis"ə danışır" (az.). kulis.az. 2012-08-27. 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  • Ağa Cəfərli. ""Yoldaş Qorki, məndən yazıçı olacaqmı?"" (az.). kulis.az. 2012-08-28. 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  • Ağa Cəfərli. "İsa Hüseynov: "Düşmənlərim üçün də darıxıram"" (az.). kulis.az. 2012-08-30. 2014-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  • Ağa Cəfərli. "İsa Hüseynovun Kulis.az-a müsahibəsi: "Düşmənlərim üçün də darıxıram"" (az.). kulis.az. 2014-04-01. 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.

Ölümü

Yazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb. 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir. Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşmişdir.

Xatirəsi

31 may 2018-ci ildə Azərbaycan prezidenti İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

İstinadlar

Mənbə

Xarici keçidlər

Tags:

İsa Muğanna Həyatıİsa Muğanna Yaradıcılığıİsa Muğanna Mükafatlarıİsa Muğanna Kitablarıİsa Muğanna Filmoqrafiyaİsa Muğanna Müsahibəİsa Muğanna Ölümüİsa Muğanna Xatirəsiİsa Muğanna İstinadlarİsa Muğanna Mənbəİsa Muğanna Xarici keçidlərİsa Muğanna1 aprel12 iyun19282014AzərbaycanlılarBakıMuğanlı (Ağstafa)Qazax qəzası

🔥 Trending searches on Wiki Azərbaycanca:

Semiramidanın asma bağlarıMəhəmmədSəfəvilərƏli NurGöyçə gölüQara YanvarUşaq hüquqlarıAzərişıqHəzm sistemiRəngli monitorYol nişanlarıKonstitusiyaQuba rayonuŞəkilçiBalıqSıra sayıAlqoritmI AbbasİnteqralSooronbay JeenbekovXırda sinir lifləri neyropatiyasıMəxmərəkİnformasiyaSeks yelləncəyiKosmosTabesiz mürəkkəb cümlələrAzərbaycan operasıSürünənlərSovet Sosialist Respublikaları İttifaqıGözƏli XameneiQİÇSMirzə Fətəli AxundovÜnsiyyətNovruz bayramıƏbdürrəhim bəy HaqverdiyevAzərbaycandakı quşların siyahısıAvropaƏhalisinə görə ölkələrin siyahısıAzərbaycan faunasıVeysəl MusibovMədəaltı vəziXəmsəDüzbucaqlı üçbucaqBəxtiyar VahabzadəKvadrat metrRusiyaİsmayıllı rayonuHindistanArxeoloji abidələrQızılgülDərman bitkiləriNüvə silahıSilindrHəmidə Ömərova25 aprelSərt diskİsaak NyutonGöygöl (göl)Ömər ibn XəttabVətən Müharibəsi Qəhrəmanlarının siyahısıAzərbaycan Beynəlxalq BankıPolad HəşimovSadə cümlənin şəxsə görə növləriLütfi ZadəAğadadaş AğayevKimyəvi elementBakı metrosuMiqrasiyaTonzillitBraziliyaAzərbaycan İkinci Dünya müharibəsindəAy təqvimiXurşidbanu NatəvanKompüterYüngül atletikaZərdüştilikAbşeron rayonu🡆 More